Londonda fövqəladə vəziyyət elan edilib

Londonda fövqəladə vəziyyət elan edilib -AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Londonda fövqəladə vəziyyət elan edilib -AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - londra acil durum omikron

Böyük Britaniyanın paytaxtı Londonda fövqəladə vəziyyət elan edilib.

AZƏRTAC xəbər verir ki, London meri Sadiq Xan “omikron” ştamının sürətlə yayıldığı və yoluxma hallarında artım olduğu üçün bu qərarı verib.

O deyib: “Xəstəxanaya müraciətlərin sayının artması və tibb işçilərinin çatışmazlığı səbəbindən tərəfdaşlarımızla məsləhətləşərək Londonda fövqəladə vəziyyət elan etmək qərarına gəldim”.

Milli Səhiyyə Xidməti və polis kimi həyati əhəmiyyətli qurumların işçilərinin “omikron” ştamının sürətlə yayılması səbəbindən çətin vəziyyətdə olduğunu bildirən mer, Londonda və ölkədə hər kəsin peyvəndin 3-cü dozasını vurdurmağın vacib olduğunu vurğulayıb.

O, ötən 24 saat ərzində 26 mindən çox yoluxmanın müəyyən olunduğunu və bunun Londonda epidemiya başlayandan bəri ən yüksək rəqəm olduğunu söyləyib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı “omikron” ştamının artıq 89 ölkədə yayıldığını elan edib.

Londonda fövqəladə vəziyyət elan edilib -AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - londra acil durum omikron

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir