Azərbaycan Ağsaqqallar Şurasının nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb AZERBAYJAN NEWS.AZ /TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Xəbər verdiyimiz kimi, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin başçılığı ilə Şuranın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın dəvəti ilə Türkiyədə işgüzar səfərdədir.
Şuradan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti dekabrın 14-də Türk Dövlətləri Təşkilatının Baş Qərargahında qurumun Baş katibi Bağdad Amreyev, müavinləri Ömər Qocaman və Qismət Gözəlov ilə görüşüb. Əlaqələrin daha da gücləndirilməsi məqsədilə keçirilən bu görüşdə təşkilatın üzv və müşahidəçi dövlətləri arasında müxtəlif sahələr üzrə davam edən əməkdaşlıq fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib. Danışıqlar zamanı təşkilatın ötən ay İstanbulda keçirilmiş Zirvə toplantısının mühüm nəticələrinə toxunulub, artıq Türk Dövlətləri Təşkilatı adı altında fəaliyyət göstərən qurumda əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağı vurğulanıb. Türk Dövlətləri Təşkilatının dünyada artan roluna və beynəlxalq nüfuzuna diqqət çəkən nümayəndə heyətinin üzvləri iki qardaş ölkənin liderləri, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əbədi və sarsılmaz dostluğundan da söhbət açıblar. Həmişə olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi güclü dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Bir yanıt yazın