Arkadaşlar İran hakimiyyəti hər zaman bizi qaralamaqla məşğul olmuşdur. – Yasemen Qaraqoyunlu- Azerbaycan Bakü
Facebookda dostluğumdan bizi dislayk edən bəlkə 100 İranpərəst silmişəm. 5000 dostumun 3 mini də İranpərəstdir, daha çox Fars pərəstdir. Mən İran platosunu Aryanların platosu, məkanı coğrafiyası hesab etmirəm, çünki bu platoda e.ə. 5 minillikdən 1 minilliyə qədərki dönəmdə aqlütinativ dilli Asiyatik qövmlər, bir çox Avropa müəlliflərinə görə isə Turanlı mədəniyyətini təmsil edən qövmlər yaşamışlar. İran-Fars tayfaları isə bu platoya e.ə. 9 -7 yüzillikdə gəlmişlər və Midiya dövlətində saray çevrilişi edərək Əhəməni Pers dövlətini qurduqdan sonra özlərindən əvvəlki bütün sivilizasiyaları-Elamdan, Midiyadan tutmuş əski Şumerə qədərki bütün mədəniyyət birikimini məhv etmişlər. Farsların İran platosunda cəmi 3 dövləti -Əhəmənilər, Sasanlılar, Pəhləvilər və onların uzantıları olan mollalar- olmuşdur. İran alimi Nasir Purpirarın yazdığına görə e.ə.7 əsrdən bizim eranın 7 əsrinə qədərki orta doğu tarixi qaranlıq çağ tarixidir. Çünki bu dönəmdə Farslar bütün orta doğu mədəniyyətini yer üzündən silərək orta doğu mədəniyyətinin duraqlamasına səbəb olmuşlar. İran mədəniyyəti də fars mədəniyyəti deyildir. E.ə. 7- 1 minilliklərdə aqlütinativ dilli əski Turanlılar, b.e. 10 cu əsrindən də Türklər 1925 qədər bu platoda mədəniyyət qurmuşlar. Fars dilini də bütün İslam coğrafiyasıba yayan və inkişaf etdirənlər də türklər olmuşdur, Qəznəvi, Səlçuklu, Səfəvi, Osmanlı, Babur dövlətlərində türk dili və fars dili bərabər işlənmişdir. Türklər heç bir zaman fars dilini inkar etməmişlər və yasaqlamamışlar. Farslar isə 1925 də Pəhləvilərin əli ilə türk dilini yasaqlamışlar və İran platosunda min illik dövlətçilik gələnəyini pozmuşlar. Birgə yaşamağın bütün qaydalarına xəyanət etmişlər, İran bir fars dövləti deyildir, İranda türklər çoğunluqdadır, Türkiyədən sonra İran, türklərin yaşadığı və çoğunluqda olduğu bir ölkədir və iddia edirəm ki, hazırda İran platosuna yayılmış 52 milyon türkün 1925 də əlindən alınmış dövlətçiliyi bərpa olunmalıdır. İran adlı platoda Əfqanıstan adlı bölgədən gəlib yerləşmiş farsların da türk diluni qadağan etməyə haqqı yoxdur. Qaldı din məsələsinə. Mənim babam Əhli Beyt aşiqi, anam sünni olmuşdur. Mən özüm isə islamı məzhəblərə təriqətlərə bölmürəm və İslamı bir bütün olaraq qəbul edirəm və Peyğəmbərdən sonra, Hz.Əbubəkr, Ömər, Osman, Hz.Əli və övladlarını eyni dərəcədə sevirik və qəbul edirik. İran Fars Şiə modeli İslamı bölür və İran şiəliyi fars millətçiliyinin bir qoludur. İran Fars millətçiliyinə boyun əymək, din təbliğatı altında yayılan bu faşist millətçiliyin tuzağına düşmək yox, bu millətçiliyi əzmək gərəkdir. İran- Fars millətçiliyi Türk Millətinə, Türkiyə və Azərbaycana, Türküstana qarşı yönəlmişdir və Erməni faşizmi qədər təhlükəlidir.
Bunları söylədiyimiz üçün İran bizi hər zaman Şiə fanatizminə hədəf göstərməkdədir və məni Şiələr arasında bir Şiə düşməni kimi təbliğ etməkdədirlər. Arkadaşlar mən Şiə düşməni deyiləm, din düşməni deyiləm, Şiəliyə yansımış Fars militarizminin əleyhinəyəm. Şiəlik məzhəbi getdikcə bir Fars modelinə, Fars yayılmaçılıq ideolojisinə, alətinə çevrilməkdədir. Biz Fars millətçiliyi ilə Əli Şiəsinin fərqli olduğunu da əziz Şiələrə başa salmalıyıq. Şiələr də sünnilər də bizim əzizimizdir. Din və vicdan hürriyyətinə də sayğımız vardır.
Arkadaşlar, Türkiyə, Qafqaz, İran və Türküstana yayılmış bütün türklər birləşəcəklər. İrandakı farslar da ermənilər kimi təşkilatlanaraq bu birliyi pozmaq üçün Qacar türk dövlətimizin başına keçirilmişlər. Avropa Osmanlı Qacar və Babur imperiyalarını çöktürərək bütün orta doğuya, İslam sivilizasiyasına egemen olmaq və bu coğrafiyaları paylaşmaq amacı ilə bu bölgələrdə egemen olan Türkləri bölmək, zəiflətmək, parçalamaq üçün Ermənistan qurdular, İran adlı platoda 7 min illik dövlət və mədəniyyət quran türk millətini sindirmək yox etmək üçün də 1925 də farsları Qacar türk dövlətinin başına keçirdilər. İndi bu fars gəlib burada dövlətlər quran, mədəniyyətləri və dinləri yönətən türkə sən türkcə danışma deyərək hökm verir. Nə haqla? Bu gün farsın bu hökmü dağılır, bu mifik fars mədəniyyəti iddiası sönükləşir, Farsı İranda egemen qılan uluslararası konyuktur və düzən çökür arkadaşlar, türk oyanır, türk çağı başlanır arkadaşlar.
İran deyilən mifik bir Şahnamə coğrafiyası əslində bir Turandır və tarix boyu burada hər zaman türklər yaşamış və dövlət qurmuşlar.
Arkadaşlar tarixi yaxşı oxusanız görəcəksiniz ki, İran da, Roma da, Hind-Çin də, Rus- Slavyan platosu da, Volqa- Ural da, Fərat və Dijlə də, Ceyhun və Sayhun da, Xəzər, Qara dəniz, Ağ dəniz, Baykal gölü, Egey, Mermere dənizlərində Turanlılar yayıldı, mədəniyyət qurdu.Bütün bu bölgələr Turandır, türkdür. İran adlanan platodan İran adı silinməlidir, çünki bu plato bir aryan platosu deyildir. Aryan məsələsi də mübahisəlidir. Aryanların da türklərin bir qolu olması haqqında mülahizələr var və bu Aryanların da farslar yox, türk Saka-İskitlər olması haqqında da etnoqraf və tarixçilərin iddiaları var…
İranın Azərbaycandakı adamları haqqımda çox saxta vidiolar çəkib youtube kanalına yükləmişlər. Bu da olsun biri.
Heç bir farsın və fars faşistinin türkü öz dilində danışdığı üçün həbsxanaya salmaq və asmaq ixtiyarı yoxdur.
İran Turandır.
Fars hakimiyyəti Qarabağ savaşında Ermənistanı dəstəklədiyi üçün, İran platosunda türk dövlətinin başına keçdiyi üçün, İranda türk dilini və mədəniyyətini qadağan etdiyi üçün mənim düşmənimdir !!!
Nadir şah Avşar Zənd hakimiyyətini devirdiyi kimi, Türklər də bu fars hakimiyyətini yola salmalıdır. İranda türk dövlətçiliyi bərpa olunmalıdır.