Müasir Azərbaycan dövləti Azərbaycanın tarixi-etnik torpaqlarının onda birində qurulub – Yasəmən Qaraqoyunlu
Bu məqalə Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunur.
Azərbaycan necə parçalandı. Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının etnik-cografik-kültürəl bütünlüyünu təmin edən Azərbycanın (1813-1828-ci illərdə Bütöv Azərbaycan sahəsi-410 000 kv.km olmuşdur. Parçalandıqdan sonra Güney Azərbaycan ərazisi-280 000 kv.km olmuşdur. Quzey Azərbaycan ərazisi-130 000 kv.km olmuşdur) cənub-qərb bölgəsi olan Mosul, Ərbil, Kərkük, Süleymaniyyə şəhərləri 1534-cü ildə Səfəvi və Osmanlı dövləti arasında gedən müharibədə Osmanlı İmperiyasının tərkibinə qatılmış, 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında baglanan 5 iyun müqaviləsi ilə Mosul, Kərkük, Süleymaniyyə elləri Ərəb İraq dövlətinin müstəmləkəsi olmuş, burda bir ərəb assimilyasiya siyasəti uygulanmış, İraq Amerika Birləşmiş Ştatları Dövləti tərəfində İşgal edildikdən sonra Azərbaycanın bu torpaqlarında Quzey İraq Kürd dövləti qurulmuşdur.
1736-cı ildə Borçalı Nadir Şah Avşar tərəfindən Gəncə bəylərbəyliyindən alınaraq Gürcü Kartli-Kaxeti çarlıgına bagışlanmış, 1801-ci ildə Rusiya ilə Gürcüstan arasında baglanmış Georgiyevski aktı nəticəsində Gürcüstanla birlikdə Rusiya tərkibinə qatılmış, Sovetlər Birliyi dagıldıqdan sonra Gürcüstanın tərkibində qalmışdır. Hal-hazırda Azərbaycan türklərinin Borçalını tərk etməsi və Borçalının Gürcü torpagına çevrilməsi siyasəti uyğulanmaqdadır.
XIX əsrin birinci yarısında Türk Qacar imperatorluğu ilə-Rus imperiyası arasında gedən savaşlar nəticəsində 1813 (Gülüstan), 1828 (Türkmənistan) illərdə baglanmış müqavilələr əsasında Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə – Güney və Quzey hissələrə parçalanmışdır.
Quzey Azərbaycanın parçalanması.
Quzey Azərbaycan Rus imperiyasının müstəmləkəsinə çevrilmiş, burada ruslaşdırma xristianlaşdırma, soyqırım həyata keçirilmiş, sünni-şiyə ayrımçılığı salınmış, milli inkişafın qarşısı bütün shələrdə alınmışdir.
Çar Rusiyasında həyata keçirilən 1840-cı il islahatları zamanı Azərbaycanın Rusiya tərkibinə qatılan hissəsinin quberniyalara bölünməsi nəticəsində ərazisi 7 min kv.km.olan Dərbənd, Altıparın, Axtı, Doqquz Parın, Qaytaq və digər ətraf rayonlar Dagıstan viləyətinə birləşdirildi. Hazırda Dagıstan Rusiya müstəmləkəsidir və burda ruslaşdırma siyasəti bütün gücü ilə həyata keçməkdədir.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ümumi ərazisi 114 000 kv.km olmuşdur. Azərbaycan Respublikasının ərazisi 1919-cu ildə Paris Sülh Konfransına təqdim olunan Momerandum çərçivəsində təsbit olunmuşdu.
Azərbaycana yenidən sahiblənmək üçün Siyasi-Hərbi doktrinaya sahib olmalıyıq. Bu doktrinanın əsasında 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayədə heyətinin Paris Sülh konfransına təqdim etdiyi Memorandumda irəli sürülən on dörd bənddən ibarət “Qafqaz Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris Sülh Konfransından tələbləri” adlı sənəd əsas götürülməlidir. Azərbaycan Cümhuriyyətinin sərhədləri və torpaqlarrı bu memorandumda əks olunmuşdur. Bu Tarixi-hüquqi sənədə əsaslanaraq Azərbaycan bu momerandumda əks olunmuş Torpaqlarımıza sahiblənmək iddiasını yenidən qaldırmalıdır. Bu sənəddə Azərbaycan Respublikasının əraziləri bütün Qafqaz ərazisinin 39 faizini təşkil edirdi. Memorandumda Qafqaz Azərbaycanın ərazisi Çar rusiyası dövründəki inzibati-ərazi bölgüsü əsasında göstərilmişdi.
1.Bakı quberniyası-Bakı şəhəri,Bakı,Cavad,Göyçay,Şamaxı,Quba,Lənkəran qəzaları:
2.Yelizeavetpol (Gəncə) quberniyası-Gəncə, Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngəzur, Qazax qəzaları:
3.İrəvan quberniyası-Naxçıvan,Şərur-Dərələyəz,Sürməli qəzaları,Yeni Bəyazid, Eçmiədzin, İrəvan, Aleksandrapol qəzalarının bir hissəsi:
4.Tiflis quberniyasında –Tiflis,Borçalı və Signaq qəzalarının böyük hissəsi:
5.Zaqatala qəzası:
6.Dagıstan regionunda Kurinə və Samur nahiyələrini əhatə edən ərazinin bir hissəsi,Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Kaytaq-Tabasaran qəzzasının bir hissəsi:
7.İrəvan və Tiflis quberniyalarında və Zaqatala dairəsində bu momerandumda adı çəkillməyən bir sıra kiçik ərazilər də Azərbaycana daxildir.
Paris Sülh konfransına təqdim olunan bu Azərbaycan torpaqları üzərində yüksəlmiş Azərbaycan cümhuriyyətinin hüquqi ərazilərinə indi biz iddia etməliyik.Qərbi Azərbaycan və Qarabağ probleminin həllində bu Momerandum əsas götürülməlidir.
Lakin bu ərazilər SSRİ dövründə parça-parça edilmişdir. Bu Momerandumda əks olunmuş ərazilərin adlarını yuxarıda çəkdim.İndiki Ermənistan və Gürcüstan əslində bizim torpaqlar üzərində yaradılmışdır. Qoy oxucu yuxarıda sadaladdıgım, Momerandumda əks olunan ərazilərin necə bölüşdürülddüyünü müqayisə etsin.
Türkmənçay müqaviləsindən sonra Azərbaycanın tarixi ərazisində Ermənistan dövlətinin yaradılması və genişlənməsi prosesi baş vermişdir. Bu proses 3 mərhələdə və formada həyata keçirilmişdir.
1. Azərbaycanın Qərb torpaqlarında ( tarixi İrəvan xanlıgı) yerli Türklərə qarşı etnik təmizləmə, soyqırım, siyasəti həyata keçirilərək Ermənistan dövlətinin yaradılması.
Əsası Rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. 1828-ci ilin mart ayının 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi. 1876-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamışdır. Beləliklə Dünyanın hər tərəfindən ermənilər “erməni vilayətinə” köçürülmüş,türklərin əlindən torpaqlarıalınaraq ermənilərə verilmiş, himayə edilmiş, silahlandırılmış, təşkilatlandırılmış və Erməni dövlətinin qurulmasını hədəf alan bir millət kimi formalaşdırılmışdır. 1905-ci illərdən etibarən isə Qafqazda və Anadoluda Türklərə qarşı Ermənilərin siyasi-hərbi-terror mübarizələri başlanmışdır.
2. SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi.
1918-ci il mayın 29-da Anadolu ilə Azərbaycanı birləşdirən İrəvan xanlıgının torpaqları təxminən 9 min kv.km.olan ərazi Batum müqaviləsi ilə Ermənistanın Azərbaycanla konfederativ dövlət şəklində birləşdirilməsi şərtilə ermənilərə güzəştə gedilmişdir. Lakin Ermənilər bu şərti pozmuş, tarixi Türk torpaqları üzərində Ermənistan Dövləti yaratmışlar. Nəticədə Şərq(Türküstan),Qərb(Anadolu) türklüyü arasında tampon xristian erməni dövləti yaradılmaqla Türk dünyasını cografi, kültürəl bütünlüyü pozulmuşdur.
Çar Rus İmperiyası dagıldıqdan sonra 1918-ci ilin 28 mayında Quzey Azərbaycanda qurulmuş Müstəqil Azərbaycan Demokrtik Cümhuriyyəti Rus Bolşevik Qızıl Ordusu tərəfindən 1920 –ci ilin aprelin 27-də işgal edildikdən sonara, Rus Sovet imperiyasının 1 dekabr bəyanatına əsasən, Zəngəzurun bir hissəsi (4505 kv.km)- Qafan ,Gorus, Sisyan və Mehri bölgələri Ermənistana birləşdirildi. 1920-ci ildə Naxçıvanın Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi, 1922-ci ildə Goyçə gölü hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər bölgələri Ermənistana verilib. 1922-ci ildə Dərələyəz ərazisi, 1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və.s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaradılması nəticəsində Naxçıvan bölgəsi Azərbaycandan qoparılıb. Hazırda Ermənilər və Kürdlər Naxçıvana sahiblənmək üçün mübarizə aparmaqdadırlar. 1938-ci il martın 5-də Sədərək və Kərki ətrafındakı ərazilər Ermənilərə verildi. 1946-cı ildə M.C.Bagırov tərəfindən 40 kv.kmlik meşə sahəsi Ermənilərə verilmişdir. 1969-cu ildə Vəli Axundov tərəfindən 7,6 kv.km-lik ərazi ermənilərə verilib. 1980-ci ilin ortalarında Ordubadın Kotam və Kilid kəndlərinin bəzi hissələri Ermənistana verildi. 1982-ci ildə Qazagın Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin örüşlərinin bir qismi Ermənistan ərazisinə qatılıb. 1988-ci ildə Quzey Azərbaycanın ərazisi 86,6 000 kv.km olmuşdur.
Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verildi. Həmin dekretdə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra şəhər Türklərə qarşı soyqırımın təşkilatçılarından biri olan Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırıldı. Bu qərardan on gün sonra Şuşa şəhəri də vilayətin tərkibinə daxil edildi. Qarabağ bir neçə yerə parçalandı. Onun bir hissəsi ayrılaraq Ermənistana verildi. Digər bir hissəsində isə “Dağlıq Qarabağ Muxtar Vilayəti” deyilən qondarma qurum yaradıldı. Qarabağın tarixi torpaqlarından Azərbaycana Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla 16 min.kv.km ərazi qaldı. Qarabağın tarixi torpaqlarına aid olan Zəngəzur qəzasının Azərbaycana qalmış hissəsində az sonra Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam, Cəbrayıl, Bərdə, Tərtər, Ağcabədi rayonları təşkil edildi. Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi yaradılarkən 4. 160 kv.km (sonradan bəzi inzibati dəyişikliklər etməklə vilayətin ərazisini 4.400 kv.km çatdırmışdır) olmuşdur. Vilayətə Cavanşir, Cəbrayıl, Qubadlı qəzalarının kəndləri daxil edilmişdir. İlk dövrdə beş rayondan –Dizaq (48 kənd), Vərəndə (46 kənd), Şuşa (12 kənd), Xaçın (53 kənd), Ceraberd (53 kənd) rayonlarından ibarət olmuşdur. 1930-cu illərdə ermənilər rayonların adlarını dəyişdirdilər. Vərəndə Martuni, Ceraberd Mardakert, Dizaq Hadrut adlandırılmış, Xaçın rayonu ləğv edilmiş və ərazisi Stepanakert rayonuna birləşdirilmişdir. Iki il sonra Şuşa rayonu yenidən bərpa olunmuşdur. 1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu yaradılır. Beləliklə Qarabağ iki hissəyə bölünmüşdür və dağlıq hissəsinə erməni muxtariyyətinin verilməsinə nail olunmuşdur. SSRİ nin çöküşü ərəfəsində 1985-ci illərdən etibarən Ermənilər Qarabağ muxtarlığının Ermənistana birləşdirilməsi uğrunda mübarizəyə başlamışlar.
3. Azərbaycan Respublikasının Qarabağ və ətraf yeddi rayonunun Ermənistan və Rusiya tərəfindən işğal edilərərk oyuncaq “Dağlıq Qarabağ Artsax Respublikasının” yaradılması və Ermənistan Respublikasina birləşdirilməsi.
1988-1994-cü illərdə Ermənistan Azərbaycana müharibə elan edərək Daglıq Qarabagı və ətraf rayonlarını -Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Agdərə, Agdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanı işgal etdi. Bu dövrdə işgal edilmiş ərazilərin sahəsi 17000 kv.km-dir.
İstər Çar Rusiyası dövründə, istərsə də SSRİ dövründə “Qafqaz Ermənistanı” yaratmaq məqsədilə yerli türklərin soyqırımı, etnik təmizləməsi və deportasiyası həyata keçirilmişdir. Qafqaz Ermənistanı”dövlətinin yaradılması məqsədilə Qərbi Azərbaycan Türkləri etnik təmizləmə və soyqırıma uğradılmışdır. Azərbaycan türklərinin Qərbi Azərbaycandan deportasiyası köçürülməsi və bu torpaqlarda Erməni dövlətinin qurulması planı hələ XVIII əsrdən Rusia imperatorluğunun rəhbərliyi altinda həyata keçirilməyə başlanılıb. Qərbi Azərbaycandan türk-müsəlmanların etnik təmizlənməsi və soyqırımı dörd mərhələdə həyata keçirilib: Birinci mərhələ 1905-1907-ci illər; İkinci mərhələ 1918-1920-ci illər; Üçüncü mərhələ 1948-1953-ci illər ; Dördüncü mərhələ 1988-1992-ci illər.
SSRİ dövründə Azərbaycan türklərinin Qərbi Azərbaycandan (Ermənistanın indiki ərazisindən) kütləvi köçürülməsi məqsədi ilə 23 dekabr 1947 – SSRİ Nazirlər Soveti “Ermənistan SSR-də yaşayan Azərbaycan türklərinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar qəbul edib. Qərara görə, türklərin yerinə xaricdən ermənilər köçürülməli və onlar sovet dövlətinin rifahı üçün çalışmalı idilər. 10 mart 1948 – SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu. Qərara görə, Azərbaycan turklərinin boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycan türkü Ermənistandan deportasiya edildi. 1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı. 1948-1953-cü illərdə Azərbaycan türklərinin Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası son 200 ildə soydaşlarımızın başlarına gətirilən faciələr silsiləsinin bir həlqəsidir. Bununla yanaşı SSRİ Nazirlər Kabinetinin çoxlu sayda sərəncamları ilə Ermənistanda 2 mindən çox yer adı dəyişdirilib, bu torpaqların türklərə məxsus olmasını təsdiq edən tarixi-etnik izlər silinib.
1988-ci ilin yanvarından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə Azərbaycan türklərinin qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər.
Etnik təmizləmə nəticəsində Ermənistanın türklər yaşadıgı 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı. Bu proseslər zamanı ermənilər Ermənistanda(Qərbi Azərbaycanda) yaşayan Azərbaycan türklərinin yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Ermənistandan didərgin salınıb. Sonuncu deportasiyada –1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Ermənistandan Azərbaycan türklərinin izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi, mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Ermənistanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbiristanlığı dağıdıb. Bu gün Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarında bir türk belə yoxdur. Qərbi Azərbaycan türkləri kütləvi şəkildə etnik təmizləmə və soyqırıma uğradılıb.
Güney Azərbaycanın parçalanması.
Parçalandıqdan sonra Türk Qacar İmperatorlugunun tərkibində qalan Güney Azərbaycan 1925-ci ildə Qacarların fars Rza Xan Pəhləvi tərəfindən devrilməsi və farsların hakimiyyətə gəlməsi ilə fars İran müstəmləkəsinə çevrilmişdir. Pəhləvi Rejimi Güney Azərbaycan Ərazilərini Parçalayaraq İranda yaşayan digər etnik qrupların ərazisinə qatmış, etnik cografiya və milli ərazi vahidi pozulmuşdur. Zəncan, Həmədan, Astara, Ərdəbil, Savə, Bicar əraziləri Azərbaycandan təcrid edilmiş, qalan torpaqlar Şərqi və Qərbi Azərbaycan adı ilə iki hissəyə bölünmüşdür.
1943-cü ildə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər Maraga, Sınıqqala, Həmədan, Sənəndəc və digər Azərbaycan ərazilərində müstəqil Mahabat kürd dövləti yaratdılar.İnqilabın süqutundan sonra bu ərazidə Kürd ostanlıgı yaradıldı ki , hazırda bura İran Kürdüstanı adlandırılmqdadır. Bununla bərabər Kürdlər Qərbi Azərbaycanın Urmiya ,Sulduz, Maku, Xoy, Tikantəpə bölgələrini də Kürdüstan adlandırmaqda və Tarixi torpaqlarımızı ələ keçirmək üçün mübarizə aparmaqdadırlar.
Bu parçalanmalardan sonra Bütöv Azərbaycan Hərəkatını yaratmaq və Azərbaycanın bütün torpaqlarını birləşdirmək və Azərbaycanın bütün tarixi-etnik coğrafiyasında Azərbaycan dövlətçiliyini bərqərar etmək bir zərurətdir.
Azərbaycanın bütövlüyü hərəkatını dəstəkləmək üçün ilk növbədə Güney Azərbaycan mübarizəsinə dəstək verilməlidir. Güney Azərbaycanda İranlılıq paradiqması çökməkdə, Azərbaycanlılıq paradiqması yayılmaqdadır. İranda türk Qacarların devrilməsindən və Farsların hakimiyyətə gəlməsindən sonra formalaşmış İran Kommunist Partiyası,ondan qopmuş Tudeh, Fədai, İran Mücahidləri Xalq partiyası kimi təşkilatlar İranın cografi hüdudları daxilində öz müqəddəratını təyin etmək haqqının tanınması ideyasını irəli sürməklə federalist Iran və onun subyekti olan Azərbaycan ideyasına birmənalı münasibət bəsləməmiş, əslində İranın bütövlüyü ugrunda mübarizə aparmışlar . Eyni zamanda Güney Azərbaycanda Mərkəzi –Qeyb təşkilatı liderliyində baş verən Məşrutə Hərəkatı, Xiyabani və Pişəvəri hərəkatları, Azərbaycan Demokrat Partiyası Azərbaycanın İran içində muxtariyyətini dəstəkləmiş, federativ İran uğrunda mübarizə aparmışlar. Lakin SSRİ- nin parçalanması və Quzey Azərbaycanın istiqlalından sonra Güney Azərbaycan Milli hərəkatı İstiqlal hərəkatına çevrilmişdir. Hazırda qurulmuş bütün partiya və təşkilatlar Güney Azərbaycanın İstiqlalı uğrunda mübarizə aparmaqdadırlar və bu İstiqlal hərəkatının bir şüarı var. “Azərbaycan İran deyil!!!” Milyonlarla soydaşlarımızın Təbrizdə, Tehranda mitinqlərdə hayqırdıgı “Bakı –Təbriz-Ankara, biz hara Farslar hara!” şüarı artıq İranlılıq paradiqmasının öldüyünün göstəricisidir. Azərbaycanlılaşma, Türkləşmə, Çagdaşlaşma Güney Azərbaycan Milli hərəkatının əsas ideyasıdır. Güney Azərbaycanın siyasi gələcəyinin təsbitində Quzey Azərbaycan respublikası bir model ,örnək rolu oynayır. Məhz bu baxımdan Quzey Azərbaycanda rəsmi dil və milli kimlik, tarix şüuru, mədəniyyət, din kimi məsələlərdə, ideloji-humanitar siyasətdə hər zaman Güney Azərbaycanla birləşmə perspektivinə əsaslanan siyasət yeridilməlidir.Güney Azərbaycan artıq öz gələcəyini qurmaq məqsədilə təşkilatlanmaqdadır. Güney Azərbaycanda Vahid Müstəqil Azərbaycan Cəbhəsi, Güney Azərbaycan Milli İstiqlal Cəbhəsi, Gney Azərbaycan Milli Dirçəliş Partiyası,Azərbaycan Qurtuluş Təşkilatı, Azərbaycan İstiqlal Şurası, Azərbaycan demokratik Milli Birlik Şurası, Güney Azərbaycan Milli Azadlıq cəbhəsi və s. kimi onlarla siyasi təşkilatlar, Avropa ölkələrində yaşayan mühacir Güney Azərbaycan türklərinin dərnəkləri və kültür mərkəzləri fəaliyyət göstərir. Artıq bu dərnəklər Federasiya şəklində birləşərək əlaqələndirilmiş fəaliyyət göstərməyə başlamışlar. Bu partiya və dərnəklərin əsas tələbləri Güney Azərbaycanın istiqlalıdır. Bütün təşkilatları birləşdirən ortaq ideya Türkləşmək, Azərbaycanlılaşmaqdır.Güney Azərbaycan milli hərəkatı günü gündən inkişaf etməkdə genişlənməkdədir.
Bununla bərabər, Hələlik Güney Azərbaycan Milli Hərəkatı İran höküməti qarşısında Səttarxan, Xiyabani, Pişəvəri dövründə irəli sürülən tələblərlə çıxış etməkdə, Milli haqların tanınması uğrunda sivil, demokratik, hüquqi çərçivədə mübarizə aparmaqdadırlar.
2006-cı ilin may hadisələrində irəli sürülən tələblər göstərir ki, bu tələblər 1979- cu il inqilabının əsas təşkilatçılarından və liderlərindən biri olan Şəriətmədarinin liderlik etdiyi Müsəlman xalqın Cümhuriyyət Partiyasının irəli sürdüyü tələblərin demək olar ki eynidir. Bu tələblər əsasən
28 may 2006-cı il (7 xordad 1385) tarixində İslam Şura Məclisinin qarşısında toplaşmış mitinq iştirakçılarının qoydugu tələblərdə əks olunmuşdur.
Əsas tələblər:
1. Türk dilinin rəsmən tanınması; qurama “Azəri dilinin” [anlayış olaraq] dövlət orqanlarında, ölkənin rəsmi yazışmalarında işlədilməsinin qarşısının alınması; uşaq baxçasından tutmuş universitetədək ölkənin Türklər yaşayan bölgələrində ana dilində təhsil;
2. Türkcə verilişlər verən ölkəmiqyaslı radio-televiziya mərkəzinin yaranması; Türk dil və ədəbiyyat qurumunun [“fərhəngistanın”], ölkə universitetlərində Türk dili kafedralarının yaradılması;
3. Ana yasanın 15, 19 və 20-ci maddələrinin icra edilməsi və bu qanunların Azərbaycan milləti və dilinin, İranın başqa millətlərinin tanınması yönündə dəyişdirilməsi;
4. Son hadisələrdə baş vermiş xəsarəti düzəltmək, Azərbaycan iqtisadiyyatının geriliyini aradan qaldırmaq, Tehran-Təbriz avtobanı, Urmu gölü körpüsü, Miyanə-Təbriz dəmiryol xətti, Quzey-Güney koridoru layihələrinin təkmilləşdirilməsi üçün 5 milyard tümənin (dolların) ayrılması;
5. Babək qalasına illik yürüşün rəsmən tanınması, ona olan məhdudiyyətin götürülməsi; Babəkin anadan olması gününün ölkənin rəsmi təqvimində “Azərbaycanın milli qəhrəmanı Babəkin təvəllüd günü” kimi rəsmiləşdirilməsi;
6. Son hadisələrdə qətl edilmiş insanların “şəhid” kimi rəsmiləşdirilməsi; onların ailələrinə maddi və mənəvi təzminatın verilməsi; bu qətllərin səbəbkarlarının cəzalandırılması; bütün Azərbaycan şəhərlərində Azərbaycan milli hərəkatının şəhidləri muzeyinin yaradılması; bu şəhidlərin adının küçələrə qoyulması; ölkənin rəsmi təqviminə bu günün “Azərbaycan şəhidləri günü” kimi daxil edilməsi;
7. Türkofobiyaya qarşı ciddi mübarizə; qövmi, irqi, dil sahəsində aparteyid əlamətlərinin ləğvi; mənhus Pəhləvi rejiminə aid irqçi fikirlərin işlədilməsinin qarşısının alınması; İran millətlərini təhqir edənlərin cəzalandırılması və bu sahədə qanunların qəbul edilməsi;
8. Azərbaycan coğrafiyasında bütün tarixi adların geri qaytarılması; özəlliklə son bölgüyə görə Azərbaycan tarixi adlarının Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Ərak ostanlarında bərpa edilməsi; bu şəhər və ostanlardan ibarət olan Azərbaycan əyalətinin rəsmən tanınması; Sunqur, Qurvə, Bicar, Astara və başqalarının Azərbaycana qaytarılması; Türkcə adların qoyulmasına mane olmamaq;
9. İslam Şura Məclisinin nümayəndələrindən, hərəkat fəalları və uyğun orqanların nümayəndələrindən ibarət “Azərbaycan Millətinin Haqlarını Müdafiə Şurası” adlı komitənin təşkil edilməsi;
10. Son hadisələrdə həlak olmuş şəxslərin yas mərasimlərinin təşkilinə və burada insanların iştirakına icazənin verilməsi;
11. Azərbaycan siyasi məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsi; Azərbaycanda millətə atəş açanlar və nümayişçilərə qarşı zorakılıq etmiş şəxslərin tutulub cəzalandırılması;
12. Azərbaycandakı nəşriyyələrin çapının dayandırılması haqqında qərarın ləğv edilməsi;
13. İrşad və daxili işlər nazirlərinin son nümayişlərə münasibətinə görə sorğulanmaları; prezidentin [Mahmud Əhmədinejadın] İran mətbuat müəssisəsi müdirinin seçilməsinə birbaşa məsuliyyət daşıdığına, Novruz bayramı münasibətilə yalnız Farsdilliləri təbrik edib, İranın başqa millət və qövmlərini görməməzliyə vurduğuna görə Azərbaycan millətindən üzr istəməsi;
14. Azərbaycanın qərbində və Azərbaycanın başqa sərhəd şəhərlərində yerli əhalinin [milli] tərkibinin dəyişməsinə səbəb ola biləcək hər cür siyasətin ləğv edilməsi;
15. Fars şovinizmi ilə ciddi mübarizənin başlanması simvolu kimi İran qəzetinin çapının tamamilə dayandırılması; İranda milli və qövmi aparteyidin tamamilə dayandırılması;
16. Ermənistanla siyasi, ticari və mədəni əlaqələrin tamamilə kəsilməsi;
17. Pan-Farsizm siyasətinin (Əfqanıstan, Tacikistan və İranın birliyi) tamamilə dayandırılması; İranı Fars dövləti və “Persia” kimi təqdim etməkdən əl çəkilməsi; İranın çoxmillətli ölkə kimi təqdim edilməsi və ana yasada İran millətləri və qövmlərinin hamısının rəsmən tanınması;
18. Azərbaycanın iki tayı arasında mədəni sərhədlərin götürülməsi və Araz çayı üzərində dostluq və barış körpülərinin tikilməsi;
19. Xəzər dənizinə “Mazandaran” adının qoyulmasının qarşısının alınması;
20. Fars dilində əskinaslarla yanaşı ölkədə Azərbaycan Türkcəsində də əskinasların çap edilməsi;
21. Azərbaycanın əski və milli abidələrinin təmiri və onların dağıdılmasının önlənməsi; özəlliklə Təbriz Ərk qalası və ətrafında səliqə-sahmanın yaradılması; Təbriz Ərkinin yanında Azərbaycan Türk Dili və Ədəbiyyatı Qurumunun qurulması;
22. Azərbaycanda turistik imkanların yaradılması;
23. Təbrizdə Azərbaycan ilə dostluq evinin, Urmuda Türkiyə ilə dostluq evinin yaradılması;
24. Azərbaycanda, özəlliklə Muğan çölü və Qoşaçayda (Miyandabda) moderm əkinçilik imkanlarının yaradılması;
25. Azərbaycanın tarixi abidələrinin səd sularının altında qalmasının önlənməsi və bu iş üçün xüsusi büdcənin ayrılması;
26. Azərbaycanın tarixi abidələrinin Təbriz, Urmu, Ərdəbil, Qəzvin, Həmədan və Zəncan muzeylərinə geri qaytarılması;
27. Azərbaycan Türkcəsində kitabların çapına yardım etmək, Azərbaycan tarixi və ədəbi kitablarının araşdırılması və siyahıyaalınması məqsədilə Azərbaycan Nəşr Fondunun yaradılması;
28. Azərbaycanın bütün şəhərləri arasında sürətli qatar yollarının çəkilməsi və hava limanlarının tikilməsi, eləcə də Azərbaycan tranzit yollarının genişləndirilməsi; İpək Yoluna diqqətin yetirilməsi;
29. Türkmən, Qaşqay, Xorasan Türkləri, Xələc Türkləri adı ilə İrandakı Türk millətlərinin rəsmən tanınması;
30. Azərbaycanda sərmayə qoyuluşunun qarşısında duran hüquqi və başqa maneələrin ləğv edilməsi;
31. Azərbaycanın milli mütəfəkkirlərinin, böyüklərinin, qəhrəmanlarının və başqalarının Azərbaycanın və İranın bütün şəhərlərində heykəllərinin qoyulması;
32. Milli Sərdar Səttar Xanın və Milli Savunar Səfər Xanın şərəfli məzarlarının Təbrizə gətirilməsi;
33. Ölkənin rəsmi təqviminə Azərbaycanın milli böyüklərinin doğum və ölüm günlərinin, tarixi dövrlərinin daxil edilməsi.
Dövlət 29-30 may 2006-cı il tarixlərinə, yəni Azərbaycan Milli Qurultayına qədər gərək qərar versin. Əks təqdirdə Azərbaycanın milli tələblərinin qəbul olunmamasının məsuliyyəti dövlətin və İslam Cümhuriyyətinin boynunda qalır.
Bu tələblər Güney Azərbaycanda qurulmuş Partiya və Dərnəklərin tələblərinin demək olar ki, ümumi məcmusudur.
Fikrimcə indi ən vacib məsələ Güney Azərbaycan təşkilatları və öndərlərinin birgə iştirakı ilə Mühacir Parlamentinin və hökümətinin yaradılmasına çalışmaqdır.
Təbii ki, bu tələblər yerinə yetmədikcə Fars jurnalistlərinin yazdıgı kimi, Azərbaycan Pişəvərinin seçdiyi yolu seçəcəkdir (Yəni Azərbaycanın İrandan ayrılmasını dəstəkləyəcəkdir). Bizim fikrimizcə isə, Azərbaycan İstiqlal yolunu seçəcəkdir.
Beləliklə qeyd etməliyik ki, Parçalanmış Azərbaycanı birləşdirmək, Bütöv Azərbaycan qurmaq XXI əsrdə əsas hədəfimiz olmalıdır. Bütöv Azərbaycan Hərəkatı yaratmaq bir zərurətdir.
Yasəmən Qaraqoyunlu
Oxunub: 107
Facebook
WhatsApp
Messenger
Twitter
Email
Paylaş
Post navigation
“Nemezis” terror əməliyyatının iştirakçılarına abidə qoyulması…
Tərəfdaş Saytlar
Top5
Putindən bədbin etiraf:“Artıq ehtiyatlar və resurslarımız əvvəlki kimi işləmir”
Putindən bədbin etiraf:“Artıq ehtiyatlar və resurslarımız əvvəlki kimi işləmir”
“Böyük yeddilik” liderləribir araya gəldi
“Böyük yeddilik” liderləribir araya gəldi
Vergi Məcəlləsi dəyişdi- Prezident yeni qanunu imzaladı
Vergi Məcəlləsi dəyişdi- Prezident yeni qanunu imzaladı
Estoniyadan NATO-yahəyəcanlı çağırış
Estoniyadan NATO-yahəyəcanlı çağırış
Dünya geopolitikasını titrədəcək “Böyük Oyun”:Mərkəzi və Cənubi Asiyada dəhlizlər uğrunda savaş qızışır – Təhlil
Dünya geopolitikasını titrədəcək “Böyük Oyun”:Mərkəzi və Cənubi Asiyada dəhlizlər uğrunda savaş qızışır – Təhlil
September 2021 M T W T F S S
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
« Aug