Xankişi Məmmədov yazdı: Bir şeir də Qarabağdan de, dədə! / Turkishforum – Abdullah Türer Yener
Bir şeir də Qarabağdan de, dədə!
Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar (Ərdoğanın dilindən).
Qurban olum şeir deyən diline,
Bir şeir də Qarabağdan de, dədə!
Olacaq var, dönəcək var, dönüm var,
Bir şeir də Qarabağdan de, dədə!
De ki, bir də eşitsinlər düşmənlər, Lovğa-lovğa gülməsinlər gülənlər.
Nə yaxşı ki, yenə gəldi o günlər,
Bir şeir də Qarabağdan de, dədə!
Şöhrətin yayılıb ulduza, aya,
Gəlməz nə hesaba, nə də ki saya.
Qurban olum səni doğan anaya,
Bir şeir də Qarabağdan de, dədə!
Tənha qalmaq ağrılıdır, acıdı,
Nə qədər dərd varsa, türk əlacıdı.
Qızıl bilərziyin Şuşa, tacıdı, Bir şeir də Qarabağdan de, dədə!
Ulu Türküm tarixlərin yaşıdı,
Bu hikməti anlamayan naşıdı.
Bayrağımız bayraqların başıdı,
Bir şeir də Qarabağdan de, dədə!
Gəlib çıxdın vədəsinə, vaxtına,
Bir günəşsən millətimin baxtına. Baş əyirəm Atatürkün taxtına,
Bir şeir də Qarabağdan de, dədə!
Bu gün sizi dağlar, daşlar dinləyir,
Sevincindən axan yaşlar dinləyir,
Bülbüllər lal olub, quşlar dinləyir,
Bir şeir də Qarabağdan de, dədə!
Bir sözün qaldırır göyə adamı, Dəyişir həyatın ləzzəti, tamı.
Dumanlı Şuşanın nurlu axşamı, Bir şeir də Qarabağdan de, dədə!
Türksüz ömür boş-boş keçən vədədi, Yazsız, yaysız sərt qış keçən vədədi.
Bu gün Allah, nə xoş keçən vədədi,
Bir şeir də Qarabağdan de, dədə!
Elə bil ki, quşlar qonub çiynimə, Qonaq gəlibdilər sanki dənimə.
Bundan sonra qorxu gəlməz eynimə, Bir şeir də Qarabağdan de, dədə!
Siz gələn gün ömrümüzə gün düşdü, Düyünlər açıldı, düyünlər düşdü.
Daha nə qəm, ağır günlər ötüşdü, Bir şeir də Qarabağdan de, dədə!
Çoxu haqqı demir, desə də Allah,
Astarı da agah, üzü də agah.
Agahların acığına sən Allah,
Bir şeir də Qarabağdan de, dədə!
Ən birinci düşmənimiz ilandı, İlanların nəfəsi də yalandı.
Bəlkə düz demirəm, yoxsa yalandı?
Bir şeir də Qarabağdan de, dədə!
Kipriyində nəm görməyim heç vədə,
Nur üzündə qəm görməyim heç vədə. Dədəlikdən kəm görməyim heç vədə, Bir şeir də Qarabağdan de, dədə!
Qarabağa gedən yollar yoxuşdu, Yoxuşlar ya qardı, ya da yağışdı.
Yağışda bir şeir Sizdən nə xoşdu,
Bir şeir də Qarabağdan de, dədə!
Rəhmət deyək min yol Yunis Əmrəyə,
Yunis Əmrə bir də çətin törəyə. Qurban olum türkdə olan ürəyə,
Bir şeir də Qarabağdan de, dədə!
Şeytana, ilana verməyək aman,
Bir olsun adımız, bir olsun ünvan. Hicransız yaşasın can Azərbaycan,
Bir şeir də Qarabağdan de, dədə!
Bundan sonra Araz axmaz lil ilə,
Bəzəyərik dörd bir yanın gül ilə.
Nəğmələr qoşarıq Xarıbülbülə,
Yetişərik İnşəallah mənzilə, Bir şeir də Qarabağdan de, dədə! Bir şeir də Xocalıdan de, dədə!
Bir şeir də Xankəndindən de, dədə!
09.10.2021
Zəfərin mübarək, cənab Komandan!
Bu gün də sorağın Hadrutdan gəlir,
Zəfərin mübarək, cənab Komandan!
O gün Şuşada, Suqovuşandaydın,
Zəfərin mübarək, cənab Komandan!
Qatı açılmayan xəbərlər gətir,
Nəğməli gecələr, səhərlər gətir,
Qarabağdan təzə zəfərlər gətir.
Zəfərin mübarək, cənab Komandan!
Cıdırdüzündəki çiçəklər deyir,
Ərdoğan dağında küləklər deyir,
Bunu mən demirəm, mələklər deyir,
Zəfərin mübarək, cənab Komandan!
Kipriyində nəm görmüyüm heç vədə, Zərrə qədər qəm görmüyüm heç vədə.
Taleyini kəm görmüyüm heç vədə,
Zəfərin mübarək, cənab Komandan!
Yoxdu bərabərin, yoxdu bənzərin,
Çətin gələ bir ölçüyə dəyərin.
Dünyanın bir yanın əyər ləngərin,
Zəfərin mübarək, cənab Komandan!
Hər bəndə dünyanı düz görə bilmir,
Düzün düz qiymətin düz verə bilmir.
Hər adam Sizintək kövrələ bilmir,
Zəfərin mübarək, cənab Komandan!
Ərdoğantək qardaşın var, nə dərdin,
Şuşa kimi daş-qaşın var, nə dərdin.
Mehribantək yoldaşın var, nə dərdin,
Zəfərin mübarək, cənab Komandan!
Mən deyən səhərlər, axşamlar gəlməz.
Peyğəmbərlər gəlməz, imamlar gəlməz,
İmamlar gəlsə də, İlhamlar gəlməz,
Zəfərin mübarək, cənab Komandan!
Zəfərin mübarək, cənab Komandan!
Xankişi Baxtiyar
Bir yanıt yazın