İran məhkəməsi Qarabağa dəstək mitinqində tutulan fəallara qarşı şallaq cəzasını qüvvədə saxlayıb -an.T -ELYAR KAMRANI /TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Ərdəbil əyalətinin Apellyasiya Məhkəməsinin 10-cu şöbəsində ötən il Ciral Parkında Qarabağa dəstək mitinqi zamanı tutulan 12 milli fəalın şikayətinə baxılıb.
Ərdəbil əyalətinin Apellyasiya Məhkəməsinin 10-cu şöbəsində ötən il Ciral Parkında Qarabağa dəstək mitinqi zamanı tutulan 12 milli fəalın şikayətinə baxılıb.
hakim Sasan Balaxaninin sədrliyi ilə keçirilən məhkəmədə fəallara qarşı şallaq hökmü qüvvədə saxlanılıb.
Lakin qərara əsasən, kifayət qədər sübut olmadığından onlar “xidməti vəzifəsini yerinə yetirən polis məmurlarının qanuni əmrlərinə tabe olmamaq” ittihamından bəraət alıblar.
Bundan başqa, fəallara qarşı “ictimai asayişi pozmaq” ittihamı ilə çıxarılmış 7 ay 16 gün həbs cəzası 3 aya endirilib. Amma hər birinə 76 şallaq zərbəsi vurulması ilə bağlı hökm qüvvədə saxlanılıb. Bu hökmlə həm də fəallara qarşı çıxarılmış həm həbs, həm də şallaq cəzalarının icrası 1 il müddətinə təxirə salınıb.
Apellyasiya məhkəməsinin keçirilməsi ilə eyni vaxtda Ərdəbil İnqilab Məhkəməsinin 2 saylı şöbəsində Abdullah Qədiminin sədrliyi ilə keçirilən prosesdə fəallara “ali rəhbəri təhqir etmə” və “milli əmniyət əleyhinə fəaliyyət” ittihamları üzrə bəraət verilib. Bu barədə onlara məhkəmə tərəfindən şifahi məlumat verilib.
Qeyd edək ki, həmin fəallar Pərviz Siyabi, Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Mehdi Huşmənd, Səccad Coulani, Hamed Heydəri, Murtəza Pərvin, Məhəmməd Coulani, Bəhmən Xeyrcu, Mustafa Pərvin və Sübhan Bəxşidir.
İran məhkəməsi Qarabağa dəstək mitinqində tutulan fəallara qarşı şallaq cəzasını qüvvədə saxlayıb