MHP Çöhrəqanlını tələb etdi


Dünya / Tarix 06 / 10 / 2012 Saat 09:05 

 

Bu ilin noyabrın 4-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) X Qurultayı keçiriləcək. APA-nın məlumatına görə, partiyanın üzvləri, deputatları və məşhur simaları tədbirdə Türk Dünyasının tanınmış şəxslərinin iştirakı üçün Türkiyə hökumətinin qarşısında məsələ qaldırıb.

 

Onların arasında Qırğızıstan prezidenti Almazbek Atambayev, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Dərviş Əroğlu, Dünya Uyğur Konqresinin (DUK) sədri Rəbiyə Qədir, Krım türklərinin lideri Mustafa Cəmiloğlu, İraq Türkmən Cəbhəsinin sədri, Kərkük millət vəkili Ərşad Salihi, Macarıstanın Jobbik Partiyasının sədri Qabor Vona, Qərbi Trakya türklərinin lideri, mərhum Sadiq Əhmədin həyat yoldaşı İşıq Əhməd, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı, Milli Məclisin deputatı Qənirə Paşayeva və özbək general Rəşid Dostum var. Bu şəxslərin MHP-nin X Qurultayında qonaq kimi qatılmasına icazə verilməsi tələb edilir. Bu addım Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına İraq kürdlərinin lideri Məsud Bərzaninin iştirakından sonra atılıb. 

Qeyd edək ki, yuxarıda adı çəkilən bəzi şəxslərin Türkiyəyə girişi qadağandır. Bunlara R. Qədir və M. Çöhrəqanlını misal göstərmək olar. 

Dünya / Tarix 06 / 10 / 2012 Saat 09:05  - COHRANLI 1

 

Dünya / Tarix 06 / 10 / 2012 Saat 09:05  - COHRANLI

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir