Site icon Turkish Forum

Kudüs ‘ten sonra sıra İstanbul’da

Kudüs 'ten sonra sıra İstanbul'daYASEMEN KARAKOYUNLU-AZERBAYCAN - yaseminkarakoyunlu

Kudüs ‘ten sonra sıra İstanbul’da
YASEMEN KARAKOYUNLU-AZERBAYCAN

“Evet Kudüs meselesi, ′′ Bir millet, iki devlet ′′ diyen Türkiye ve Azerbaycan Türklerinin tarih hafızasında çatlak olduğunu ortaya koydu. Türkiye, Osmanlı döneminden Kudüs ‘ün koruyucusu, Türkler ise İslam’ ın Garakhanlı döneminden koruyucularıdır. “

Söz önü:

Bəli Qüds məsələsi “bir millət, iki dövlət” deyən Türkiyə və Azərbaycan türkünün tarix hafizəsində çatlaqların olduğunu ortaya çıxartdı. Türkiyə Osmanlı dönəmindən Qüdsün qoruyucusu, türklər isə Qaraxanlı dönəmindən İslamın qoruyucusudur. Osmanlı türkü Bizansı, İstanbulu, Balkanları fəth edərkən, İslamı yaymaq kimi kutsal ideya ilə silahlanmışdı. Din Türkiyədə, Osmanlı və Türkiyə dövlətlərinin var olmasının əsas dayaqlarından biridir. Türkiyədə türk, islamla bütünləşmiş bir şəxsiyyətdir. Qüds Türkiyə türkünün həssasiyyətidir. Türkiyə İzrailin Türkiyəni bölmək siyasətlərinə qarşı Suriyada Zeytun dalı, Fərat qalxanı kimi hərbi-Siyasi əməliyatlar həyata keçirdi. Türkiyəyə qarşı terroru dəstəkləyən ölkələrdən biri və ən əsası İzrail. Azərbaycanın güneyində isə milli bilincin yüksəlişi İran Molla rejiminə nifrət və fars dini olan Şiəlikdən qopuşla müşayiət olunur. Dindən qopma, Sekulyarlaşma prosesi və ateizm görüşləri milli hərəkatın ayrılmaz parçası halına gəlmişdir. Güney Milli Hərəkatının tarix hafizəsi Türkiyədən qopmuşdur, bölgə ilə bağlı təsəvvürlərində Türkiyənin təhlükəsizliyi əsla yer tutmaz. Güney Azərbaycanda Türkiyəsiz bir türk milli hərəkatı vardır. Quzey Azərbaycan isə dindən və tarixindən, türklükdən qopuq bir toplumdur. Ərəb dövlətlərinin, özəlliklə də Fələstinin Erməniləri dəstəkləməsi, İzrailin isə bu savaşda Azərbaycanı dəstəkləməsi, Azərbaycanda İzrail yanlı mövqeyin formalaşmasına səbəb olmuşdur. Qüds nə Güney Azərbaycanda, nə Quzey Azərbaycanda əsla toplumu ilgiləndirməz. Qəribədir ki, Azərbaycanın hər iki parçalanmış toplumunun vicdanı Qüdsü xaçlılardan azad etmiş Səlahəddin Eyyubinin şəxsiyyəti üzərində əsər, lakin Qüds üzərində əsməz. Çünki Azərbaycan cəmiyyəti nə dindar, nə milliyyətçi bir cəmiyyət deyildir. Qüds Türkiyədə toplumun vicdanından keçən həssas bir konu. Çünki Qüds Osmanlı Əsgərinin qoruduğu, şəhid olduğu kutsal bir dəyər. SSRİ – nin çöküşündən sonra, Türkiyə və Azərbaycan toplumu din və tarix, türklük konusunda dərin çatlaqları qapada bilməmişdir. Türkiyə türkü üçün Qarabağ və Qüds hardasa eyni anlam daşıyır. Çünki Türkiyədə din də milliyyətçilik kimi mən idrakının əsas komponentlərindən biridir. Azərbaycanda dinu şüur Sovetlərin və Farsların təsiri ilə mən idrakının komponentlərindən biri kimi ciddi zərbə almışdır. Azərbaycanda dini şüur İran meylli kadroların yönətimindədir. Görünən o ki, Azərbaycanda Qasim Süleymani şəxsiyyəti Qüds konusundan daha həssas, daha kutsaldır.

Qüds mövzusu Azərbaycan və Türkiyə türkləri arasındakı bütün tarixi- dini çatlaqların acilən qapadılmasını tələb edir.

1 -ci hissə.

Hz. İbrahimin Allahı, Saradan olan oğlu İshaqın nəslinə Həcəŕdən olan oğlu İsmayılın övladlarının torpaqlarını “vəd eləməz”. Oğlu İsmayılın nəslini digər oğlu İshaqın nəslinə qul və kölə etməz. Hz. İbrahimin Allahı bu qədər ədalətsiz deyildir.

Allah heç bir milləti “seçilmiş üstün millət” elan etməz, heç bir millətə “qutsal torpaqlar vəd etməz” . Allah bu qədər bəsit deyildir.

Tövratdakı bu uydurmalar Hz. İbrahimin Allahını kiçiltmək məqsədi daşıyır, Hz.İbrahimin kutsal missiyasını heçə endirən, İbrahimin fəaliyyətinin mahiyyətini kiçildən, İbrahimin özünə qarşı çevrilmiş yəhudi siyasi uydurması, etnik-milli rəvayətlərdir, heç bir dini yükümlülük daşımır. Bu uydurmaların məqsədi dünyaya səpələnmiş yəhudiləri Fələstini yenidən işğal etmək və vətən qurmaq üçün səfərbər etmək, təşkilatlandırmaqdır. Bu uydurma rəvayətləri yəhudi hahamları və ideoloqları Tövrat mətnlərinə daxil etmişlər və bütün yəhudilərə və Xristian dünyasına “Allahın əmri” kimi təbliğ edilmişdir və “Allah əmri” nin yerinə yetirilməsi Xristian dövlətlərinin misyonu elan edilmişdir. İzrail dövləti qurulduqdan sonra var olması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün Orta doğunu- Türk və Ərəb dünyasını, Türk-İslam sivilizasiyasının bərqərar olduğu coğragiyanı yenidən şəkilləndirmək məcburiyyəti qarşısında qalmışdır. İzrailin təhlükəsizliyi məsələsi orta doğu coğrafiyasında “Kürd sorunu” doğurmuşdur. İzrailin yaşaması üçün Suriya, İraq, Türkiyə, İran parçalanmalı, Türkiyəni Ərəb yarımadasına bağlayan Suriya və İraqın bir hissəsində Kürdüstan qurulmalı, bu Kürdüstan Türkiyə ilə Ərəb yarımadası arasında tompon bölgə kimi yüksəldilməli, Türkiyənin Ərəb yarımadasına olan yolları və bağları kəsilməli, beləliklə 1500 il mövcud olmuş Türk-İslam dünyasını coğrafi baxımdan bölmək, parçalamaq, islam mədəniyyətini çöktürmək İzrail-Amerikan birliyinin, Yəhudi-Xristianlığın əsas məqsədidir. Kürdlər Orta doğuda İzrailin məqsədinə xidmət edən hərbi-siyasi güc halına gətirilmişdir. İzrail həm də orta doğu siyasətində İranı zərərsizləştirmək məqsədilə Azərbaycanın qutsal davasından- Bütöv Azərbaycan ideyasından da yararlanmaq məqsədi güdməkdədir. Quzey Azərbaycanı dəstəkləməkdə əsas məqsədi İranı zəiflətməkdir.

Lakin İzrail bu məqsədlərini gerçəkləştirərkən zamana yayılmış taktikalardan istifadə edir. Örnəyin Azərbaycanı dəstəkləyir, Türkiyəni bölmək üçün YPG – ni silahlandırır. İzrailin “Yeni Orta Doğu ” siyasəti Yəhudi- Xristian dünyasının Türk- İslam dünyasını işğal etmək, bölmək, parçalamaq, İzrailin maraqlarına görə yenidən dizayn etmək siyasətidir. Bu siyasət türk, ərəb millətlərinin mənfəətlərinə zidd siyasətdir.

2- ci hissə.

Bu arada tarixi yaddaşımızı da bir az təzələyək. Keçmiş qarşımıza həm də gələcək kimi çıxır.

Yəhudilər bizim Midiya və Osmanlı dövlətlərimizi yıxmışlar.

1. Babil tutsaklığında olan yəhudi əsirlər Midiya dövləti Babili işğal etdikdən sonra Midiyanın təbəliyinə keçmiştilər. Yenidən Yerusəlimə qayıdıb Məbəd tikmək məqsədilə Midiya kralı Astiyaqı devirdilər və fars Kiri hakimiyyətə gətirdilər. Yerusəlimə qayıtmağın qarşılığında Midiya taxtını Kirə təslim etdilər. Beləliklə Midiya dövlətini İran-Zənd- Əhəməni dövləti ilə əvəzlədilər. Bu barədə geniş bilgiləri İran alimi Nasir Purpirar özünün ” 12 əsr sükut” əsərində yazmışdır.

2. İzrail dövlətini qurmaq məqsədilə Osmanlını yıxdılar və Orta doğu xəritəsini dəyişdirdilər. Osmanlı dövləti bütün Türk-İslam dünyasının mərkəzi gücü, imperiyası idi. Osmanlı yıxılmadan İzrail dövlətinin qurulması qeyri-mümkün idi. Osmanlı İslamın qoruyucusu, Məkkə, Mədinə, Qahirə, Bağdad, Qüds kimi müqəddəs şəhərlərin hamisi, əfəndisi idi və Yəhudi-Xristian dünyası İzraili qurmaq üçün Osmanlını yıxdılar, böldülər, parçaladılar. Məhz bundan sonra, 1948 də İzrail dövlətini qurmağa nail oldular.

3. Bu gün iraqda- Kərkükdə və Suriyada Kürdüstan qurmaq, Türkiyəni parçalamaq siyasəti yeridirlər. İzrail mərkəzli yeni orta doğu inşa etmək məqsədi güdürlər. Bu məqsədlə İran və Türkiyənin parçalanması siyasətini dəstəkləyirlər. Amerika ilə birlikdə PKK-YPG ordusunu silahlandırırlar.

4. Quzey Azərbaycan-İzrail münasibətləri bu gün müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Ermənilərə qarşı savaşımızda İzrail bizi dəstəklədi. İzrail İranın parçalanmasını və Bütöv Azərbaycanın qurulmasını dəstəkləyən tək ölkə. Lakin diqqət edin ikili standartlar siyasətinə. Türkiyəni parçalayıb bölür, Azərbaycanı birləştirir.

Saçma! Biz Bütöv Azərbaycanımızı İzrailin projeləri və dəstəkləri ilə yox, Türkiyəmizin dəstəkləri ilə quracağıq. Orta doğu, İran, Azərbaycan İzrailin iradəsi və dizaynı ilə yox, Türkiyənin, Türk millətinin dizaynı ilə şəkillənəcəkdir. Unutmayın. Son 50 ildə Amerika- İzrail birliyinin siyasətində öncə Qüdsü, sonra İstanbulu almaq var. Qüdsdən sonra sıra İstanbulda.

Allah heç bir milləti seçilmiş üstün millət qılmamışdır. Avropada German irqinin Seçilmiş üstün millət konsepsiyası- Pan Germanizm- Aryançılıq-Hind-Avropa nəzəriyyələri ilə yəhudilərin “seçilmiş üstün millət” nəzəriyyəsi mahiyyətcə eynidir. Yunan+Roma(Latın)+German +Yəhudi-Xristian dəyərlərinin sintezi olan Avropasentrizmin, Hind-Avropa konsepsiyasının əsas məqsdi HindAvropalı+ Yəhudi-Xristian xalqların dövlətlərinin qurulması və kürəsəl hegemonluqlarının yayılmasına nail olmaqdır. Bu siyasətin bir məqsədi də Qüdsü yəhudi-Xristian dünyasına qazandırmaqdır.

Bir çıxmazın içinə düşmüşük. İzrail Qarabağda Azərbaycana dəstək olur, lakin İraqda Kərkükdə – bizim kutsal torpaqlarımızda Kürdüstan qurur, Suriya türkmənlərini qətliama uğradır, Türkiyəyə qarşı PKK-YPG terror təşkilatları vasitəsilə savaş aparır. Fələstin və Ərəb dünyası Erməniləri dəstəkləyir, Türkiyənin Ag Dənizdə maraqlarına zərbə vurur…

Qüds nə Xaçlıların, nə Yəhudilərin, nə Ərəbin deyil Türkündür. Səlahəddin Eyyubinindir. Qüdsü alsalar İstanbulu da almağa çalışacaqlar.

Baxalım, görəlim nələr olacaqdır…

Exit mobile version