Site icon Turkish Forum

Rus ordusu Qazaxıstana girməkdə haqlı idimi?

Rus ordusu Qazaxıstana girməkdə haqlı idimi? İki müxalif baxış CANLI-da – YENİ MÜSAVAT / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Rus ordusu Qazaxıstana girməkdə haqlı idimi? İki müxalif baxış CANLI-da - YENİ MÜSAVAT / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - muxalif bakis

Qazaxıstandan baş verən olaylara Azərbaycan müxalifətinin reaksiyası birmənalı olmadı. Milli Şura bəyanat verərək Tokayevi ittiham etdi, KTMT mandatı altında qoşunların Qazaxıstana çağırılmasını Rusiya işğalı kimi qiymətləndirdi.

Hadisələrin ilk vaxtında Qazaxıstanda az qala milli-azadlıq hərəkatı başlandığı elan edildi, sonra meydana silahlıların çıxması vəziyyəti dəyişdirdi.

Amma həmin qüvvələr bu dəfə də az qala silahlı üsyana dəstək verdilər. Digər siyasi partiyaların mövqeləri necə oldu, onlar hadisələri necə qiymətləndirirlər? Xalq etiraza çıxmışdısa, silahlılar niyə meydana çıxarıldı?

Qazaxıstanda müxalifətin olmaması hadisələrə hansı mənfi təsirləri oldu? Yaxın ölkələrin hakimiyyətləri bu hadisələrdən hansı nəticələr çıxarmalıdır? Ümumiyyətlə, rus qoşunlarının, KTMT-nin Qazaxıstana girməsi nə dərəcədə düzgün idi? Çünki prezident Tokayev ölkədə quldurların, terrorçuların olduğunu, hətta iki polisin başının kəsildiyini demişdi.

Bu gün TVMusavat-ın saat 16:15-də canlı efirində, “Həftə içi” proqramının aparıcısı Emil Salamoğlunun moderatorluğu ilə yazıçı-publisist Qan Turalı və AĞ Partiyanın başqan müavini Əhəd Məmmədli Qazaxıstan gündəmini, Rusiya və Türkiyənin addımlarını müzakirə edirlər.

Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Exit mobile version