Azərbaycanın qələbəsi bölgəyə yeni reallıqlar gətirib -azerbaijan-news.az / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
kinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə başa çatdı.
44 gün davam edən savaşda Azərbaycan Silahlı Qüvvələri İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə işğalçı Ermənistana döyüş meydanında tarixi və layiqli cəza verdi. Qarabağ və Şərqi Zəngəzur artıq düşmən tapdağından azaddır. İndi düşmənin dağıtdığı yurd yerlərimiz sürətlə bərpa edilir.
Torpaqlarımız 30 ilə yaxın işğal altında qalsa da, beynəlxalq təşkilatlar, xüsusən münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri heç vaxt bu məsələ ilə bağlı obyektiv yanaşma ortaya qoymadılar. Qarabağ bütün dünyada Azərbaycan torpağı kimi tanınsa da, 1993-cü ildə BMT tərəfindən 4 qətnamə qəbul edilsə də, ikili standartlarla üzləşdik, işğalçı öz adı ilə çağrılmadı.
Təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi və barışmadı da. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı kimi Prezident İlham Əliyev dəfələrlə bəyan etdi ki, Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Hər zaman vədlərini yüksək səviyyədə yerinə yetirən dövlət başçısı Vətən müharibəsində də öz sözünü dedi. Darmadağın edilən Ermənistanın və dünya erməniliyinin Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq xülyasının üstündən birdəfəlik xətt çəkildi.
Bu qələbəni təmin edən Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti idi. Dövlət başçısı 17 il ərzində Azərbaycanın inkişafını təmin edərək xalqımızı bu qələbəyə yaxınlaşdırdı və onu təmin etdi. Düşmən danışıqlar prosesində imitasiya ilə məşğul olanda Azərbaycan inkişaf etdi, maliyyə imkanlarını artırdı. 17 il ərzində ordumuz daha da gücləndirilərək döyüş imkanları ən müasir səviyyəyə çatdırıldı.
Xalqımız ordumuzun döyüş imkanları ilə hərbi paradlarda, Aprel döyüşlərində tanış olmuşdu. Vətən müharibəsi isə ordumuzun gücü və qüdrəti ilə bağlı deyilənlərin tam və əyani təsdiqi oldu. Ordumuzun bütün bölmələri bu döyüşlərdə yüksək döyüş hazırlığı nümayiş etdirdilər. Hərbçilərimiz həm peşəkarlıq, həm də qəhrəmanlıq salnamələri yazdılar. Eyni zamanda xalqımız bu müharibədə Prezident İlham Əliyevin ətrafında sıx birləşdi, milli həmrəyliyin ən möhtəşəm nümunəsini yaratdı.
Bu müharibə İlham Əliyevin şərtləri ilə başa çatdı. Noyabrın 10-da Ermənistan bu şərtlər əsasında yazılmış üçtərəfli bəyanata imza atdı. Bununla da Azərbaycan tək müstəqillik deyil, son bir neçə əsrlik tarixinin ən böyük qələbəsini qazandı.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bölgəyə yeni reallıqlar gətirdi. İndi azad olunmuş bütün torpaqlar nəhəng tikinti və quruculuq meydanına çevrilib. Eyni zamanda bu qələbə regionda yeni iqtisadi əməkdaşlıq üçün geniş perspektivlər açdı. Xüsusən Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinin maraqlarına xidmət edəcək. Ermənistanın isə bu reallıqlarla barışmaqdan başqa çarəsi yoxdur. Çünki əks halda revanş hissindən əl çəkməsə, Azərbaycanın “dəmir yumruğ”unu yenidən hiss etməli olacaq.
Ramil NAMAZOV,
Bir yanıt yazın