Yasemen KARAKOYUNLU
Allahşükür Paşazadəyə və Ocaqnejata bir neçə söz.
Ocaqnejatla Allahşükür Paşazadənin Şuşaya bərabər getməsi, Şeyxin “Qarabağın Xomeneyinin fitvası ilə alındığını” söyləməsi Türkiyə Azərbaycan birliyinə qarşı yönəlmiş jest idi. Ocaqnejat və Şeyx İran adından Ərdoğan və İlham Əliyevə, Türkiyə və Azərbaycan birliyinə meydan oxudular. Şeyxin mesajları ilə İran Qarabağda “mən də varam” dedi. Bu həm də guya Şiə dünyasının sünni Osmanlıya meydan oxuması kimi də alqılana bilər və Allahşükür Paşazadənin bu mesajı əslində məhz belə alqılanması üçün də bir cəhd idi. Bilməliyik ki, İran Fars dövlətinin Orta Doğu və özəlliklə də Azərbaycan və Türkiyə siyasətində yeganə istifadə edəcəyi silahı məzhəbdir. Bilirik ki, İranın gücü və sınırları məzhəb arealının sınırları qədərdir və İran bu sınırlardakı ürəkləri və beyinləri şiə adı altında gizlənmiş fars mifoloji, kosmoloji və futuroloji anlayışları ilə zəhərləməkdədir.
Şeyx və Ocaqnejatın mesajları demarşları bizi düşündürməliydi. Düşündürməlidir. Bir millətin dini lideri o millətin bir təmsilçisi, üzvü olmazsa, qəfildən dönüb millətə də dövlətə meydan oxuya bilər. Dini liderin şəxsiyyəti, milli kimliyi, milliyyəti, əməlləri, çağırışları dövlətin təhlükəsizliyi məsələsidir.
Dini liderin mesajları dövlətin maraqları ilə tərs düşərsə bu problem anında çözülməlidir.
Allahşükür Paşazadəyə, Ocaqnejata və Xomneyiyə isə bir neçə mesaj da biz verək.
1. Nəinki Qarabağ, Ermənistan adlı Rusiyanın uydu dövləti də erməni işğallarından azad olacaqdır. İrəvan, Göyçə, Zəngəzur Azərbaycan torpaqlarıdır. İrəvan türkdür. İrəvan ermənilərdən təmizlənəcək və yenidən Azərbaycana qatılacaqdır. Rusiyanın yaratdığı Ermənistan adlı bir dövlət yox olacaqdır.
2. İranda türk dövləti bərpa olunacaqdır. Azərbaycan birləşəcək, bütövləşəcəkdir. İran, Əfqanıstan, Türkistan və Türkiyə Türkləri konfederativ şəkildə birləşib bir güc olacaqlar.
3. Azərbaycan Türkiyə birliyi bir millət bir dövlət hədəfini əsas alan bir birlikdir. Qafqaz, İran, Xorasan, Anadolu türkləri birləşəcək, Avropa Birliyi timsalında Türk dövlətləri birliyi yaranacaqdır.
Şübhəsiz ki, siz bunları bilirsiniz və bu birliyi parçalamaq, bu prosesi durdurmaq üçün özünüzün “şiə məzhəb” silahınızı işə salaraq Türk dünyasını bölməyə çalışırsınız.
4. Bu dəfə olmayacaq. İran Ermənistanı dəstəkləməklə, Qarabağ savaşında Erməniləri müdafiə etməklə özü uydurduğu ” Şiə Məzhəb Birliyi” qavramının boş söz olduğunu sübut etdi. İran Şiəyə zərbə vurdu, qavramın mahiyyətini gözdən saldı, içəriyini boşaltdı. İranın Orta Doğunu- İraqı, Azərbaycanı, Türkiyəni, Misiri, Yəməni, Əfqanıstanı Şiə qurşağı siyasəti ilə, məzhəblə və terror təşkilatları ilə bölüb parçalamağa çalışması siyasəti ilk öncə elə İranın öz içində, Güney Azərbaycanda, Xuzistanda, Bəllucistanda iflasa uğramışdır.
İran panfarsist siyasəti ilə hətta öz içundəki birliyi parçalamışdır və artıq bu gün şiə məzhəb anlayışı bu birliyi qorumaq gücündə deyil. Məzhəb birliyi fikri artıq İranın öz içində öz dini liderlərinin əli ilə, panfasist milliyyətçi siyasətləri ilə iflas etmişdir. İranın bu panfarsist aryanist siyasəti nəticəsində Güney Azərbaycan toplumu çoxdan məzhəb görüşlərindən sıyrılıb çıxmışdır və milliyyətçilik, türkçülük görüşlərinə sarılmışdır. Bu gün Güney Azərbaycanın şüarı budur. Bakı-Təbriz -Ankara. Biz hara, farslar hara. Artıq İran platosuna, Qafqaza, Azərbaycana, Xorasana yayılmış türkllər Türkiyə türkləri ilə bir olduqlarının bilincindədirlər.
Türkiyə İran Azərbaycan türkləri artıq birləşmişlər və bu birliyi Xomneyinin fitvaları, Allahşükür Paşazadınin mesajları, ticarəti pozmaq gücündə deyil.
5. Türk birliyi bütün məzhəb görüşlərinin fövqündə duran bir anlayışdır. Türk birliyinin içində bütün məzhəblər “fikir və vicdan hürriyyəti” çərçivəsində təmsil olunacaqlar. Türklər tarixən bütün məzhəblərə və dinlərə xoşgörülü yanaşmışlar və bu gündə belə türklər çox dinli bir millətdir. Musəvilik, İslam, Xristianlıq, Tenqriçilik, Şiə-Sünni, maniheist, buddist Türklər hamımız birləşib bir güc olaraq Türk sosio kültürəl super sistemini-Türk sivilizasiyasını quracağıq.
6. Gələcəkdə Türk milləti o qədər bilincli olacaqdır ki, Türk olmayan Allahşükür Paşazadə kimi birisini əsla dini lider seçməyəcəkdir. Din və məzhəblər Türk millətini idarə etməyəcəkdir, Türklər din və məzhəbləri idarə edəcəkdir.
Bir yanıt yazın