Məğrur Komandan, qətiyyətli Lider

Məğrur Komandan, qətiyyətli Lider – azerbayjan news.az / turkishforum – Abdullah Türer Yener

Məğrur Komandan, qətiyyətli Lider - azerbayjan news.az / turkishforum - Abdullah Türer Yener - azerbaycanasker aliyev

İlham Əliyevin bütün siyasi-diplomatik uğurları Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir, geosiyasi çəkisini artırır
Bu gün dünyada gedən çətin geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan həm daxili siyasi və iqtisadi sabitliyini təmin edir, həm də tam müstəqil xarici siyasət kursuna sadiq qalaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.
Qarabağda tarixi ədalətin bərpa edilməsi ilə diplomatiya müstəvisində qazandığı parlaq qələbə isə Azərbaycanın beynəlxalq nüfuzunu, siyasi çəkisini daha da artırdı.
İlham Əliyevin rəhbərliyi altında qazanılan bu qələbəni şərtləndirən məqamlar isə təkcə güclü ordu, qabaqcıl iqtisadiyyat deyil, həm də nüfuzlu, qüdrətli və beynəlxalq arenada söz sahibi olan Azərbaycanın yaradılması idi. Uzun illərdir Azərbaycan dövlətinin İlham Əliyevin liderliyi ilə yürütdüyü uğurlu xarici siyasətin əsas istiqamətlərindən birini də məhz bu təşkil edirdi. Məhz milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmi etiraf olunan dövlətə çevirdi.
Regionun şəksiz söz sahibi
Bu gün regionda söz sahibi Azərbaycandır. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra ölkədə bütün addımlar postmüharibə dövrünün reallıqlarına uyğun atılır.
İlham Əliyevin postmüharibə dövrünün reallıqlarına uyğun müəyyənləşdirdiyi yeni inkişaf strategiyası isə yüksəlişin yol xəritəsidir.
Güclü dövləti müstəqil siyasətin mühüm şərti sayan İlham Əliyev xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün bu gün də əzmkarlıqla çalışır. Azərbaycan xalqı isə qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə ciddi nailiyyətlərə imza atacağına ürəkdən inanır.
Çünki xalq İlham Əliyevin yürütdüyü diplomatiyanın uğurlarına şahidlik edir. Hər kəs baş verən proseslərə nəzər yetirsə, aydın şəkildə görə bilər ki, İlham Əliyev müasir siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bunları qarşılamaq üçün hazırlaya bilir. Qətiyyətli, cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən xalqın xeyrinə məharətlə istifadə etməyi bacarır.
Təkcə noyabr ayında Azərbaycan Prezidentinin iştirak etdiyi beynəlxalq toplantıya və dost, tərəfdaş ölkələrin liderləri ilə keçirdiyi görüşlərə nəzər yetirsək, bütün bu deyilənlərin şahidinə çevrilə bilərik.
Ötən ay Bakıda dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirak etdiyi VIII Qlobal Bakı Forumunda Azərbaycan reallıqları ilə bağlı səslənən fikirlər İlham Əliyevin yürütdüyü siyasətə verilən yüksək qiymətin təzahürü idi.
Türk birliyinin güclənməsinə böyük töhfə verən Lider
Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatı) VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti haqqında səslənən fikirlər, həmçinin İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi dövlət başçımızın dediyi kimi, bu, Azərbaycan xalqına verilmiş ən böyük dəyər idi.

Ordeni təqdim edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə diqqət edək: “Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa bir müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”.

Bu, dostcasına səslənən səmimi fikirlər idi. Türkiyə Prezidenti İlham Əliyevin müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərini çox yüksək qiymətləndirdi. Öz növbəsində təşkilatın üzv dövlətlərinə təşəkkürünü bildirən qalib komandan türk dövlətlərini Qarabağda işbirliyinə dəvət etdi.
Qalib Komandanın Soçidə qürurlu çıxışı
Noyabrın 26-da Soçidə Prezident İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.
Dövlətimizin başçısına yüksək münasibət onun qarşılanmasından başladı. Vladimir Putinlə İlham Əliyevin görüş səhnəsi əsl dostlara məxsus olan bir görüntü idi. İkitərəfli görüş hər iki dövlətin regiondakı sülhə, 10 noyabr və 11 yanvar bəyanatlarına tam bağlılığını ortaya qoydu. İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi məhz Soçidə bir daha özünü göstərdi. Görüşün ən önəmli tərəflərindən biri Kremlin rəsmi Bakı ilə, demək olar ki, bütün məsələlərdə ortaq fikri daşıması oldu.

İlham Əliyev Soçidə öz regionunun söz sahibi, lideri kimi qarşılandı və Kreml Azərbaycanın mövqeyini birmənalı şəkildə qəbul və təsdiq etdi.
Vladimir Putin bildirdi ki, bütün səylərin məqsədi regionun dirçəldilməsi üçün şəraitin yaradılması və kommunikasiyaların açılmasıdır. N.Paşinyan isə Ermənistanın sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazır olduğunu deyərək vurğuladı ki, bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da çox vacibdir. Bu, bir il öncə “Qarabağ Ermənistandır” sərsəm fikrini səsləndirən şəxsin məğlub durumunun real ifadəsi idi. Hansı ki, İlham Əliyev müharibədən öncə dəfələrlə bu mesajları verəndə Ermənistan rəhbərliyi təxribatlarından əl çəkmirdi. İndi Qalib Komandanın qarşısında aciz durumda boynuna götürdüyü öhdəliyi yerinə yetirmək məcburiyyətində olduğunu etiraf edirdi.

Aşqabad zirvəsi – Ermənistana daha bir zərbə
İki gün sonra, noyabrın 28-də İlham Əliyev yüksək əhvali-ruhiyyədə Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə qatıldı. Azərbaycanın xilaskar lideri həm toplantıdakı çıxışında, həm də üzv dövlətlərin liderləri ilə təkbətək görüşündə bir daha regionda yaranmış yeni reallıqları qiymətləndirdi və dost-qardaş ölkələri Qarabağa, Şərqi Zəngəzura investisiya yatırmağa, birgə işbirliyinə dəvət etdi.
Budəfəki Zirvə görüşündə Azərbaycanın regionda və dünyada artan rolu təqdir edildi və ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyi vurğulandı. Bütün bunlar İlham Əliyevin müstəqil, qətiyyətli siyasətinin gələcəyə hesablandığını bir daha təsdiqlədi.
Ümumiyyətlə isə, İƏT-in Zirvə Görüşü maraqlı məqamlarla yadda qaldı. Siyasi ekspertlərin bu toplantıda müzakirə edilən məsələlərlə bağlı səsləndirdiyi fikirlərə nəzər yetirsək, görərik ki, həm Azərbaycan Prezidentinin diplomatik gedişləri yüksək qiymətləndirilir, həm də İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin yeni işbirliyi yaxın gələcəkdə böyük uğurlar vəd edir.
Digər maraqlı məqam isə Aşqabad Bəyannaməsində Azərbaycana işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə təbrikin çatdırılması oldu. Hansı ki, bu sənədə imza atan Qazaxıstan, Qırğızıstan və Tacikistan məğlub Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərdir. Yəni Ermənistanla qarşıdurmada Azərbaycan əksər dövlətlərdən, o cümlədən postsovet məkanındakı ölkələrdən və Ermənistanın KTMT-nin üzvü olmasına baxmayaraq, bu təşkilatın əksər üzvlərindən böyük dəstək alması İlham Əliyevin növbəti diplomatik qələbəsi idi.
Göründüyü kimi, qlobal miqyaslı təşəbbüsləri, uğurlu siyasi-diplomatik gedişləri ilə nüfuzu gündən-günə daha da yüksələn İlham Əliyev həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanın siyasi çəkisini artırır və ölkəmizi daha böyük zəfərlərə doğru aparır.
Rəşad BAXŞƏLİYEV,


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir