Site icon Turkish Forum

Zəfərin təməli

Zəfərin təməli – Azerbayjan news.az /turkish forum – Abdullah Türer Yener

Zəfərin təməli - Azerbayjan news.az /turkish forum - Abdullah Türer Yener - aliyev 1

Gənc nəslin nümayiş etdirdiyi misilsiz vətənpərvərlik 30 illik işğalı 44 günə sonlandırdı



“…44 gün ərzində Azərbaycan Ermənistanın 30 il müddətində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini sıradan çıxardaraq, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir…”

Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 8 Noyabr – Zəfər Günündə Şuşada hərbçilər qarşısında çıxışı zamanı vurğuladığı kimi, rəşadətli Azərbaycan Ordusunun mərd igidlərinin qarşısında heç bir düşmən qüvvəsi, maneəsi tab gətirə, dayana bilməz və məhvə məhkumdur. Çünki ana torpağımızın müdafiəsinə qalxan qəhrəman oğullarımız hər zaman “Vətən, sənə canım fəda” deyərək yurdlarımızın harayına tələsir, bu uğurda canını belə qurban verməkdən çəkinmir.



İgid əsgərlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı



Ötən ilin 27 sentyabrında düşmənin növbəti təxribatı zamanı Vətənin harayına yer-yerdən hay verən oğullarımız ata-baba ocaqları Qarabağ uğrunda savaşmaq üçün müqəddəs yola çıxdıqları zaman da and içmişdilər ki, Xocalının, Şuşanın, Laçının, Kəlbəcərin, Zəngilanın, Füzulinin, Cəbrayılın, Ağdamın, bütünlükdə Qarabağımızın işğal günlərini zəfər günlərinə çevirməyənə qədər bu yolda öldü var, döndü yoxdur. Qəhrəman döyüşçülərimiz bu müqəddəs amalla daim irəlilədilər, qarış-qarış Vətən torpaqlarımızı cəmi 44 gün ərzində azadlığına qovuşdurdular. Müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsərək, üçrəngli Azərbaycan bayrağını işğaldan qurtulan yurdlarımızın ən hündür zirvələrində dalğalandırdılar.

Əsrlərə bərabər 44 gün ərzində öz şücaətləri ilə igid əsgərlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Haqlı olmalarından, ana torpağa tükənməz sevgilərindən güc aldılar, çarpışdılar, vuruşdular. Bu yolda canlarını qurban verməkdən belə çəkinmədilər, şəhid, qazi oldular, bir öldülərsə, min dirildilər, yenə də düşmənə aman vermədilər.

Azərbaycanın düşmən üzərində qətiyyətli qələbə çalaraq öz ərazi bütövlüyünü bərpa etməsini şərtləndirən başlıca amil isə Prezident İlham Əliyevin ötən illər ərzində ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət oldu. Bu illər ərzində ordumuzda güclü hərbi-texniki potensial yaradıldı, ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirildi. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artırıldı, müntəzəm olaraq hərbi təlimlər, məşqlər keçirildi. Bütün bunların nəticəsində ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti yüksək səviyyədə artırıldı. Ordu quruculuğu sahəsində görülən bütün işlərin əyani nəticəsi isə II Qarabağ müharibəsi zamanı bütün dünya qarşısında müvəffəqiyyətlə sərgiləndi.



“Dəmir yumruğ”a çevrilərək düşmənin başını əzən mərd oğullar



Vətən torpaqlarımızın 30 illik əsarətdən azad edilməsində rol oynayan ən önəmli amillərdən biri isə gənc nəslin nümayiş etdirdiyi misilsiz vətənpərvərlik ruhu oldu.

Reallıqdır ki, hər nə qədər silah-sursat olsa da, iqtisadiyyat güclü olsa da, Vətən uğrunda döyüşməyi, çarpışmağı özünün müqəddəs borcu hesab etməyən vətəndaşlar yetişməzsə, bu imkanların hamısı faydasızdır.

Şuşada hərbçilər qarşısında çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi.

Bəli, məhz Azərbaycanın vətənpərvər övladlarının doğma yurdlarımız uğrunda nümayiş etdirdikləri şücaət, qəhrəmanlıq və fədakarlıq bizə əbədi Zəfər bəxş etdi.

“Dəmir yumruğ”a çevrilərək düşmənin başını əzən mərd oğullarımız indi də canla-başla torpaqlarımızın keşiyindədir və düşmənin ərazilərimizə qarşı istənilən hücumunun, təxribatının qarşısını almaq və önündə baş əydirmək, diz çökdürmək əzmindədirlər.

Exit mobile version