Prezident İlham Əliyevin Brüssel səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə mediası dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə keçirdikləri mətbuat konfransı, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü və səfərə aid digər mühüm məqamlar barədə ətraflı məlumatlar yayıb.
Anadolu və İHA agentlikləri, “TRT Haber”, “Haber Türk”, “A Haber”, “Haber Global” telekanalları və “Sabah”, “Milliyet”, “Hurriyet” və sair qəzetlər, habelə digər media quruluşları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanat da daxil olmaqla səfərə aid prosesi geniş şəkildə türkdilli ictimaiyyətə çatdırıblar.
Televiziya kanallarında mövzu ətrafında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbənin regionda yaratdığı yeni geosiyasi vəziyyətlə bağlı reportajlar yayılıb. Ekspertlər məlum Brüssel səfərinin təfsilatını şərh etməkdədirlər. Mütəxəssislər birmənalı şəkildə əsaslandırırlar ki, Azərbaycan