YASEMEN KARAKOYUNLU-AZERBAYCAN
Lokal, unikal ”Azərbaycanlı” siyasətçinin obrazı haqqında düşüncələr.
Dostlar. Azərbaycanın iqtidarında da müxalifətində də yetişmiş kadrolar, siyasətçilər, partiya sədrləri, ən əsası AMEA sistemində və Universitetlərdə çalışan aydın kadroların əksəriyyəti milliyyət və din görüşlərindən, imandan yoxsundurlar.”
Onların tarix hafizələri, kimlik anlayışları və dövlət, millət anlayışları İngiltərənin və Stalinin bərabərcə yaradıb uyğuladıqları kimlik konsepsiyası əsasında formalaşmışdır. İngiltərə və Rusiya- Stalin Qafqaz, Türkiyə və İran torpaqlarına yayılmış, eyni dili və etnosu, irqi, milləti təmsil edən Türkləri parçalamaq və Azərbaycandakı Qafqazdakı türk topluluğunu Türkiyə və İran türklərindən ayırıb təcrid etmək məqsədilə unikal bir türksüz Azərbaycan identikliyi formalaştırdılar.
Unikal Azərbaycan identikliyi- Azərbaycan coğrafiyasına təhkim edilmiş tarix hafizəsi+dinsiz+ milliyyətsiz+ İran- fars ideyalarına və fəlsəfəsinə, dininə inanan fərd, Xəzərləri, Hunları, Səlçukluları, Çingizləri, Teymurları, Osmanlıları işğalçı hesab edən, Osmanlını ötəkiləştirən, Yəsəvilikdən heç xəbəri olmadan Hürufiliyə tapan, Səfəviləri özününkü bilən, Babəki, Cavanşiri, Atropatı qəhrəman bilib bağrına basan, Nadir Şahı sevən, Qacarları isə işğalçı hesab edən, Zərdüştü kutsallaştıran fərdin üzərində yüksəlmiş xüsusi bir “Azəri”, “Azərbaycanlı” milləti və kimlik anlayışı.
Tarixdə heç bir zaman Xorasan- İkiçayarası, İran və Türkiyədən təcrid olunmuş unikal Azərbaycan, unikal Azərbaycan identikliyi, unikal Azərbaycan türkü olmamışdır. Azərbaycan adını çəktiyim coğrafiyaların və mədəniyyətlərin mərkəzi və həm də bir hissəsi olmuşdur. Son 30 ildə Azərbaycan mədəniyyəti , özəlliklə də musiqisi coğrafiya həbsxanasından çıxaraq Sami Yusifin və Alim Qasımovun şəxsində bütün Türk – İslam alıminə yayılmışdır. Azərbaycan ədəbiyyatı, fəlsəfi və siyasi təfəkkürü isə coğrafiya həbsxanasından çıxa bilməmişdir. Tarixi Türk- İslam dünyasının bir parçası olan Azərbaycanı son 40 ildə yalnız Ə.Elçubəy-Sami Yusif və Alim Qasımov simgələməkdədir. Tarixən Türküstan- İran-Türkiyə- İraq- Suriya- Misir- Pakistan- Əfqanıstan – Uyğurustan türklərinə və dünyalarına nüfuz edən bir mədəniyyətin təmsilçisi və mərkəzi olan bir Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, siyasətinin Türk-İslamı, Orta doğunu təmsil edən ritorikası hanı? Əfsuslar, Musiqidə yetişən Sami Yusif obrazı bu gün siyasətimizdə yetişmədi. Bəli Siyasət dünyamızdakı, siyasi təfəkkürümüzdəki Sami Yusif yetişmədi. Sami Yusif yaradıcılığı, musiqisi Türk-İslam mədəniyyətini, orta doğunu təmsil edir. Sami Yusif obrazı kimi bir obraza və təfəkkür tərzinə ehtiyacımız vardır və əgər Azərbaycanın tarixdəki, ortadoğudakı, Turandakı misyonuna və yerinə, obrazına adekvat lider yetişsəydi, Türküstana, İraqa… bütün orta doğuya yön verən bir lider olsaydı, 10 milyon.kv.km bir coğrafiyada Türk Millətinin yeni oyanışı və Millətləşmə sürəci tamamlanardı. Yoxdur. Siyasi ruh Stalinin lokal unikal Azərbaycanına həbs olunmuşdur.
Dostlar siz heç Azərbaycandakı partiya liderlərinin Türk və İslam məfkurəsi və dünyası haqqında hansısa bir mesaj verdiklərini, çıxış etdiklərini, konsepsiyalarını gördünüzmü.
Əksəriyyətinin nitqləri və mesajları Amerikanın və Avropanın mesaj və söyləmləri deyilmi. Müxalifətdə olanların fəaliyyətləri Amerika və Avropa sosio-mədəni sisteminin qalib gəlməsinə və yayılmasına, kürəsəl hegemonluqlarına, İqtidarda olanların fəaliyyətləri Rusiyanın kürəsəl güc olmasına xidmət etməyə yönəlməmişmi? Bunlara lider demək olarmı?
Liderin topluma verdiyi bütün mesajlarda, sözlərdə millətin keçmişi indisi və gələcəyi vəhdət təşkil edərək canlanmalıdır.
Dostlar günümüzdəki heç bir partiya lideri Milli Misyonumuzun nə olduğunu belə bilmir, dərk etmir, tarix hafizələri keçmişimizdən qopmuşdur, qırılmışdır. Siz heç bu partiya liderlərinin, hökümət təmsilçilərinin, nazirlərin dilindən Türk sözünü eşitdinizmi, onların ağzından Türk-İslam kəlməsi çıxdımı?
Bu günə qədər hansı partiya sədri Türk millətinin adından mesajlar verdi, Türk Millətinə müraciət etdi, eşitdunizmi, gördünüzmü belə bir şey? Dostlar Sabir Rüstəmxanlı, Sərdar Cəlaloğlu, Sülhəddin Əkbər istisna olmaqla siz bu ölkəmizə liderlik etmək iddiasında olan partiya sədrlərinin Türk, Türk Milləti, Müsəlman, İslam, Turan, Bütöv Azərbaycan dediyini harda gördüz eşitdiz? Bu kutsal dəyərlərimizi arxa planda danışmaq yox, açıq siyasətdə təmsil etmək doğru deyilmi?
Ölkəmizdə Siyasətçilərin ritorikaları niyə Türk Millətinin ritorikaları olmur da, Qərbin, Amerikanın ritorikaları olur? Niyə?
Əksəriyyəti Amerika, İzrail, İngiltərə səfirlikləri ilə görüşdə 7 qat yerə əyilirlər. Çünki hesab edirlər ki, onları hakimiyyətə gətirəcək güc bu ölkələrdir. Bu ölkələrdə, siyasi institutlarda qəbul edilmək üçün az qala hər şeylərini satırlar və bu ölkələr qarşısında kiçiklik, əziklik duyğusuna və aşağılıq kompleksinə düşürlər.
Əksəriyyəti böyük bir sivilizasiyanı- Türk-İslam sosio-mədəni sistemini təmsil etdiklərini bilmirlər, bunun qürurunu yaşamırlar.
Bu qürurdan yoxsun olanlar ölkəmizə lider ola bilməzlər.
Son 50 ildə Azərbaycanda yetişmiş, Türk-İslam məfkurəsini təmsil edən yeganə şəxsiyyət, tək lider Əbülfəz Elçibəy idi.
Bir yanıt yazın