Qərbi Azərbaycan əyalətinin valisi: “Əyalət mədənlərinin bölgədə məşğulluq sahəsindəki payı cüzidir” Gün az.tv / TURKISHFORUM – ABDULLAH TÜREER YENER
Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadıq Mötəmediyan əyalətin televiziya kanalına verdiyi müsahibədə işsizlik problemindən danışıb.
, Qərbi Azərbaycanda yerləşən mədənlərinin bölgədə işsizlik probleminin həllində cüzi rol oynadığını deyib.
“Qərbi Azərbaycan ölkə üzrə mədən potensialına görə öndə gedən əyalətlərdən biri olmasına baxmayaraq, axtarış və istixrac əməliyyatlarında sistemli şəkildə modern üsullar tətbiq edilmyib”-deyə, vali bildirib.
O, ölkədə mövcud olan mədənlərin 5%-nin Qərbi Azərbaycanda olmasına baxmayaraq, bu sahədən əyalətin payına düşən məşğulluq və gəlirin yalnız 1% olduğunu qeyd edib.
Mötəmediyan əyalətin türkiyə ilə uzun sərhəddinin olmasını, İranın Avropaya çıxış qapısının əyalət gömrükləri olduğuna toxunub və bölgədə beynəlxalq ticarətin inkişafına diqqət yetirilməsini vacib hesab edib.
Qərbi Azərbaycan əyaləti ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalında da ilk yerlərdən birini tutduğunu qeyd edən vali, bu sahədə də müxtəlif problemlərin, o cümlədən tanıtdırma, emal və tranzıt çətinliklərinin mövcudluğunu bölgə iqtisadiyyatına zərər vurduğunu bildirib.
Qeyd edək ki, Orta Doğunun ən böyük qızıl mədənləri olan Zərşuran və Ağdərə qızıl mədənləri Qərbi Azərbaycanın Tikantəpə (Tıkab) bölgəsində yerləşir.
Ancaq İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.
Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.
Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.
C.E
Bir yanıt yazın