Site icon Turkish Forum

QURUCU VƏ BİRLƏŞDİRİCİ LİDERİN ÖLMƏZ XATİRƏSİNƏ

QURUCU VƏ BİRLƏŞDİRİCİ LİDERİN ÖLMƏZ XATİRƏSİNƏ- Rüfət Muradlı / TURKISHFORUM- ABDULLAH TÜRER YENER - rifadmuradliumitpartisi

QURUCU VƏ BİRLƏŞDİRİCİ LİDERİN ÖLMƏZ XATİRƏSİNƏ-
Rüfət Muradlı / TURKISHFORUM- ABDULLAH TÜRER YENER

QURUCU VƏ BİRLƏŞDİRİCİ LİDERİN ÖLMƏZ XATİRƏSİNƏ
Bu gün Onun anım günüdür. Bizə yoxdan bir bayraq, bir istiqlal rəmzi və Azərbaycan adlı sivil dövlət bəxş edən dühanın. Əslində Rəsulzadə özü elə Azərbaycandır, axı həm də bu möhtəşəm əsərin əsas müəllifidir. Hələ bizim üçün dövlət qurmaqla yanaşı, millətimizin gerçək adını qaytararaq tarixi ədaləti də bərpa edib. Necə ki, Milli Liderimiz bu haqda özünün 1925-ci ildə Türkiyədə nəşr edilmiş “İstiqlal məfkurəsi və gənclik”əsərində yazırdı:“Rusiya idarəsindəki müsəlmanlara “türk” dedirtmək şimdi artıq qazanılmış bir davadır.
Yalnız “türk” kəlməsi deyil, “Azərbaycan” adı da qazanılmışdır”. Yəni, bir əsr Çarlıq Rusiyası idarəçiliyində hüquqsuz təbəə kimi yaşayan bizlərə vətəndaşlıq qüruru bəxş etməklə millət olaraq imzamızı da imzalar içinə daxil edib. Ona görə qurucudur, qurtarıcıdır və nə yaxşı ki, varımızdır. Yəqin olmasaydı, bugünkü Azərbaycanın mövcudluğu belə mübhəm görünərdi.

Milli Liderimiz hələ 1919-cu ilin dekabrında qurultay iştirakçıları üçün oxuduğu “Azərbaycan təşəkkülündə Müsavat” adlı mühazirəsində Azərbaycan adlı dəyəri ölçüyəgəlməz olan əsərin ərsəyə gəlməsi və onun varlığı haqda belə demişdi: “Əcəba istiqlalçılıq inadı olmasaydı, – sorarım Sizə – Azərbaycan türklüyü qurtara biləcəkdimi? İstanbul mütariqəsi ilə Qafqasiyayı tərk edib gedən Türkiyə ordusu ilə bərabər Azərbaycanın hürriyyəti də məhv olub gedəcək, burada bugünkü Azərbaycan yerində yellər əsəcək və bugünkü milli ordu əvəzinə ya Denikin, ya bolşevik dəstələri gəzəcəkdi”.

Rəsulzadə sevilməlidir. Onun timsalında Əlimərdan Bəy, Fətəli Xan, Nəsib Bəy və bütün qurucu babalarımız bu ülvi sevgini haqq edirlər. Çünki bu gün Rusiya Federasiyası tərkibində muxtar qurum yox, Azərbaycan adında müstəqil dövlət mövcuddursa, məhz onlara borcluyuq. Təəssüf ki, son onilliklərdə Rəsulzadənin qurduğu Azərbaycanda hakim zümrə tərəfindən əks tendensiyaya şahid olduq. Paradoksallıqdır. Özünü AXC-nin varisi hesab edən Azərbaycan Respublikasının hakimiyyəti necə Rəsulzadəni inkar edə bilər? Axı
Rəsulzadə firqə, cinah yox, elə millətin özüdür. Nəhayət çıxarın bu konyuktura eynəyini gözünüzdən, Rəsulzadə- Millət gerçəyini qəbul edin! Əslində bu gerçəklik olduğu kimi qəbul edilərsə, bu həm də dövlətlə millətin bütünləsməsinin göstəricisi ola bilər. Çünki dünya tarixi və dövlətçilik təcrübələri sübut edir ki, dövlət-millət bütünləşməsi dövlətin güclü olmasını şərtləndirən əsas elementlərdən biri, bəlkə de birincisidir. Neçə ki, cəmi bir neçə ay öncə, 44 günlük Vətən savaşımızda bu reallığı yaşadıq da.Təsadüfi
deyil ki, tariximizin ayrı-ayrı dönəmlərində Azərbaycan coğrafiyasında mövcud olan dövlətlərin yaşadığı ən önəmli problemlərindən biri hakim zümrələrin məhz millətdən, milli düşüncədən uzaq düşmələri olmuşdur. Sonuc isə malik olduğumuz dövlətlərin mahiyyətinin dəyişməsi, bəzi hallarda isə itirilməsi olmuşdur. Bu paradiqmanı Səfəvi və Qacar imperatorluqlarının taleyində axtara və müşahidə edə bilərik.

Məhəmməd Əmin Rəsulzadə Vətənimizin quzeyində dövlətlə millətin
bütünləşməsi simvolu olduğu kimi öz siyasi, ədəbi və ictimai fəaliyyəti ilə Arazın Güneyi ilə Quzeyinin də bütövlük simvoludur. Milli liderimizin 1908-1911-ci illərdə Güneydəki fəaliyyətləri, Təbrizdə baş qaldıran Məşrutə hərəkatında iştirakı, “Irane nou” kimi modern bir qəzetin əsasını qoyması , ən önəmlisi isə qələmə aldığı əsərlərində Güney Azərbaycanda yaşayan soydaşlarımızın soy-kökü, tarixi və yaşadıqları coğrafiyanın taleyinin teyin olunmasında önəmləri barədə açıqladığı fikirlər öz dönəmində nə qədər mühüm səslənirdisə də, günümüz üçün də son dərəcə aktualdır. Böyük mütəfəkkir Rəsulzadə Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan Tarixi, Çağdaş Azərbaycan
ədəbiyyatı, Azərbaycan sairi Nizami, eləcə də Istanbulda Türk yurdu dərgisində çap olunan “İran türkləri” adlı silsilə məqalələrində Arazın şimali və cənubundakı Azərbaycan türklərinin soy kökü barədə hələ ki ən dəqiq yanaşmanı sərgiləmiş ve bu xüsusda yaranan mübahisələrə son qoymuşdur.

Bu həm də bizim millətləşmə və bütövləşməmiz yolunda atılmış müstəsna əhəmiyyətli addım idi. Tariximizdə ikinci bir dövlət xadiminə rast gələ bilməzsən ki, Məhəmməd Əmin Rəsulzadə qədər Azərbaycanın quzeyi və güneyi haqda dərin düşüncəyə malik olmaqla bərabər, bu yöndə aktiv əməli fəaliyyət də sərgiləsin. Yəni bütövlük müstəvisindən də baxanda Məhəmməd Əmin Rəsulzadə o tayımızla bu tayımızın birliyi, bütövlüyü rəmzidir. Hələ yuxarıda adını çəkdiyim “İran türkləri” məqaləsində Rəsulzadə Təbrizin önəmi
haqda belə bir tərif verir.” Fransa inqilabında Marsel, Osmanlı inqilabında Selanik nəydisə, Məşrutə inqilabında Təbriz odur”. Bu gün dünya ölkələrinin milli mübarizə və dövlətçilik tarixinə nəzər salarkən biz də Öndərimizin milli varlığımız üçün önəmini daha dərindən hiss edir və bu gerçəyi bir daha görür və dərk edirik ki, Hindistan ucun Qandi, Fransa ucun Şarl de Qoll, Almaniya ucun Bismark, qardas Türkiyə ucun Atatürk, Italiya ucun Qaribaldi, Ingiltərə ucun Kromvel kim idisə, Azərbaycan ucun Rəsulzadə də məhz odur.

Doğum günündə “Vətən qayəsi və millət duyğusu hər şeydən üstün
tutulmalıdır” deyib və bu prinsipə mücadiləsinin bütün dönəmlərində sadiq qalan Milli Liderimizə sonsuz sayğılarla

Rüfət Muradlı

Exit mobile version