Türkiyədə 5,1 bal gücündə zəlzələ olub AZERBAYJAN NEWS.AZ / TURKISH FORUM – ABDULLAH TÜRER YENER
Türkiyənin Konya vilayətinin Meram rayonunda 5,1 bal gücündə yeraltı təkan qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Ocağı yerin 10,61 kilometr dərinliyində olan zəlzələ yerli vaxtla saat 20:43-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.