Azərbaycanın gəlini Tehranın sayəsində qarabaxt oldu. ELYAR KAMRANİ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Urmu gölü dünyanın ikinci və ən böyük duzlu gölüdür. Uzun müddətdir ki, bölgənin, xüsusən də Azərbaycanın iqliminin bir hissəsi olan göldür. Millətin şifahi yaddaşının bir hissəsi həmişə Urmu gölünə aiddir. Amma son onilliklərdə Azərbaycanın gəlini kimi tanınan Urmu gölü zülmün və təbiətin pis idarə olunmasının simvoluna çevrilib. İranın coğrafi təbiətində gördüklərimiz, təbiəti bu şəkildə qəzəbləndirən insan əlinin yanlış siyasətinin birbaşa nəticəsidir. Vaxtilə bütün çatışmazlıqları ilə bölgənin turizm mərkəzi olan Urmu gölü indi Azərbaycanın Çernobilinə çevrilib.
Urmu gölünün əhəmiyyətli bir həcmi ətraf çaylardan təmin edilir. Gölün dibindən gğzələr də mənbəyinin bir hissəsini təmin edidi. Yəni Azərbaycanın üzük qaşı yerüstü və yeraltı su zəxirələrinin toplandığı yerdir. Yeraltı sərvətlərə gəlincə, təkcə Qərbi Azərbaycan əyalətində 55 mindən çox qanunsuz quyunun olması kifayətdir. Təbii ki, son illərdə çoxları quruyub. Saysız-hesabsız sədlər nəticəsində yerüstü su ehtiyatları da ələ keçirildi və nəticəsi isə bu gün gördüyümüzdür. Amma Urmu gölünün fəlakətini öncədən görmək mümkün idi. Təxminən 15 il əvvəl gölün böyük bir hissəsi hələ də qalarkən azərbaycanlı fəallar etiraz olaraq qışqırdılar. Həmin illərdə Urmu gölünün sahillərində çoxlu mitinqlər keçirilirdi. Bilimyurdu mühitində göldən danışan, amma dinlənilməyən çoxlu yazılar, etirazlar oldu. Göldə vəziyyət ağırlaşdıqca azərbaycanlı fəalların etirazları daha da ciddiləşdi. Azərbaycanın əzab çəkən milləti gördüyü böyük fəlakətin astanasında idi, amma Tehran hakimiyyəti ancaq basqıları düşünürdü. İllərdir Urmu gölündəki etirazlar Azərbaycanda daimi problemə çevrilib. Azərbaycanın şəhərlərində onlarla irili-xırdalı etirazları keçirilib və onların hamısı istisnasız olaraq yatırılıb. İranda məhbuslara qarşı yüzlərlə iddia qaldırılıb, etirazçılar illərlə həbs edilib. Urmu gölünün quruması ilə bağlı etirazlar uzun illər Azərbaycanın siyasi kimliyinə çevrildi. İş o yerə çatıb ki, illərlə hər bir namizəd, istər parlman, istərsə də prezident, Urmu gölünü dirçəltmək vədi ilə hakimiyyəti ələ keçirməyi düşünürdü. Bunlardan ən məşhuru Həsən Ruhaninin gölü canlandırmaq vədləri idi. Ruhani gölü canlandıracağına söz verib. Hətta bir neçə dəfə gölün canlandırılmasını şükran mərasimini də qeyd etdi, İran şəbəkələrinin xəbərlərində hər şey yaxşı idi, yalnız Urmu gölü günü-gündən əriyir və bu gün tamamilə yox olmaq ərəfəsindədir. Bütün bu illər ərzində İranın ayrı bölgələrində azərbaycanlıların etirazlarına heç vaxt dəstək olmayıb. Ən pisi odur ki, etirazçılar hökumətlə yanaşı, Azərbaycanı radikal hərəkət etməyə ittiham edirdilər.
Hər halda Azərbaycan nə qədər qışqırsa da, səsi heç yerə çatmırdı. Urmu gölünün quruması hekayəsi dünyalıq oldu, amma Tehran bunu eşitmədi. Ənənəvi kəndçilərin bütün əkin və heyvandarlıq itkiləri Azərbaycanın günlərini qaraltdı. Alma bağlarına milyonlarla litr şirin su xərcləndi, alma bağlarının məhsulları alınmadığı üçün xarab oldu və sonda mal-qaranın yeminə çevrildi. Yəni Azərbaycan hər tərəfdən təsirləndi. Urmu gölünün sahilində yaşayan 6 milyonluq sakinlər işin nə yerdə olduğunu birbaşa görürdü. Kənd işləri ilə yanaşı, gölün yatağının quruması nəticəsində yaranan duz və toz fırtınası bölgəyə ciddi təsir göstərib. İllərdir azərbaycanlı fəallar duz fırtınası ilə bağlı xəbərdarlıq etsələr də, heç kim qulaq asmadı. Bu gün bir daha Urmu gölünün pisləşməsi ilə sosial şəbəkələrdə duz fırtınasının görüntüləri paylaşılır. İsfahanın gözündə etiraz səsi quruduğu günlərdə Azərbaycanda keçmiş etirazlardan xəbər yox idi. Azərbaycan illər əvvəl bu gün baş verənlərlə bağlı xəbərdarlıq edib, külli miqdarda həzinə ödəyib. Ancaq mərkəzi hökumətin siyasətinin davam etdirilməsi gölün pisləşməsinə səbəb oldu. Yerli məsullar gülünc ifadələrlə millətin öz gözləri ilə gördüyü duz fırtınasını inkar edir, ictimai rəyi idarə etməyə çalışırlar. Amma bu gün 10 il öncəki kimi deyil və ictimai şəbəkəərin böyüməsi informasiya inhisarını dövlət mediasının əlindən alıb.
Bu gün Urmu gölü Azərbaycan üçün ölüm-dirim savaşıdır. Uzun illər öncə başlayan və bu gün açıq şəkildə canlanan buir savaşdlır. Görək Azərbaycan bir daha etiraz yumruğunu dügünləyib haqqını tələb edəcək, ya da fəlakətli susqunluğuna davam edəcək.
Azərbaycanın gəlini Tehranın sayəsində qarabaxt oldu
Konu Hakkında okumaya devam et: Azerbaycan Türkçesi
Bir yanıt yazın