İran nümayəndələrinin iştirakı olmadan Vyana müzakirələrinin ən çətin məsələləri ilə bağlı görüş baş tutub — an.T LİVE / turkishforum – Abdullah Türer Yener
Almaniya xarici işlər naziri Annalena Berbok və bir neçə qərb ölkələri rəsmilərindən sonra Fransanın xarici işlər naziri Jan-İv Le Drian da İslam Cümhuriyyəti üçün fürsətin azaldığı ilə bağlı xəbərdarlıq edib.
“Aznews tv” xəbər verir ki, Le Drian bildirib ki, İranla nüvə danışıqlarında irəliləyiş əldə olunsa da, Tehranın anlaşmaya qayıtması üçün fürsəti azalmaqdadır.
Bundan öncə isə Annalena Berbok İranın nüvə anlaşması müzakirələrində böyük inamı itirdiyini vurğulayaraq xəbərdarlıq edib ki, artıq danışıqlar həlledici mərhələyə qədəm qoyub.
Qeyd edək ki, Vyana müzakirələrinin səkkizinci mərhələsində Cənubi Koreya xarici işlər nazirinin müavini Çoy Jang Kan Vyanaya səfər edib və İran xarici işlər nazirinin müavini Əli Baqeri Kəni ilə görüşərək danışıqlar aparıb.
Görüşün mövzusunun daha öncə İranın Cənubi Koreyada bloklanmış pullarının geri qaytarılması məsələsi olduğu bildirilsə də, daha sonra görüşün nəticəsi haqda heç bir məlumat verilməyib