Site icon Turkish Forum

Zəfərin şərəf lövhəsi

Zəfərin şərəf lövhəs – Yasəmən MUSAYEVA, Bakü – /turkishforum – Abdullah Türer yener

Zəfərin şərəf lövhəs - Yasəmən MUSAYEVA, Bakü - /turkishforum - Abdullah Türer yener - aliyev azerbaycanaskerleri

Şuşa azadlıq bayramını xilaskarları ilə birgə qeyd etdi

O gün dünyanın ən bəxtəvəri Şuşa idi…

O gün Zəfərin şərəf lövhəsi Şuşadan sərgilənirdi bütün dünyaya…

Bu qədim şəhər azadlığının ilk ad gününü ona bu qurtuluşu bəxş edən Müzəffər Ali Baş Komandanla, uğrunda çarpışaraq canını qurban verməkdən çəkinməyən qəhrəman döyüşçülərlə birgə qeyd edirdi…

8 Noyabr Qələbə yürüşünün zirvə günü idi

Bu xoşbəxt günləri görmək üçün Şuşa o qədər həsrət çəkmişdi ki…

Vətən savaşının 44 günündə də daim səksəkədə, intizarda olmuşdu…

Əvvəlcə “Şuşasız bizim işimiz yarımçıq olar…” deyə söyləyən qətiyyətli bir səs gəlmişdi qulaqlarına…

Çox keçmədən “Şuşaya bir nəfəs qədər yaxınıq” söyləyən doğma həniri duymuşdu…

Sonra isə…

“Əziz Şuşa, sən azadsan!”

“Əziz Şuşa, biz qayıtmışıq!”

deyən Müzəffər Ali Baş Ko

mandanın bütün aləmə yayılan müjdəli hayqırışından qəlbi atlanmış, sevincindən hönkür-hönkür ağlamışdı…

O son bahar ayında, o qaşqabaqlı payız günündə qəfildən Şuşanın səmalarında Günəş parlamışdı…

Güclü şüaları ilə bir həmlədə göyləri bürümüş qara buludları qovmuş, Şuşanın dağlarına, düzlərinə, məhəllələrinə, küçələrinə çökmüş qatı dumanı, sisi dağıtmışdı…

Şuşanı elə bir nura qərq etmişdi ki, haləsi bütün Qarabağa, Azərbaycana şölə saçmışdı…

O gün Şuşanın 30 illik daş sükutu pozulmuş, qəhrəman Azərbaycan oğullarının addım səsləri müqəddəs avaz kimi dağ-daşda əks-səda vermiş, bir qərinəlik kədərdən sonra ilk dəfə Şuşanın üzünə gülüş qonmuşdu…

8 noyabr 2020-ci il ana Vətən uğrunda çıxdığımız Qələbə yürüşünün zirvə günü idi…

Milli qürur və ləyaqət bayramı

Düz bir ildən sonra, yenə də xəzan fəslinin son ayında həmin Günəş Şuşanın üzərində bərq vurdu, meşələrinə, çəmənlərinə, dağlarına, düzlərinə nur çilədi, bu qədim şəhərin Zəfər bayramına bir başqa təntənə qatdı…

Əynində bayram libası, könlündə azadlıq sevinci olan Şuşa tarixindəki ən əziz bayramını xilaskarları ilə birgə qeyd etdi…

Qarabağın taclı qalası ona bu xoşbəxtliyi ərmağan edən qəhrəman Azərbaycan oğullarının pişvazında durdu, zəfər, rəşadət, milli qürur və milli ləyaqət bayramının coşqusunu yaşadı…

Bir daha dəyanətlə, fəxarətlə, bəxtəvərliklə səsi, avazı gəldikcə bütün dünyaya car çəkdi:

“Mən azadam!”, “Mən xoşbəxtəm!”, “Əziz övladlarım doğma qoynuma qayıdıb!”

8 noyabr 2021-ci il 44 günlük Vətən savaşında igid oğullarımızın qanları, canları ilə qazandıqları qürurlu Zəfər günümüzün doğum günüydü…

Qüdrətli Ordumuz, qətiyyətli Sərkərdəmiz var

Azərbaycanın bütün bölgələrində, dünyanın dörd bir yanında böyük sevinclə qeyd etdik Zəfər Günümüzü. Amma bu bayramın Şuşa təntənəsi bir başqa aləm oldu. Vətən eşqimizin qibləsi Şuşanı, möhtəşəm Zəfərimizin Müzəffər Sərkərdəsini və Vətən uğrunda müqəddəs yürüşə çıxaraq şanlı qələbə qazanan azman oğullarımızı bir arada fəxrlə seyr etdik. Bu fəxarətli mənzərə vətən xilaskarlarının böyük görüşü kimi qürurlu anlarla hafizələrimizə həkk olundu…

Və Zəfərimizin vəhdətini təşkil edən bu üç yenilməz qüvvənin birgəliyindən doğan əzmdən, gücdən biz də qüvvət aldıq…

Bu şanlı qələbəni Azərbaycan xalqına bəxş edərək onu ömürlük bəxtəvər edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna bir daha əbədi minnətdarlıq duyduq. Zəfər günümüzü qeyd etdiyimiz bu bayram günlərində göylərdən bizləri seyr edən əziz şəhidlərimizin ruhlarının da şad olduğunun əminliyi könlümüzə dinclik bəxş etdi.

Hər birimiz bu tarixi, qürurlu anlara şahidlik etdik. Müzəffər Ali Baş Komandanın Zəfərimizin bir ilində Şuşadan “Dəmir yumruğ”un yerində olduğunu vurğulayaraq, qətiyyətlə düşmənə verdiyi bəyanatları dinlədik…

Vətəni azad edən başıuca mərd oğulların gözlərində o an düşmənə nifrətdən parlayan qəzəb qığılcımlarının şahidinə çevrildik…

Bəli, 8 noyabr 2021-ci ildə Şuşada qeyd olunan təntənəli Zəfər günümüz bütün beynəlxalq aləmə, doğma diyarlarımıza göz dikən işğalçılara bir daha mesaj verdi ki, Vətənimizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək qüdrətli Ordumuz, bu Orduya rəhbərlik edən qətiyyətli, əzmkar Sərkərdəmiz var…

Yasəmən MUSAYEVA,

Exit mobile version