18.06.2012 00:10ilmin ssenari müəllifi azərbaycanlılardan niyə qisas aldı?
Azərbaycanlı izləyicilər dünən gecə sona çatan “Yaxşı Cazibə” serialı ilə şoka düşdülər. Ssenari müəllifi Gani Müjden olan və 2 ildir ATV-də yayımlanan komediya serialı “Yaxşı Cazibə” hər kəsi təəccübləndirən bir finalla yayımına son qoyub. Belə ki, yayılan xəbərlərə görə, Cazibə rolunu canlandıran Aslıhan Gürbüz müqaviləni uzatmaq istəməyincə, ssenaristlər gözəl və istedadlı aktrisadan qisas almaq qərarına gəliblər. Serial boyu mələk kimi müsbət obrazı canlandıran azərbaycanlı Cazibə birdən-birə şeytana dönür və kişiləri dolandıran bir qadına çevrilir. Azərbaycanda böyük auditoriyaya sahib olan serialın bu cür sona çatması təbii ki, həmvətənlərimizin qəzəblənməsinə səbəb olub. Hətta sosial şəbəkələrdə azərbaycanlılar Gani Müjdəyə və komandasına “Azərbaycanlı qadınlar namuslarına bağlıdırlar. Bəs biz sizin qardaşınız idik? Sizin qardaşlığınız da bu qədərdir, maddiyatın başladığı yerdə qardaşlıq bitir” kimi etirazlar ediblər. Türkiyə mətbuatında isə bu xəbəri “Azərilər çox əsəbləşdi”, “Azəriləri qəzəbləndirən final” başlığı ilə işıqlandırıblar. /// Qafqazinfo
Bir yanıt yazın