Site icon Turkish Forum

İnsanın insanlığı onun hayvanlarla ilişkisinden bilinir

Özündən zəifə, sənə möhtac olana, dili olmayana sevgi və şəfqət göstərmək insanı insan edən xüsusiyyətlərdir. Heyvanları sevmək və onlarla gözəl davranış İslam dini əsası qoyulduğundan hər bir müsəlmandan bu şərtlərə riayət etməyi tələb edir. Mövzunu islamınsesi.az saytı üçün Azərbaycan İslam Partiyasının birinci müavini, teoloq Hacı İnqilab Əhədli şərh edir. - islam2Özündən zəifə, sənə möhtac olana, dili olmayana sevgi və şəfqət göstərmək insanı insan edən xüsusiyyətlərdir. Heyvanları sevmək və onlarla gözəl davranış İslam dini əsası qoyulduğundan hər bir müsəlmandan bu şərtlərə riayət etməyi tələb edir. Mövzunu islamınsesi.az saytı üçün Azərbaycan İslam Partiyasının birinci müavini, teoloq Hacı İnqilab Əhədli şərh edir.

– Canlı təbiətin bir hissəsi olan ev heyvanlarına, xüsusilə itə və pişiyə münasibət və dəyər İslamda necədir?

– Quranda Allah-Təala buyurur ki, bütün yaratdığım təbiət və canlılar Mənə şükr və zikr edir. Yerdə və göydə hər nə varsa – mələklər, qalaktikalar, planetlər belə Allaha zikr edir. Bu mənada yerin üzündə olan bütün canlılar da öz dilərində Allahı zikr və dua edirlər.
Yerə bir toxum səpsən onun ilk cücərtiləri əlif hərfini xatırladır. Əlif tək deməkdir, yəni Allah. Toxum belə cücərtisilə Allaha ibadət və itaət edir.
Hər bir heyvan da onun xislətinə qoyulan vərdişlərlə Allaha ibadət edir. Şüur və təfəkkürü olmayan canlılar Allahın əmrindən çıxmır. Allah onları necə yaradıbsa, o cür də hərəkət edirlər. Məsələn, xoruz yaradılışından bu yana sabah namazından əvvəl banlayır. İkinci xoruz banı namaz vaxtında, üçüncü xoruz banı isə günəş çıxandan bir az əvvəl olur. Bu banı da eşitməsən artıq sübh namazın qəza olacaq.
Allah heyvanlara da dil verib, amma biz onu anlamırıq. Süleyman peyğəmbər bütün canlıların dilini bilirdi. Biz bundan qafiliksə, bu o demək deyil ki, heyvanların dilini və danışdığını inkar etməliyik. Əgər insan bir dili bilmirsə, bu, həmin dilin olmaması demək deyil.
Quranda deyilir ki, elə insanlar var ki, nəfsinə kölə olmaq baxımından heyvandan da aşağıdır, heyvanlar isə ibadətlərində həmin şəxslərdən daha artıqdır. Heç bir heyvan Allahın onun xislətinə qoymadığını heç vaxt eləmir.

Özündən zəifə, sənə möhtac olana, dili olmayana sevgi və şəfqət göstərmək insanı insan edən xüsusiyyətlərdir. Heyvanları sevmək və onlarla gözəl davranış İslam dini əsası qoyulduğundan hər bir müsəlmandan bu şərtlərə riayət etməyi tələb edir. Mövzunu islamınsesi.az saytı üçün Azərbaycan İslam Partiyasının birinci müavini, teoloq Hacı İnqilab Əhədli şərh edir. - Haci Inqlab
Həzrəti peyğəmbərin ətəyində bir pişik yatmışdı. Peyğəmbər pişiyi narahat etməmək üçün ətəyini kəsdi ki, heyvan yatmağında davam etsin. Bu diqqət həmin canlının Yaradanına hörmətdir. İnsanın yaradılanlara olan hörməti və qayğısı Yaradana görədir.
Yaradan təkdir, yaradılmışlar isə küllidür. Bir Yaradanı bütün yaradılanlar tanıyır. Mənim Allahın yaratdıqlarına ehtiramım ibadətdir. İbadət ehtiramdır, Allaha qulluqdur, əxlaqdır. Peyğəmbərimiz namaza gedəndə yolda bir qoca yəhudi ilə rastlaşır. Peyğəmbər onu ötməmək üçün ayağını yavaşıdır və namaza gecikir. Ondan namaza gecikmə səbəbini soruşanda deyir ki, qoca yəhudini keçə bilmədim. Ola bilsin ki, elə həmin yəhudi peyğəmbərə müxalif idi, amma Allaha ibadəti peyğəmbərə yaradılana hörmətlə yanaşmağı tiələb edirdi. Belə əxlaq nəticəsində tarixdə müharibələr olmadan əxlaqi söhbətlərlə insanlar İslama gəlib.
İslam dini bizdən təbiətə və heyvanlara qayğını istəyir. Ağıl və təfəkkürü olan insan ağıl və təfəkkürü olmayan varlıqlara qayğı və şəfqət göstərməlidir. Bu bizim vəzifəmizdir. Heyvanın etdiyi hər hansı nöqsan üçün ona cəza vermək doğru deyil.
Burda Hindistandan bir misal gətirim. Həzrəti peybğəmbər deyir ki, get elm öyrən, hətta Çində olsa belə.
Hindistanda maşın heyvanı vursa, həmən sürücüyə cəza verilir, insanı vuranda isə yox. Çünki heyvanın ağıl və təfəkkürü olmadığından yola istənilən yerdə çıxa bilər. Ağıl sahibi olan insan heyvanı maşınla vurduğu üçün günahkardır. Amma insan qırmızı işıqda yolu keçmək olmadığını, keçiddən istifadə etmək lazım olduğunu bildiyi üçün maşın onun vurursa, günah onun özündədir. Ağıllı insanların ağlı olmayan varlıqlara xidmət və qayğı göstərməsi onların vəzifəsidir.
İnsan hər şeydə nöqsan axtarmağa meyllidir. Həzrəti İsa (s.a) həvariləri ilə yol gedəndə görür ki, bir it ölüb və cəsədi iy verir. Həvarilər ağızlarını tutub qaçdılar. İsa (s.a) isə heyvana baxıb dedi ki, bunun necə mərcan kimi dişləri var. Yoldaşları deyir ki, sən iydən iyrənmədin? O deyir ki, sizin iylə işiniz olmasın, bir baxın Allah heyvana necə mərcan kimi dişlər verib. Bununla da ibrət verdi ki, çirkinliyn içində gözəllikləri görün.
Peyğəmbərimiz deyir ki, bir neçə heyvanın yaranışını istəməzdim, əgər onların bir neçə gözəl əlaməti olmasaydı. Məsələn, it əvvəla vəfalıdır, ikinci, hər nə versən qoruyar, üçüncü bir dəfə yaxşılıq edərsən, yüz dəfə üstünə çımxırsan belə sənin üzünə ağ olmaz. Hədislərdə də deyilir ki, itə bir tikə atarsan, ömür boyu sənə sədaqətli olar. İnsana yüzlərlə yaxşılıq edərsən, bir dəfə yox deyərsən, sənə düşmən kəsilər.
Bu yaxşı keyfiyyətlərin qarşısında itin ağız suyu və yaş əllə itə toxunmaq haramdır. Hər iki halda gərək ələrini və paltarını pak eləyəsən, amma peyğəmbərin saydığı hallarda it insana ancaq xeyir verir. Peyğəmbərin saydığı bu üstün cəhətlər hətta təfəkkürlü insanlarda belə yoxdur. Etibarsızlıq, çörəyə naxələf olmaq insanlarda var, heyvanlarda yox.
Başqa bir cəhət, heyvanların hissiyatının güclü olmasıdır. Qazlar gecə qəfil qışqırırsa, deməli hardasa zəlzələ olub və sənə təhlükəni xəbərdarlıq edirlər. Yaxud it hürürsə, o da sahibini oyatmaq üçün hürür.
İmam Cəfər Sadiq (s) buyurur ki, insanın keyfiyyətini bilmək istəsəniz onların heyvanalarla davranışına baxın. Bu zaman onun yaxşı ,yaxud pis, ədalətli, yaxud ədalətsiz, vəfalı yaxud xəyanətkar olduğunu bilərsiz. Heyvanlarla xoş davranan insanın gözəl xilqəti, əxlaqı və səbri var ki, heyvanlarla dil tapır. İnsanla davranmağa nə var ki?!O, mənim dilimi bilir, mən onun. Mənim üstünlüyüm ondadır ki, dili, təfəkkürü olmayan heyvanlarla davranmaq qaydasını biləm.
İnsan ən vəhşi heyvanların dilini öyrənib təlim edir, bu da bizə bir dərsdir. Əvvəla görün heyvanlar nə qədər lazımlıdır, digər tərəfdənsə, deməli ev heyvanları ilə də dil tapmaq olar.
Gülnara İnanc

Exit mobile version