İran hökuməti Ərdəbildə “Tarixi Şeyx Səfi” ərazisini dağıdaraq Ərdəbilin imam-cüməsinin evinədək yeni küçə salır-aznews.tv / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
“Aznews tv” xəbər verir ki, bu haqda Güney Azərbaycan milli fəalları və Ərdəbildəki tarixi əsərlərin müdafiəçiləri xəbər yayıblar
İran hökuməti tarixi “İsmail bəy evi”ni dağıdaraq Ərdəbilin imam-cüməsinin evinə gedən yeni yolun tikintisinə başlayıb.
“Aznews tv” xəbər verir ki, bu haqda Güney Azərbaycan milli fəalları və Ərdəbildəki tarixi əsərlərin müdafiəçiləri xəbər yayıblar.
Şeyx Səfiəddin Ərdəbili ərazisində bir neçə hündürmərtəbəli binanın tikintisindən sonra atılan bu addım Şeyx Səfi türbə kompleksinin ümumdünya mədəni irs siyahısından çıxarılması məsələsini ciddi şəkildə gündəmə gətirir.
Ərdəbil vilayətinin Mədəni İrs İdarəsinin rəisi müəyyən güclərin təzyiqi ilə bu plana razılıq verib. Belə ki, Ərdəbilin imam-cüməsi Amilinin evinin önünədək salınacaq yolun tikintisi şəhərin tarixi yerlərinin dağıdılması hesabına başa gələcək.
Qeyd edək ki, İran hökuməti Güney Azərbaycanın tarixi və milli sərvətlərini dağıtmaqla, azərbaycanlıların milli kimliyini də yox etməyə çalışır.