Prezidentin Mətbuat Xidmətinin məlumatı – Azerbayjan news.az / turkishforum – Abdullah türer Yener
![Prezidentin Mətbuat Xidmətinin məlumatı 1 Prezidentin Mətbuat Xidmətinin məlumatı - Azerbayjan news.az / turkishforum - Abdullah türer Yener - lukasenko aliyev](https://www.turkishnews.com/tr/content/wp-content/uploads/2021/11/lukasenko-aliyev.jpg)
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.
Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.