Site icon Turkish Forum

İki müharibənin qəhrəmanı, inadından dönməyən qazi

İki müharibənin qəhrəmanı, inadından dönməyən qazi- Azerbayjan news.az / Turkishforum – Abdullah Türer yener

İki müharibənin qəhrəmanı, inadından dönməyən qazi- Azerbayjan news.az / Turkishforum - Abdullah Türer yener - muhammednerimanoglu

Vətən müharibəsi bizə kimin kim olduğunu yaxşı tanıtdı. Qazancımız şanlı qələbə, tanıdıqlarımız isə Vətən üçün candan keçməyi bacaranlar oldu. Belə igid oğullarımızla fəxr edirik. Çünki onlar canlarını vətənimizə, torpağımıza, bu günümüzə, sabahımıza – tariximizə, mədəniyyətimizə tuşlanan düşmən gülləsinə sipər edənlərdir, şəhidlik zirvəsinə ucalanlar, bədənində qəlpə və onun yarasını gəzdirən qazilərimizdir.

Belə vətənpərvər qazilərimizdən biri də 1972-ci ilin avqust ayında Zəngilan rayonunun cənub-qərbində yerləşən gözəl iqlim şəraitinə malik Bartaz kəndində anadan olan, 1990-cı ildə orta məktəbi bitirərək, həmin ilin dekabrından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında qulluq edən Zülfü Həsənəliyevdir.

Ağdam, Şuşa, Laçın, Ağdərə, Xocalı, Füzuli, Naxçıvan, bir sözlə, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüşlərdə şücaəti ilə fərqlənən Zülfü Həsənəliyev Ağdam rayonunun Papravənd kəndində ağır yaralanıb. Müalicə olunduqdan sonra Daxili Qoşunların Komandiri, Milli Qəhrəman Sahil Məmmədovun və Rövşən Allahverdiyevin komandirliyi ilə 1992-ci ilin mart ayında Zəngilan rayonunun Qazançı, Ağkənd, Seyidlər kəndlərinin işğaldan azad olunmasında iştirak edib.

Keçmiş döyüşçü-qazi o illəri xatırlayaraq deyir ki,1992-ci il iyunun 29-da Zakif Abbasov və iyulun 10-da Natiq İmanov yaralanıb: “O zaman hərbi sürücü Yanvar Şahməmmədovun köməyi ilə yaralılar Zəngilan Rayon Mərkəzi Xəstəxanasına gətirildi. Bu illərdə Yanvar Şahməmmədovun xidmətlərini qeyd etmək yerinə düşər.

Onu da deyim ki, heç bir texnika Qazançı kəndinə girə bilmədiyi vaxtlarda Şahməmmədov Yanvar Famil oğlu ölümlə üzbəüz olurdu. Mərmi partlayışı nəticəsində komandir Sahil Məmmədov yaralandı. Onu döyüş meydanından çıxarmaq müşkül işə çevrildi. Lakin döyüş dostları və Milli Ordunun cəsur sürücüsü Yanvar Şahməmmədovla ermənilərin güclü atəşi və nəzarətində olan sahədən komandiri çıxarıb Zəngilan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya göndərdik…”

Sahil Məmmədovu xəstəxanada qoyub, döyüş mövqeyinə qayıdan Zülfü Həsənəliyev axşam saatlarında mərmi partlayışı nəticəsində başından və ayağından yaralanır. Yenə də köməyə cəsur, qoçaq, ölümün gözünə dik baxan sürücü Yanvar Şahməmmədov çatır. O, Zülfünü Zəngilana, üç gündən sonra isə Bakıya, DİN-in Mərkəzi Xəstəxanasına gətirir.

Müalicəni başa vuran Zülfü Həsənəliyev döyüşlərdə göstərdiyi yüksək peşəkarlığa görə, DİN-in Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşı kimi işə qəbul edilir.

Qarabağın, o cümlədən Zəngilanın da erməni qaniçənlərindən azad edilməsində rayonun polis əməkdaşları da yaxından iştirak ediblər. Kilsə kəndində vaxtilə Zülfü Həsənəliyevin hərbi hazırlıq müəllimi olmuş Bərxudar Şıxalıyev öz həyatını təhlükəyə ataraq düşmənin uzunmüddətli atəş nöqtəsini susdurmaqla Zəngilan Rayon Polis Şöbəsinin bir qrup əməkdaşını, o cümlədən Zülfünü xilas etsə də, özü yaralanır.

Zülfü Həsənəliyev 44 günlük Vətən müharibəsində də Zəngilan rayonunun mənfur düşmənlərdən azad olunmasında iştirak edib, həmçinin Sərhəd Qoşunları Xidmətində bələdçi kimi sərhədçilərimizə dağlarda hərəkətlərinə yardımçı olub.

Hacı Zülfü Həsənəliyev bu günlərdə doğma Zəngilanını ziyarət edənlərdən biri olub. O, məşhur və müqəddəs məkan sayılan Xanazir pirini ziyarət edib, orada azan verərək əhd etdiyi qurbanlığı kəsib.

Exit mobile version