Güney Azərbaycanda Zəfər coşğusu: Gecə bülletenləri paylandı-Günaz.Tv / Turkishforum – Abdullah Türer Yener
Azərbaycaın işğalçı Ermənistan üzərində möhtəşəm zəfəri Güney Azərbaycandan qeyd olunub.
Gunaz.tv Quote | Gunaz article
Güney şəhərlərində Zəfər günü münasibətilə gecə bullettenləri yayılıb.
“Biz Azərbaycanın özüyük” ifadəsi ilə başlanan yazıda 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin bölgədə və xüsusilə Güneydə buraxdığı təsirdən bəhs edilib.
“30 il bundan öncə Ermənistan İran və Rusiyanın dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsini işğal etdi və insanlıqdan uzaq cinayətlər törətdi.
44 günlük Vətən savaşında Arazın güneyində yaşayan Azərbaycan türkləri müharibə xəbərlərini səbirsizliklə izlədi. Rejimin yaratdığı ğır təhlükəsizlik vəziyyətinə baxmayaraq, azərbaycanlılar müxtəlif vasitələrlə, xüsusilə sosial mediada Azərbaycan Ordusuna dəstəklərini ifadə edirdilər”-deyə, bülletenlərdə qedy olunur.
Güneydə kütləvi şəkildə yayılan vərəqələrdə İran rejiminin 44 günlük müharibə boyu işğalçı Ermənistana dəstək verdiyi bildirilir.
Müharibə davam etdiyi dövrdə Güney Azərbaycan faktorundan çəkinən İran hökuməti Ermənistana açıq dəstək verə bilmədi. Lakin dolayı yollarla Ermənistana yardım etdi. Tehran rejimi Rusiya hərbi texnikasının İran vasitəsilə Ermənistana göndərilməsini təşkil etdi.
İran hökumətinin milli fəallara qarşı basqıları, Güney Azərbaycandakı mədənləri və sərvətləri talaması, əsassız bəhanələrlə bölgədə müharibə salmağa çalışması və digər amillər Tehran rejiminin Azərbaycana qarşı düşmən mövqeyini sübut edir.
Güney Azərbaycan türkləri olaraq Vətənin səsinə səs verməyi və Zəfər gününü əziz tutmağı milli borcumuz kimi qəbul ediriki. Göstərməliyik ki, biz Azərbaycanın özüyük”-deyə, bülletenlərdə bildirilir.
C.E
Yazıları posta kutunda oku