BİRİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ “ERMƏNİ MƏSƏLƏSİ”: TARİXİ BAXIŞ

Həcər Yusif qızı Verdiyeva, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş elmi işçisi, tarix elmləri doktoru               

Həcər Yusif qızı Verdiyeva, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş elmi işçisi, tarix elmləri doktoru                - turkiye 1 dunya savasi

         “Erməni məsələ”si bir-neçə onilliklərdir ki, müxtəlif ölkələrin ayrı-ayrı təd-qiqatçılarının araşdırma obyektinə çevrilmiş, bu problemin beynəlxalq müna-sibətlər sisteminə daxil olmasının daxili və xarici amilləri izlənilmişdir. Problemin özünəməxsusluğu  ondan ibarət olmuşdur ki, uzun illər sovet və Qərb  tarixşünas-lıqları aysberqin üst hissəsini götürərək, “erməni məsələsi”nin ana xəttini təşkil edən “Böyük Ermənistan” ideyasını dəstəkləmiş, erməniliyin mahiyyətini, törətdiyi cinayətləri “qapalı “ mövzular təsnifatına aid etmişlər.“Məzlum” erməni və  “vəh-şi” türk obrazlarının yaranması sovet tarixşünaslığının mövcud konsepsiyasına ca-vab verdiyi üçün  bu tədqiqat obyekti özünəməxsus aspektdən ayrı-ayrı ermənişü-naslar tərəfindən öyrənilsə də problem tarixi obyektivlik mövqedən araşdırılma-mışdır(1). Bütün tarixi problemlərə sinfi mövqedən yanaşan sovet tarixşünaslığı, özünün  strateji xəttini  millətlərarası münasibətlərin “həll edilməsi” tezisi ilə gö-türmüş,  inqilabaqədərki dövrdə “erməni məsələsi”nin Qafqazda yüksələn xətlə inkişafını bilavasitə Rusiya mütləqiyyətinin maraq konturlarında axtarmış, eyni zamanda bu məsələyə impuls verən, onu yaşadan siyasi qüvvələr  – problemin ideoloqları və icraedici millətçi kütlə diqqət mərkəzindən yayınmış, nəticədə tarixi saxtalaşdırmaq mümkün olmuşdur. Məhz problemə olan subyektiv mövqe “erməni məsələsi”ndən doğan  separatçılığı, özgə əraziyə olan iddianın əsassızlığı, erməni millətçilərinin mübarizə vasitəsinə çevrilmiş terrorizmi və onların türk-müsəlman əhalisinə qarşı törətdikləri cinayətlər kölgədə qalmışdır.

Tarixi obyektivlik prinsipini əsas götürərək, hazırkı tədqiqat obyektini araşdırarkən göstərilən xronoloji çərçivədə problemlə bağlı mövcud boşluqların doldurulması, eyni zamanda “erməni məsələsi”nin tarixi köklərini göstərmək tə-şəbbüsü ilə çıxış etmişik.

IV əsrin sonlarında dövlətini itirən dünyaya səpələnmiş erməniləri, ermə-niliyin özəyində duran, erməni-qriqoryan kilsəsi öz ətrafında birləşdirib, itirilən qu-rumlarını yaratmaq arzusu ilə, bölgədə Osmanlı amilinin dominant qüvvəyə çevril-məsindən narahatlığını gizlədə bilməyən, antiosman koalisiyasına rəhbərlik edən, Roma papasına 1547 və 1562-ci illərdə müraciət edir. Lakin bu müraciətlər Vati-kanın maraqlarına uyğun gəlmədiyindən nəticəsiz qalır. XVIII əsrin əvvəllərində  Rusiyanın dövlətçilik maraqları ilə “erməni məsələsi”nin konturları düz mütənasib təşkil etdiyindən erməni-qriqoryan kilsəsi ümidlərini Rusiyaya bağlayır. İ.Ori “Er-məni dövləti”nin yaranması  layihəsi  ilə I Pyotra  müraciət edir. I Pyotrun Kaspi yürüşü zamanı İ.Orinin layihəsi reallaşmasa da ermənilik ümidini üzmür. Bu za-man erməniliyin ağırlıq mərkəzi Hindistanda fəaliyyət göstərən “Mədrəs qruplaş-ması”na keçir. Mxitarçıların səpdikləri “toxumlardan” bəhrələnən “Mədrəs qrup-laşması”nın liderlərindən olan  E.Osipov, Ş.Şaamiryan “erməni məsələsi”nin həlli üçün XVIII əsrin ikinci yarısında layihələr hazırlayırlar. Paralel olaraq, Yekaterina Rusiyasında, əsasən Culfa ermənilərindən olan erməni –sahibkarlar İvan Lazarev, Movses Sarafov və başqaları  “erməni məsələsi”ni Romanovlar sarayına yaymaq istiqamətində böyük canfəşanlıq göstərirlər. Və bu məsələdə İvan Lazarevin fəa-liyyəti diqqəti daha çox çəkir. O, Rusiyada erməni-qriqorian kilsəsinin başçısı, arxiyepiskop İosif Arqutinski ilə birgə “erməni məsələsi”nin həlli istiqamətində, daha doğrusu “Erməni dövləti”nin yaradılması  layihəsini hazırlayaraq, Azərbaycanın tarixi torpaqları olan İrəvan ərazisində erməni dövlətinin qurulması planı ilə çıxış edir(2,22). Bu layihənin müəllifləri, göründüyü kimi XIX əsrin sonlarında mey-dana gələn erməni millətçi partiyaların platformalarından uzaq olub, Şərqi Anadoluya iddialarla çıxış etmirdilər. Fikrimizcə, Lazarev-Arqutinskinin mövqeyi onunla izah oluna bilər ki, XX əsrin əvvəllərində olduğu kimi, özlərinin intelligibel arzuları ilə yaşayan ermənilik üçün “erməni məsələsin”də konkret məkan önəmli deyildi. Və bu layihənin müəllifləri özlərinin “qafqazaqədərki” vətənləri haqda belə düşünmür, “Böyük Ermənistan” torpaqlarını yada salmaq istəmirdilər. Və bu layihə bir daha sübut edir ki, ermənilik öz çoxəsrlik arzularını yaranmış əlverişli tarixi şəraitdən istifadə etmək niyyəti ilə çıxış edir, onlara tarixən yad olan torpaqlarda mifik arzularını reallaşdırmağa çalışırdılar. Erməniliyin bu “şahmat gedişi” tarixin sonrakı mərhələlərində də öz əksini tapmışdı. Belə ki, XIX əsrin son rübündə bölgədə yaranmış vəziyyətdən və  beynəlxalq şəraitdən istifadə edən ermənilik San-Stefano sülh müqaviləsinin şərtlərini əsas götürərək, “erməni məsələsi”ni beynəlxalq münasibətlər sisteminə gətirir, öz siyasi platformasının ana xəttini, “Böyük Ermənistan”ın yaranmasını, Şərqi Anadolu məkanı ilə bağlayır. Lakin XIX əsrin 90-cı illərində Osmanlı imperiyasında xarici amilə əsaslanan erməni qiyamları “Böyük Ermənistan” ideyasını reallaşdıra bilmir və XX əsrin ilk illərindən etibarən “erməni məsələsi” Qafqazda mahiyyət etibarı ilə terror və separatçılığın sintezindən ibarət eybəcər bir sindroma çevrilərək, zorun, vəhşiliyin daşıyıcısı olduğunu göstərir.

***                              ***                               ***

1914-1918-ci illəri əhatə edən  Birinci Dünya müharibəsi iki iri hərbi-siyasi blokların qarşıdurmasının nəticəsi olaraq  baş vermişdi. Hər iki blok, Antanta və “Dördlər İttifaqı”na üzv olan dövlətlər, bəşəriyyətin yeni xəritəsini çəkmək xəttini gö-türmüşdülər. Rusiya da bu müharibəyə işğalçı planla daxil olmuş, qərb sərhədlərini genişləndirməklə yanaşı, I Pyotrun Şərq  siyasətini əsas götürərək, Kiçik Asiyanı, Bosfor və Dardanel boğazlarını ələ keçirərək, İstanbula sahib olmaq arzusu ilə çıxış edirdi.  Bölgədə  öz işğalçılıq siyasətini reallaşdırmaq üçün Rusiya, sosial baza olaraq “erməni amilini” də siyasi konturlarından uzaqlaşdırmır və  Birinci Dünya müharibə-si ərəfəsində Rusiya siyasi dairələri göstərilən problemlə bağlı  bildirirdilər ki, “erməni məsələ”si “Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir”(3,136). Beləliklə, Bi-rinci Dünya müharibəsi  ərəfəsində Romanovlar Rusiyası “erməni məsələsi”nə mü-nasibətini dəyişdirir və, kn.Q.Qolitsinin Qafqazda idarəçiliyi zamanından etibarən Birinci Dünya müharibəsi başlandığı qısa bir xronoloji çərçivədə, erməniliyin Qərb və Şərq yarımkürələrinə “hörümçək toru” kimi yayıldığını göstərən, erməni məkrinin yırtıcı təbiətini vurğulayan   Rusiya məmurlarının məlumatları bu dövrdə artıq nəzərə alınmır. Baxmayaraq ki, Birinci Rusiya inqilabından sonra Romanovlar Rusiyasının baş naziri və Daxili İşlər Naziri P.A.Stolıpin(1862-1911) Rusiya Daxili İşlər Nazir-liyinin  ayrı-ayrı departamentlərinin və eyni zamanda Cənubi Qafqaz Quberniya Jan-darm İdarələrinin məlumatlarına istinadən, “erməni məsələsi”nin bölgə üçün böyük bir təhlükə olduğunu göstərərək bildirirdi ki, yalnız 1907-ci ildə daşnaklar Cənubi Qafqazda 3.060 terror aktı törədərək, sürətlə silahlanmanı davam etdirir, qurduqları hərbi məktəblərdən birində, Bolqarıstanda yerləşən, Ril monastırında yaraqlılar hazırlayırlar(4,20-21;.43).Arxiv sənədləri göstərir ki, bu illərdə erməniliyin sürətlə silahlanmasının əsas mənbələri  erməni burjua nümayəndələrinin kapitalına söykə-nirdi. Belə ki, hələ 1902-ci ildə “Daşnaksutyün” partiyası, erməni-qriqorian kilsəsinin kapitalı və erməni kapitalistlərinin, ilk növbədə  Bakı neftinin hesabına milyonlara sahib olan A.Mantaşevin vəsaiti əsasında, Londonda “Erməni milli bankı”nı təsis etmiş, Birinci Rusiya inqilabı illərində 100.000-lik  ordusunun təşkilinə 10.000.000 rubl (kağız pullarla – red.) xərcləmişdi (4,60). İnsurreksiyadan imtina etməyən “Daşnaksutyün” partiyası, Birinci Rusiya inqilabından sonra da sürətlə silahlanır və  yalnız 1909-cu ildə silah alınmasına 60.000 frank pul xərcləyir(5,22,23;.45). Bu illərdə “Daşnaksutyün” partiyası terrordan da əl çəkməmiş, hətta S.-Peterburq mühafizə dəstəsinin  verdiyi məlumatlarına görə  daşnaklar imperator II Nikolayın və baş nazir P.A.Stolıpinin qətlinə hökm də vermişdilər(6,26-29;49). Bu faktlar Rusiya imperiyası və ermənilik arasında olan uçurumu göstərsə də, lakin Balkan müharibələri və Birinci Dünya müharibəsi ilə bağlı mütləqiyyətin işğalçı planları onların maraq konturlarını yaxınlaşdıra bilmişdi. Belə ki, Birinci dünya müharibəsi ərəfəsində  Romanovlar Rusiyası “erməni məsələsi”nin həlli istiqamətində təşəbbüsü öz  əlinə götürmüş, 1914-cü il yanvarın 26-da İstanbulda rus-osmanlı sazişi imzalanmışdı ki,  bu diplomatik akt Rusiyanın Şərqi Anadolu bölgəsində nüfuz dairəsinin geniş-ləndirilməsindən xəbər verirdi. Öz növbəsində ermənilik bu dövrdə Rusiya amilindən imtina etmir və XX əsrin əvvəllərindən etibarən  imperiyaya qarşı apardığı radikal mövqedən çəkilirdi. Artıq 1912-ci ilin  noyabrında  V Gevork Rusiya imperiyasına müraciət edərək, Osmanlı təbəələri olan ermənilərə himayədarlıq  və durumlarının yüngülləşdirilməsinə kömək etmələri haqda xahiş etmiş-di(7,7).Həmin ilin dekabrında isə bu məqsədlə erməni-qriqorian kilsəsinin katolikosu V Gevorkun xeyir-duası ilə erməni nümayəndəliyi Qafqaz canişini İ.İ.Vorontsov-Daşkova da müraciət etmişdi(8,102).Birinci Dünya müharibəsi ərəfəsində “Daşnaksutyün” partiyası da müt-ləqiyyətə qarşı apardığı radikal mövqedən çəkilərək, Rusiyaya yaxınlaşır. Belə ki, par-tiyanın göstərişi ilə  daşnak Y.Zavriyev 1912-ci ilin sonlarında Romanovlar Rusiyasının Osmanlı imperiyasındakı səfiri M.N.Girslə görüşü zamanı “ermənilərin taleyinin Rusiyanın əlində olduğunu” bildirir. Öz növbəsində Rusiya diplomatı ona ( Y.Zavriyevə -red.) Avropanı “Osmanlı ermənilərinin, siyasi inqilabçı deyil, türk özba-şınalığının qurbanları olduğunu” inandırmaq üçün onların ehtiyatlı davranmalarını məsləhət görür (7,13-14). Erməni-qriqorian kilsəsi də “erməni məsələsinin həllində Rusiya amilini nəzərə alır və Avropada katolikosun müvəkkili Poqos-Nübar paşa Qafqaz canişini İ.İ.Vorotsov-Daşkova(1837-1916) və Rusiyanın Fransadakı səfiri A.P. İzvolskiyə(1856-1919)müraciət edərək, “erməni məsələsi”nin beynəlxalq diplomati-yanın gündəliyinə salınması zamanının yetişdiyini öyrənmək istədiyini bildirir-di(7,15). Eyni zamanda, bu dövrdə Rusiya hakim dairələrində “erməni məsələsi”nə olan marağı davamlı olaraq inkişaf etdirmək üçün ermənilik Osmanlı imperiyasına qarşı tutduğu radikal mövqeyindən də imtina etmirdi. Və ayrı-ayrı arxiv sənədləri də Birinci Dünya müharibəsi ərəfəsində erməniliyin apardığı antiosmanlı  siyasətini təsdiqləyir. Belə ki, Don vilayətinin Jandarm İdarəsinin rəisi, Tiflis Quberniyası Jandarm İdarəsinin rəisi polkovnik Pastrülinə  göndərdiyi  1914-cü il 28 mart tarixli hesabatında bildirirdi ki, “Daşnaksutyün” partiyasının Tiflis komitəsinin göstərişi ilə Şərqi Anadoluda qiyama hazırlaşan Osmanlı erməniləri üçün silah alınır və polkovnik Pastrülinin fikrincə  bu hazırlıqları görən ermənilik ümid edirdi ki, ”erməni iğtişaşları Rusiyanın diqqətini cəlb edəcəkdir” (5,1,1 arxa).

***                              ***                               ***

Qərb və Şərq yarımkürələrində “hörümçək toru” şəbəkəsini yayan ermənilik, eyni zamanda sona qədər Rusiyaya etibar etməkdən uzaq olduğundan Birinci Dünya mü-haribəsi illəri ərəfəsində və müharibə illərində Avropa dövlətlənin və eyni zamanda  ABŞ-n ictimai-siyasi dairələrində “erməni məsələsi”ni şamil etməyə çalışırdı.  Bu məqsədlə “Daşnaksutyün” partiyası “Droşak ” qəzetinin redaktoru X.Malumyanı(Aq-nuni) XX əsrin əvvəllərində ABŞ-a göndərir. Daşnak X.Malumyanın əsas məqsədi amerikalıların dominantlığı ilə yaradılacaq müştərək erməni-amerikan təşkilatların köməkliyi ilə “erməni məsələsi”ni ABŞ ictimaiyyətinin gündəlik həyatına daxil etmək idi(9,səh.18arxa; 51-52). Bu zaman erməni-qriqorian kilsəsinin müvəkkili  Poqos-Nübar paşa da  aktivliyi ilə  seçilmiş, Parisdə Fransanın xarici işlər naziri Şarl Jonar-la(22.I.-22.II.1913) “erməni məsələsi” ilə bağlı görüş keçirmişdi(7,17). Tiflis Quber-niyası Jandarm İdarəsinin rəisi polkovnik Pastrülinin 1916-cı ilin dekabrında Qafqaz Canişinliyinin xüsusi şöbəsinə verdiyi məlumata istinadən göstərmək lazımdır ki, daşnaklarınABŞ-da  apardıqları təbliğatın nəticəsi olaraq, Birinci Dünya müharibəsi illərində bu ölkədə erməniliyin maraqlarına cavab  verə bilən konqresmen Klivlend Dac və ABŞ-n Osmanlı imperiyasında səfiri olmuş Henri Morqentaunun(1913-1916) sədrliyi ilə “American Committee  for Armenian” təşkilatı  təsis edilmiş, və “erməni məsələsi”nə yardım olaraq bu komitə 1916-cı ilin payızı üçün inqilabaqədərki Rusiya assiqnasiyaları dəyəri ilə 10.000.000 rubl vəsait toplamışdı (10,16).Tarixi sənədlər belə bir reallığı da göstərir ki, ”erməni məsələsi”nin aktiv təbliğatını 1901-1909-cu il-lərdə ABŞ prezidenti olmuş Teodor Ruzvelt (1858-1919) də dəstəkləmişdı(10, 15ar-xa). Qeyd etmək lazımdır ki, “erməni məsələsi” ABŞ-da hələ XIX-cu əsrin sonla-rından etibarən ictimai-siyasi dairələrdə təbliğ edilməyə başlamışdı və 1895-ci ildəNyu-Yorkda yaradılan” Ermənilərin vətənpərvərlər federasiyası” bu istiqamətdə fəaliyyət göstərirdi(11,212-221).

Birinci Dünya müharibəsi dövründə daşnaklar Avropanınbir sıra ölkələrində də“erməni məsələsi”nin təbliğini davam etdirirdilər. Və bu məqsədlə “Daşnaksutyün”                                                                                                                                                                                          Cenevrədə “Droşak” qəzetinin müvəqqəti redaksiyasını da təşkil etmişdi(12,56-58;69).Bu illərdə “Böyük Ermənistan” xülyasını erməniliyin ”hörümçək toru” Avro-panın bir sıra dövlətlərinə yaymaqda davam edirdi. 1916-cı ilin may ayında “Daşnaksutyün” “Pro Armenia” jurnalının nəşrini Parisdə bərpa etmişdi( 10, 2,2arxa; 69). İngiltərədə də “erməni məsələsi”nin təbliği məqsədyönlü şəkildə aparılırdı. Belə ki, “The Armenian United Assosiation of London” cəmiyyəti məhz Britaniya höku-mətinin  yardımı ilə Londonda ingilis dilində “Ararat” jurnalını nəşr edir və İngiltərə ictimaiyyətinə “erməni məsələsi”ni şamil etməyə səy göstərirdi(12,7;69). “Erməni məsələsi”nin aktiv təbliğatı nəticəsində bir-sıra Avropa dövlətlərinin ictimai dairələri erməniliyin yaratdığı obrazın –  “məzlum” xalqın müdafiəsinə qalxmışdılar. Belə ki, Fransanın kütləvi informasiya vasitələri nümunələrindən olan –“Le Jurnal”, “Le Temp”, “Le Maten” öz səhifələrində “erməni məsələsi”ni erməniliyin uydurduqları çalarlarla işıqlandırırdılar.(12,68,69; 69).

***                              ***                               ***

Birinci dünya müharibəsi başlandıqdan dərhal sonra ermənilik tandeminin əsas hərəkətverici qüvvəsi olan erməni-qriqorian kilsəsi nəzərlərini tərəddüd etmədən Rusiya imperiyasına yönəltdi. Rusiya amilinə əsaslandığını göstərən katolikos V Ge-vorq  Qafqaz canişini İ.İ.Vorontsov-Daşkova yazdığı 5 avqust 1914-cü il tarixli mək-tubunda  Rusiyanın  “Türkiyə ermənilərinin müdafiəçisi  və himayədarı olub, onların ümidlərinin gerçəkləşdirəcəklərinə ümidli olduğunu” bildirirdi.(13,162). Erməniliyin  Rusiyaya olan ümidləri, imperator II Nikolayın erməni əhalisinə 17 sentyabr 1914-cü il müraciəti  və “onların səltənət ətrafında birləşməsi” çağırışından sonra,(19,18, 18arxa;280) daha da artmış və 1914-cü ilin noyabrında Tiflisdə II Nikolayın V Ge-vorqla 15 dəqiqəlik görüşü zamanı “erməni məsələsi”nin müharibənin sonunda, sülh danışıqları zamanı müsbət həlli” vədi erməniliyi daha da ruhlandırmışdı.(14, 92). Öz növbəsində Romanovlar Rusiyası da erməniliyin bu ümidlərinin itməməsi üçün müəyyən tədbirlərə əl atırdı. Belə ki, Novoçerkask məhkəməsində mühakimə edilmiş 159 daşnaka 1914-cü ilin sentyabrında mütləqiyyətin amnistiya elan etməsini nəzərə alsaq, erməniliyin mifik arzularının Rusiya ilə bağlılığının səbəbini görərik. Yuxarıda göstərilən faktlar göstərir ki, Birinci Rusiya inqilabı və inqilabdan sonrakı illərdə Qafqazda terrorçu kimi tanınan daşnakların fəaliyyəti Birinci Dünya müharibəsi illərində yenidən Rusiya imperiyasının daxili və xarici siyasətinin maraqlarına uyğun gəlir və Rusiyanın hakim və ictimai-siyasi dairələrində  “erməni məsələsi”nə olan  marağını artırır.  Beləliklə,  “Böyük Ermənistan” dövlətini yaratmaq ideyasını əsas götürən erməni millətçiləri özlərinin çoxəsrlik arzularını həyata keçirmək amalı ilə separatçı hərəkatın növbəti mərhələsinə daxil olurlar. Və bu mərhələdə erməni hərbi dəstələrinin yaranması “erməni sindromunun” eybəcərliyini tam açıqlığı ilə göstərir.

***                              ***                               ***

Sovet tarixşünaslığında “erməni Könüllü drujinalar” kimi göstərilən və əsasən mənşəcə erməni ermənişünaslar tərəfindən öyrənilən, erməni hərbi dəstələri Birinci Dünya müharibəsi illərində Şərqi Anadoluda və Qafqazda dinc müsəlman əhalisinə qarşı görünməmiş cinayətlər törətmişlər. Bu erməni yaraqlı dəstələri, daşnaklar tərəfindən idarə olunan Erməni Milli Komitəsi tərəfindən, müharibənin ilk günlərindən etibarən təşkil edilmişdi. Eyni zamanda qeyd etmək lazımdır ki,  erməni hərbi dəstələrinin yaradılması məsələsi, bilavasitə Rusiyanın razılığı ilə baş vermişdi.  Belə ki, 1914-cü ilin sentyabrında infanteriya generalı A.Z.Mışlayevcki(1856-1920) və Qafqaz cani-şinliyinin bir-sıra rəsmi nümayəndələri, o cümlədən Qafqaz canişinin mülki işlər üzrə köməkçisi N.L.Peterson da Qafqazda öz aktiv millətçi fəaliyyəti ilə seçilən daşnaklara hərbi dəstələrin(erməni ədəbiyyatında xumblar  kimi  göstərilən – red.) təşkil edilməsini təklif etmişdilər(15,120-121).Əlbəttə, Qafqaz canişinliyini təmsil edən nümayəndələr bilavasitə Rusiya hakimiyyətinin göstərişi ilə hərəkət edirdilər. Belə ki, təkcə  1914-cü ilin payızında Romanovlar Rusiyası erməni hərbi dəstələrinin təşkili üçün kağız pulla 242.900 rubl vəsait ayırmışdı. Göstərmək lazımdır ki, Rusiya imperiyası erməni hərbi dəstələrinə rus Qafqaz ordusunun Şərqi Anadolu istiqamətində hərəkət etməsi üçün yardımçı qüvvə kimi baxsa da  ermənilik bu yaraqlı dəstələrə böyük ümidlər bəsləyir və Osmanlı dövlətinə qarşı qiyama hazırlaşan erməni çeteləri üçün müxtəlif kampaniyalar adı ilə böyük vəsait toplayırdı. Belə ki,  Moskva-nın erməni koloniyası həmin dövrdə kağız pulla 250.000, Petroqrad  erməni koloni-yası kağız pulla 200.000 rubl pul toplamışdılar(8, 106). AR Pİİ SSA-nın ayrı-ayrı fondlarında mühafizə olunan sənədləri göstərir ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilik 1914-cü ilin oktyabrından 1915-ci ilin fevralınadək 520.000 rubl vəsait xərcləmişdi(12,10;62). Bu qısa zaman kəsiyində ABŞ-ın erməni koloniyası da bu kampaniyada  aktiv iştirak edir və Erməni Milli Bürosuna üç dəfə 25.000 dollar vəsait göndərir(12,106).İnqilabaqədərki ayrı-ayrı mənbələrin verdiyi məlumata görə 1914-1917-ci illərdə ABŞ-da fəaliyyət göstərən bir-sıra təşkilatlar və komitələr “erməni məsələsi”nin həlli üçün üst-üstə 40.000.000 dollar vəsait göndərmişdilər ki, bu vəsaitin böyük hissəsi erməni çeteləri üçün ayrılırdı(16,.26). Belə ki, Osmanlı dövlətinin Daxili İşlər Nazirliyinin Baş mühafizə müdürlüyü, Tələt paşanın imzası ilə, Osmanlı ordusunun Baş qərargahına göndərdiyi 25 mart 1916-cı il tarixli rəsmi məktubunda  bildirirdi ki, məhz bu illərdə ABŞ-da toplanan pullar Adanada, Trab-zonda, Konyada, Bursada, Ankarada, Eskişəhərdə, Maraşda, Samsunda, İzmitdə və di-gər şəhərlərdə erməni millətçilərinə paylanmışdı(17,5-7).Qeyd etmək lazımdır ki, er-məni hərbi dəstələrinin yaradılması xəbəri “erməni sindromu” ilə zəhərlənmiş, dün-yaya səpələnən ermənilər tərəfindən ruh yühsəklyi ilə qarşılanmışdı. Ksenofobiyaya meylliliyi ilə seçilən ermənişünas C.Kirakosyan öz tədqiqatlarında  erməni hərbi dəstələrinin yaranması xəbərinin dünyaya səpələnmiş ermənilərin sevinclə qarşı-ladıqlarını  və dəstə-dəstə ermənilərin “Bolqarıstandan, Rumıniyadan, Misirdən, uzaq Amerikadan gələrək” bu hərbi dəstələrə yazıldıqlarını göstərirdi(15,67). Erməni əhali-sinin göstərdiyi bu aktivliyi Rusiya arxivlərində saxlanılan sənədlər də sübut edir(15, 78). Beləliklə, 1914-cü ilin payızında “erməni sindromu”nu erməni əhalisinin beyin-lərinə şamil edən ermənilik antiosmanlı abu-hava yarada bilmiş, “erməni sindromu”-nun separatçı təbiətini gizlətməmişdi.

Birinci dünya müharibəsi illərində  erməniliyin antiosmanlı aktivliyi general N.Q.Korsunun nəzərindən yayınmamış və o, öz əsərlərində göstərmişdi ki, hələ Sarı-qamış əməliyyatından öncə erməni əhalisi sürətlə silahlanaraq, Osmanlı dövlətinə qarşı qiyama hazırlaşmışdı(15, 62-63).Eyni zamanda  türk-müsəlman dünyasına olan nifrətini gizlətməyən ermənilik,  Sarıqamış əməliyyatı gedişində və  sonra, özünün  zor vasitəsi olan erməni  hərbi yaraqlılarının əli ilə  Qars, Şərqi Anadolu vilayətlərində dinc müsəlman əhalisinə qarşı soyqırımı törətmişdilər. Erməni çetelərinin bu məkanda törətdikləri cinayətləri Rusiya arxivlərində saxlanılan sənədlər və ayrı-ayrı erməni-şünaslar öz tədqiqatlarında diqqətə çatdırır. Belə ki, tarixçi A.B.Karinyan  apardığı araşdırmalarda erməni çetelərinin dinc müsəlman əhalisinə qarşı törətdiyi vəhşilikləri göstərərək yazırdı ki, o illərdə “erməni yaraqlıları sistemli şəkildə  kürd və türk əhali-sini məhv etmişlər”(15,64). Erməni cetelərinin cinayətləri Sarıqamış əməliyyatından sonra da yüksələn xətlə davam edir və müsəlman əhalisinə qarşı zorakılığı xüsusi qəddarlıqla həyata keçirirdilər. Erməni yaraqlılarının törətdikləri cinayətlər özünü, kişilərin əksər hissəsinin müharibəyə səfərbər olunduğu, Qarsda tam dəhşəti ilə göstərmişdi. Belə ki, Qars qalasının komendantı general-leytenant Zubov erməni mil-lətçilərinin ölçüyəgəlməz cinayətləri haqda general A.N.Yudeniçə(1862-1933)  mə-lumat vermişdi(15,90). Rusiya arxivlərində saxlanılan tarixi sənədlər, onilliklərlə “gizli qapılar” arxasında qalmış erməni yaraqlılarının törətdiyi vəhşilikləri üzə çıxararaq,  belə bir həqiqəti də göstərirlər ki, Rusiya imperiyasının yüksək rütbəli hərbi məmurları erməni çetelərinin törətdikləri cinayətlərə biganəliklə yanaşa bilmirdilər. Belə ki, erməni yaraqlılarının dinc müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklərin qarşısını almaq məqsədi ilə Qars vilayətinin Hərbi qubernatoru vəzifəsini icra edən podpolkovnik A.D.Podqurski(1862-1919)Ərdəhan, Olt və Qağızman dairə-lərinin rəislərinə göndərdiyi teleqramlarda göstərirdi ki, erməni hərbi dəstələrinin “müsəlmanlara qarşı törətdikləri soyğunçuluğun və vəhşiliyin qarşısı qəti şəkildə alın-malıdır”(15,87). Qars vilayətinin Hərbi qubernatoru vəzifəsini icra edən podpolkov-nik A.D.Podqurskinin  bu göstərişi  Qars faciəsinin görünməmiş miqyası ilə izah edilə bilər. Belə ki, “Bakı müsəlman xeyriyyə cəmiyyəti”nin sədri doktor X.Sultanov  1915-ci ilin aprelində Ərdəhandan “Kaspi” qəzetinə Qars faciəsi haqda verdiyi mə-lumatında bildirirdi ki, erməni yaraqlıları tərəfindən ”etnik  təmizləmə”yə məruz qalan Qarsda yalnız 600-ə yaxın qadın və uşaq xilas olunmuşdur(18,39). Qars faciəsi Cənubi Qafqazda böyük rezonansa səbəb olmuş, bölgənin müsəlman əhalisi həyəcan təbili vurmuşdu. Belə ki, 1915-ci ilin fevralında Bakı, İrəvan və Yelizavetpol quber-niyalarının azərbaycanlı icmasının bir qrup nümayəndəsi Ə.Topçubaşovun (1862/3-1934)rəhbərliyi ilə Qafqaz ordusunun komandanının köməkçisi, infanteriya generalı A.Z.Mışlayevskinin qəbuluna gedərək, müsəlmanların erməni zorakılığından qorunmalarının təminatını istəmişdilər(19, 24, 24arxa; 79).

Qeyd etmək lazımdır ki, 1915-ci ilin qış-yaz aylarında erməni çetelərinin vəhşi-likləri və özbaşınalıqları Qafqaz cəbhəsi xətti zolağında  o dərəcəyə çatmışdı ki, mən-şəcə erməni olan 4-cü Qafqaz ordu korpusunun komandiri P.İ.Oqanovski (1866-?) Qafqaz ordusunun səhra qərargahına yazdığı 31 yanvar 1915-ci il tarixli  məlumatında göstərirdi ki, “soyğunçuluq nəticəsində əldə edilmiş qənimətlərlə cəbhə xəttini keç-mək istəyən erməni yaraqlıları ilə rus ordusu arasında qarşıdurma yaranmışdır” (15,93). Diqqətə çatdırmaq lazımdır ki, erməni çeteləri dinc müsəlman əhalisinə qarşı qırğınları nəinki Qarsda, Şərqi Anadoluda törətmiş, erməni zorakılığı öz dəhşətləri ilə Cənubi Azərbaycanda da qanlı izlər qoymuşdu. Erməniliyin törətdiyi bu vəhşiliyi Ru-siya xarici işlər naziri S.D.Sazonov(1860-1927) 15 fevral 1915-ci il tarixli məktubun-da Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun diqqətinə çatdırmışdı(15,101).

Alaşkert əməliyyatından sonra Vanı ələ keçirən erməni yaraqlıları bu ərazidə də dinc müsəlman əhalisinə qarşı soyqırımı keçirmişdilər. Qərb tədqiqatçısı Jorj de Male-vil öz araşdırmalarında göstərmişdir ki, 1915-ci il mayın əvvəllərində rus ordusu Van şəhərinə daxil olarkən, şəhərdə bir müsəlman belə qalmamışdı(20,45,85).Türk-müsəlman əhalisindən qalan evlər, əkin sahələri isə ermənilər tərəfindən çapıb-tala-nırdı. AR Pİİ SSA-da mühafizə olunan faktiki materiallar göstərir ki,  Vanda “etnik” təmizləmə aparan Van qubernatoruAram Manukyan müsəlman əhalisinin qalmış əm-lakının dağıdılıb-soyulmasına icazə vermişdi(12,45;67).Qeyd etmək lazımdır ki, er-məni yaraqlıları Birinci Dünya müharibəsi illərində nəinki müsəlman əhalisinə qarşı soyqırımı törətmiş, eyni zamanda Osmanlı imperiyasında məskunlaşan yəhudiləri  də soyqırıma məruz qoymuşdular (21,18).Bölgənin müsəlman əhalisinə qarşı erməni zo-rakılığı 1916-cı ildə də davam etmişdi. 1916-cı ilin qış kampaniyasında rus Qafqaz ordusunun müvəffəqiyyətli yürüşü erməniliyi ruhlandırmış və onun zor vasitəsi olan erməni yaraqlıları yenidən bölgədə dinc müsəlman əhalisinə qarşı qanlı cinayətlər törətmişdilər.

***                              ***                               ***

Birinci Dünya müharibəsi illərində Cənub və Cənub-Qərbi Qafqazda dinc müsəlman əhalisinə qarşı soyqırımı törətmiş erməni millətçilərinin dəhşətli cinayətləri iri dövlətlərin, xüsusən Rusiyanın nəzər-diqqətindən yayınmamış və onlar belə bir hə-qiqəti anlamışlar ki, erməniliyin çoxəsrlik, əfsanəvi arzuları tarix üçün böyük fəla-kətlər yarada bilər. “Erməni sindromu”nun vəhşi təbiəti faktı qarşısında qalan iri döv-lətlər 1916-cı ilin yayında “erməni məsələsi”nə ehtiyatla yanaşmış, Böyük                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               Britaniya hökuməti bu məsələnin müsbət yönümdə həll edilməsi ilə bağlı Romanovlar Rusiyasının XİN-ə müraciət etmiş, öz növbəsində nazirlik Qafqaz canişinliyinə sorğu göndərmişdi. Canişinliyin yüksək rütbəli məmurlarının və Qafqaz ordusu qərargahının rəhbər nümayəndələri müşavirə keçirərək, belə bir qərar qəbul etmişdilər ki, ”erməni-lər müttəfiq dövlətlər uğrunda böyük itkilər versələr də, onlar inqilabi təşki-latlardan(daha doğrusu terrorçu -red.)başqa bir təşkilatlara malik deyildirlər” (kursiv bizimdir -red.)(10,17;74). Analoji cavabı erməniliyin nümayəndələri Fran-sanın baş naziri Aristid Briandan(1862-1932)  almış və məlum olmuşdu ki, “erməni məsələsi” ilə bağlı erməni millətçilərinin fəaliyyəti Fransa hökumətini də tərəddüd içərisində saxlayır və qarşıya qoyulan məsələyə (“erməni məsələsi” –red.)müsbət cavab verməkdən çəkindirir(10,17-18;74).Qeyd etmək lazımdır ki, müttəfiqlərin bu mövqeyinə beynəlxalq münasibətlərdə baş verən proseslər də təsir edirdi. Belə ki, 1916-ci ilin mayında Antanta dövlətləri arasında bağlanmış Sayks-Piko sazişi Osmanlı imperiyasının şərq vilayətlərini müttəfiqlər arasında bölmüş və beləliklə, Antanta döv-lətlərinin “erməni məsələsi”nə olan marağı qismən sönmüşdü. “Erməni məsələsi”nə olan “soyuqluq” Rusiya imperiyasında özünü daha aydın göstərmişdi.  Belə ki, 1915-1916-cı illərdə bölgədə erməni millətçilərinin törətdikləri vəhşiliklər Rusiyanın hakim dairələrinin diqqət mərkəzindən yayınmamış, eyni zamanda özünün kolonial maraqlarını önə çəkən və  bölgə ilə bağlı işğalçı planlarını reallaşdırmağı əsas götürən mütləqiyyət Kiçik Asiya vilayətlərində rus koloniyalarının salınmasını da planlaş-dırmışdı. Rusiyanın bu mövqeyi Qafqaz ordusu komandanı general A.N.Yude-niçin(1862-1933) 1915-ci il aprelin 5-də Qafqaz canişininə təqdim etdiyi hesabatında öz əksini tapmışdı. Hesabatda general göstərirdi ki,  müsəlman əhalisindən təmiz-lənmiş Şərqi Anadolu torpaqlarında ermənilər yerləşərlərsə, müharibə başa çatdıqdan sonra onları bu ərazilərdən çıxarmaq çətin olacaq”. (kursiv bizimdir -red.) Və hesabatını belə bir təkliflə sonuclamışdı ki, Rusiya imperiyasının coğrafi çər-çivəsinə daxil olacaq bu ərazilərdə Kuban və Don kazaklarının məskunlaşması məq-sədəuyğundur(8, 108).Göstərmək lazımdır ki, general A.N.Yudeniçin bu məsələ ilə bağlı mövqeyi  Rusiya hakim dairələrinin əhval-ruhiyyəsi ilə düz mütənasib idi. Belə ki, 1915-ci ilin sonlarında Rusiya inzibati qurumları Tiflis quberniyasında və İrəvan quberniyasının Gümrü qəzasında erməni qaçqınlarının məskunlaşmalarına qadağa qoymuşdular(8,108,109). Romanovlar Rusiyasının “erməni məsələsi”nə olan müna-sibətini  kadet P.N.Milyukov özünün 4 yanvar 1915-ci ilin çıxışında da göstərərək bildirmişdi ki ,Osmanlı ermənilərinə muxtariyyət verilməsi arzuolunmazdır, çünki Ru-siya erməniləri də belə bir tələblə çıxış edə bilərlər. İmperiya üçün isə bölgədə “er-mənilərin arzuları deyil, Rusiyanın maraqları önəmlidir”(8,104).Rusiya və Avropadövlətlərinin “erməni məsələsi”nə münasibətinin dəyişilməsini görən ermənilik ya-ranmış vəziyyətdən çıxış yolu arayır və 1916-cı ilin mayında Petroqradda erməni ko-mitələri nümayəndələrinin qurultayını keçirir. Qurultay, “erməni məsələsi”ni rəsmi çevrəyə keçirmək məqsədi ilə, Əsasnamə hazırlayaraq  Rusiyada fəaliyyət göstərən erməni komitələrinin daimi əlaqələndirici orqanını, Erməni Mərkəzi Komitəsini, yaratmaq təklifi ilə çıxış edir. Öz növbəsində Rusiya hakim dairələri erməniliyin sepa-ratçı təbiətini anladığından onların  bu təklifini rədd edir (222-12; 76).

***                              ***                               ***

Öz məkrli planlarından imtina etməyən ermənilik Oktyabr çevrilişindən sonra Qafqaz cəbhəsində baş verən qarışıqlıqdan istifadə edərək, yenidən bölgədə müsəlman əhalisinə qarşı soyqırıma başlayır və erməni zorakılığının fəaliyyət məkanı bu dövrdə daha geniş miqyas alır. Belə ki, 1917-ci ilin sonlarında erməni millətçiləri təkcə Qa-rabağ torpaqlarında 157 kəndi qismən dağıdır, ümumən isə bu zaman Şimali Azər-baycan ərazisində 60 yaşayış məntəqəsini yerlə-yeksan edirlər(23,39).1918-ciilin əvvəllərindən başlayaraq Bakı quberniyasındaS,Şaumyan və onun yaraqlılıarı on minlərlə müsəlman əhalisini fiziki cəhətdən məhv edir, daha sonra erməniliyin ideo-logiyasını qanında daşıyan Andronik öz quldur dəstəsi ilə 1918-ci ilin yaz-yay ayla-rında Cənubi Azərbaycanın  Urmiyə,  Xoy, Təbriz və Səlmas  şəhərlərində müsəl-manlara qarşı qanlı cinayətlər törədir(24, Səh.58). “Erməni sindromu” ilə yaşayan, müsəlmanların qanına susayan erməni quldur dəstələri və onlara rəhbərlik edən Andranik Cənubi Azərbaycan şəhərlərində törətdikləri vəhşiliklərdən usanmayaraq, 1918-ci payızında  Zəngəzur qırğınları törədirlər. Eyni zamanda  erməni millətçiləri Azərbaycanın tarixi ərazisi olan İrəvan  torpaqlarında köklü əhali, azərbaycanlılara, qarşı “etnik təmizləmə” siyasəti apararaq, 1917-ci ilin dekabr -1918-ci ilin iyun ayla-rında bu torpaqlarda 200 müsəlman kəndini talan edib yandırırlar.(25,45).Birinci Dünya müharibəsinin sonlarında erməni quldur dəstələri Andranikin və digər çete başçılarının rəhbərliyi ilə daha da azğınlaşaraq, Şərqi Anadoluda türklərə qarşı kütləvi  qırğınlar törətməkdən çəkinmirlər. Bu məkanda  törədilən  erməni vəhşilikləri rus Qafqaz ordusunun zabitlərini belə dəhşətə gətirmiş, 1918-ci ilin əvvəllərində Ərzərum qalasının 2-ci topçu polkunun komandiri podpolkovnik Tverdoxlebov öz xatirələrin-də Andranikin və onun quldur dəstəsinin Ərzərumda dinc müsəlman əhalisinə qarşı törətdikləri zorakılığı və vəhşiliyi göstərmişdir(26,121-148).

Əsrlərlə məkrli siyasət aparan ermənilik, XX əsrin əvvəllərində bölgədə türk-müsəlman əhalisinə qarşı törətdiyi cinayətləri kölgədə qoymaq, öz vəhşiliklərini bəşə-riyyətə unutdurmaq məqsədi ilə, “genosid” əfsanəsini uydurmuş və hal-hazırda erməni lobbisi və ilk növbədə  ABŞ-da fəaliyyət göstərən ANCA (Armenian National Com-mittee of America — Amerikanın Erməni Milli Komitəsi) və AAN-ın (Armenian As-sembly of America — Amerikanın Erməni Assambleyası).səyi nəticəsində 100 ilə ya-xınındır ki, bu əfsanəni davamlı olaraq  təbliğ etmiş,tarixi sözün əsl mənasında sax-talaşdırmışlar. Bununla belə ermənilik Birinci Dünya müharibəsi  illərində törətdiyi bəşəri cinayətlərlə sakitləşməmişdir. İkinci dünya müharibəsi illərində “erməni sindromu”nun  yeni püskürtüsü baş vermişdir. Belə ki, erməni millətçiləri İkinci Dünya müharibəsi  illərində nəzərlərini Hitler Almaniyasına yönəltmiş, Andranikin si-lahdaşı Njdenin rəhbərliyi ilə yaradılmış “Seqakron” zonderkomandası bir çox xalq-lara qarşı soyqırımı aparmış və erməniliyin vəhşi təbiəti tarixdə qanlı izlər qoymuş-dur(27,22-26).

“Birinci Dünya müharibəsi illərində “erməni məsələsi”: tarixi baxış” mövzusunda diqqətə çatdırılan bu tarixi həqiqətlər, son illərdə bir sıra ölkə tarixşünaslıqlarının nü-mayəndələrinin erməniliyin simasını ifşa etmək istiqamətində atılan addımlardan bi-ridir. Bu araşdırmanın bir məqsədi də  “erməni sindromu”nun bölgədə türk-müsəl-man əhalisinə qarşı törətdiyi cinayətlərin acı nəticəsi olan müsəlman qaçqınlığı  prob-lemini diqqətə çatdırmaqdır. Belə ki, Birinci Dünya müharibəsi illərində “erməni sindromu” ilə yaşayan erməni hərbi dəstələri türk-müsəlman dünyasına qarşı soy-qırımı törətmiş, milyonlarla insan erməniliyin fitvası ilə fiziki cəhətdən məhv edilmiş, qaçqın düşmüşdü. 1914-1918-ci illərdə erməni millətçilərinin törətdikləri cinayətləri öyrənən bir-sıra qərb tədqiqatçıları  tarixi reallığa istinad edərək sübut etmişlər ki, erməni separatçıları bu illər ərzində Egey dənizi və Aralıq dənizindən, Qara dəniz və Qafqaza qədər olan bir coğrafi məkanda 2,5 mily. müsəlmanı qətlə yetirmiş, 850.000-dən çox türk-müsəlman Rusiya işğal bölgəsində erməni zorakılığından qurtulmaq üçün qaçqınlıq həyatını yaşamışdır.(28). Göstərilən faktlar  tarixin belə bir reallığını   təsdiqləyir ki, erməni zorakılığı nəticəsində Birinci Dünya müharibəsi  tarixinətürk-müsəlman qaçqınlığı bir reallıq olaraq daxil olmuş, lakin onilliklərlə dünya güclü-lərinin təsiri ilə formalaşan bir çox ölkələrin tarixşünaslıqları bu məsələyə toxun-mamış, problem tədqiqat obyekti olaraq araşdırmalar sahəsinə daxil olmamışdır. XX əsrin ikinci onilliyində erməni zorakılığından doğan türk-müsəlman qaçqınlığı problemi, bolşevik ideologiyasının xətti ilə formalaşan sovet tarixşünaslığının tərkib hissəsi olan, Azərbaycan tarixşünaslığında da demək olar ki, öyrənilməmiş, “boşluq” olaraq qalmış və “erməni sindromu” üzündən  böyük faciələr yaşamış saysız miqdarda insanın yaşantıları unudulmuşdur. Çağdaş dövrümüzdə geniş bir coğrafi məkanda erməni zorakılığına məruz qalmış, qaçqınlığın acı taleyini yaşayan milyonlarla türk-müsəlman əhalisinin taleyinin faciəsinin həqiqətlərini üzə çıxarmağın zamanı yetiş-mişdir. Erməni məkrinin ifşası Azərbaycan, Qafqaz və Orta Şərq ölkələrinin tarix-şünaslıqlarının ümdə vəzifəsi olub, erməniliyin dünya xalqlarına qarşı apardığı  məqsədyönlü  cinayətlərini göstərmək, onilliklərlə vətən tarixşünaslığında və ədəbiy-yatşünaslığında kök salan “mütləqiyyət millətlərarası qarşıdurmanın ilhamvericisi-dir”, “atan kazaklardır”  tezislərindən imtina edib, “erməni məsələsi”nin xarici amilin təsiri ilə deyil, erməniliyin təbiətindən doğduğunu dəlillər və sübutlara söykənərək tarixi reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq, hazırkı zamanımızda, tarixçi təd-qiqatçıların başlıca vəzifəsidir.

Yuxarıda göstərilənləri əsas götürən tədqiqat obyekti belə bir reallığı təsdiqləyir ki, dəlillərə və sübutlara söykənən tarixi sənədlər tarixi həqiqətlərin başlıca meyarıdır. Və məhz bu meyar “erməni məsələsi”nin  bir sindrom olaraq, zorakı və terrorçu təbiətini beynəlxalq ictimaiyyətə çatdırmağa və ən önəmlisi  isə tarixi həqiqətləri  üzə çıxar-mağa əsas verir.

Ə D Ə B İ Y Y A T

1. Басилая Ш.И. Закавказье в годы Первой Мировой войны.  Сухуми, 1968.Арутюнян А.О.Армения в годы Первой Мировой войны. Ереван, 1971.

2. Вердиева Х.Ю.Ложь бессильна  и свидетелем тому османские источники. Erevanqala 500.com .04.1.2013.

3. Вердиева Х.Ю.Переселенческая политика Российской империи  в  Север-ном Азербайджане. Баку, 1999.

4.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxi-vi,(bundan sonra – AR Pİİ SSA) F.276, Siy.8.İş.265. Bax: Багиров М.Б.,Верди-ева Х.Ю.,В поисках истины…Лицо армянства. Архив Политических Доку-ментов Управления Делами Президента Азербайджанской Республики. До-кументы свидетельствуют…Баку, 2011.

5.AR Pİİ SSA. F.276,Siy.8.İş.335.Bax: Багиров М.Б.ВердиеваХ.Ю.,Göst.əsər.

6.AR Pİİ SSA. F.276,Siy.8.İş.263. Bax: Багиров М.Б.ВердиеваХ.Ю.,Göst.əsər.

7.Дипломатический  Архив.Том VIII.Будущее устройство Армении(по офи-циальным дипломатическим документам Оранжевой книги, трактующей Ре-формы в Армении Петроград, 1915 г.

8. Басилая Ш.И. Закавказье в годы Первой Мировой войны. Сухуми, 1968.

9.АR Pİİ SSА.F.276,Siy.8,-İş.337. Bax: Багиров М.Б. ВердиеваХ.Ю.,Göst.əsər.

10.АR Pİİ SSА.F.276,Siy.8,-İş.513.Bax: Багиров М.Б. ВердиеваХ.Ю., Göst.əsər.

11.Киракосян А. Ближневосточный кризис 1895-1897 гг. Армения и  полити-ка США –журн. «Вопросы Востоковедения» вып.1-2, Ереван, 1983.

12.АR Pİİ SSА.F.276,Siy.8,İş.498. Bax: Багиров М.Б.ВердиеваХ.Ю.,Göst.əsər.

13. Кариби, Красная книга. Bax: Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Ba-kı, 1990.

14. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı, 1990.

15.ПеринчекМехмет, Армянский вопрос в 120 документах из российских го-сударственных архивов. М. 2011.

16. «Армянский Вестник», 1917, №10-11.

17.T.C.Genelkurmay başkanlığı Ankara;Arşiv belgeleriyle ermeni faaliyyetleri 1914-1918. Cilt II.

18. Cavadov C. Azərbaycanda xeyriyyəçilik hərəkatı. Bakı, 1999.

19.AR Pİİ SSA. F.276,Siy.8.İş.463. Багиров М.Б. ВердиеваХ.Ю.,Göst.əsər.

20.Малевил де Жорж. Армянская трагедия 1915 года. Баку, 1990.

21.Шихалиев Эмин, Армянские басни о «геноциде и их влияние на израидьскл-армянские отношения. журнал»№İRS”»2(44), 2010.

22. АR Pİİ SSА.F.276,Siy.8, İş.514. Багиров М.Б. ВердиеваХ.Ю.,Göst.əsər.

23.Musayev İ. Azərbaycanın Naxçıvan, Zəngəzur bölgələrində siyasi vəziyyəti və xarici dövlətlərin siyasəti. Bakı, 1996.

24.Onullahi S. Erməni millətçiləri və İran. Bakı, 2002.

25.Халилов Аслан,  Геноцид против мусульманского населения Закавказья в исторических источниках. Баку, 2000.

26.Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990.

27.Мустафаев Ровшан, Марши смерти. Иерусалим, 2008.

28. Армянский геноцид. Миф и реальность. (Перевод с англ.) Баку, 1992; Маккарти Дж., Маккарти К. Тюрки и  армяне. Руководство по армянскому вопросу. (Перевод с англ.) Баку, 1992;Файгл Эрик. Правда о терроре. Баку, 2000.

Mənbə: “Tarixin qaranlıq səhifələri. Keçmişim ibrət dərsləri və gələcəyə çağırış” Beynəlxalq elmi konfransın materialları. Bakı, 2014. Səh.288-303

Həcər Yusif qızı Verdiyeva, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş elmi işçisi, tarix elmləri doktoru                - turkiye 1 dunya savasi

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir