Site icon Turkish Forum

İsrailin Laziqiyyə limanına hücumu nəticəsində İranın Suriyaya göndərdiyi silahların 75 faizi məhv edilib

İsrailin Laziqiyyə limanına hücumu nəticəsində İranın Suriyaya göndərdiyi silahların 75 faizi məhv edilib-ELYAR KAMRANİ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

İsrailin Laziqiyyə limanına hücumu nəticəsində İranın Suriyaya göndərdiyi silahların 75 faizi məhv edilib-ELYAR KAMRANİ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - israil iran fuze silah

İsrailin əmniyət rəsmiləri ötən gün bu ölkənin Suriyanın Laziqiyyə limanına endirdiyi hava zərbələri ilə bağlı yeni detalları açıqlayıblar.

İsrailin “Walla news” saytının adlarını açıqlamadığı həmin rəsmilərə istinadən yaydığı xəbərə görə, İran öz istehsalı olan həmin silahları gəmi ilə Suriyaya gətirib buradan Livanın “Hizbullah” qruplaşmasına ötürmək istəyirmiş.

Qeyd edilir ki, hücumda məhv edilən silah-sursatlar içərisində İranın göndərdiyi müxtəlif növ insansız uçaqlar, raketlər, hava hücumundan müdafiə sistemlərinin hissələri, eləcə də quru əməliyyatlarında istifadə edilən müxtəlif silahlar üçün hissələr var.


Exit mobile version