regional inkişaf və əməkdaşlıq üçün perspektivlər

Qlobal Bakı Forumunda “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusu müzakirə edilir . – AZERBAYCAN NEWS.AZ /TURKISHFORUM- ABDULLAH TÜRER YENER

Noyabrın 6-da VIII Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda səkkizinci panel iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Latviyanın keçmiş prezidenti Vladis Zatlersin moderatorluğu ilə keçirilən panel iclasda ABŞ, Rusiya, İran, Türkiyə və Çinin maraqlarının kəsişdiyi strateji region sayılan Cənubi Qafqaz haqqında fikirlər səsləndiriləcək.

Panel iclasda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin sabiq müavini David Merkel, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, Fransa Senatının üzvü Natali Qule 44 günlük müharibədən sonra regionda sülhün və inkişafın bərqərar edilməsi üçün yaranmış yeni imkanlar barədə öz düşüncələrini bölüşəcəklər.

Beşiktaş stadı, Bakü, Azerbaycan

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir