BÖYÜK ÖNDƏR ATATÜRKÜN “19 KODU”!

Bu gün qardaş ölkədə Böyük Atatürkü Anma, Gənclik və İdman bayramıdır. Böyük öndərin “19 kodu” nu burdan oxuyun: - AtliAtaturkBu gün qardaş ölkədə Böyük Atatürkü Anma, Gənclik və İdman bayramıdır. Böyük öndərin “19 kodu” nu burdan oxuyun:

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 1919-cu il mayın 19-da İstanbuldan başlayan tarixi səfərdə o vaxtın 9-cu Ordu Müfəttişi Mustafa Kamal Paşa və yanındakı 48 nəfər Samsuna çatıb. Bununla da Türkiyədə “Qurtuluş Savaşı” başlayıb.

Atatürk və yoldaşlarını Samsuna aparan tarixi “Bandırma” gəmisi dünya tarixinə damğa vurub. “Kompası xarab gəmi” kimi tarixə düşən “Bandırma” 1878-ci ildə Şotlandiyada (İskatlənddə) tikilib.

O vaxtdan indiyədək dəfələrlə təmir olunan gəmi 2003-cü ildən bəri muzey kimi fəaliyyət göstərir.

Atatürkün “19 kodu”

ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) Portland Universitetinin professoru Əziz İnan Atatürkün həyatındakı tarix və rəqəmləri əsas götürərək, “19 may” kodunu ortaya çıxarıb. İnan 19 May 2011-ci ilin Atatürkün 130-cu doğum günü olduğunu xatırladaraq, bu “kodu” da Atatürkə hədiyyə etdiyini bildirib. O, Atatürkün rəsmi ad günü qəbul edilən 19 May 1881, son doğum günü 19 May 1938 və ölüm günü olan 10 noyabr 1938 tarixlərinin hamısının cümə axşamına düşməsinə diqqət yetirib. Bundan əlavə, Mustafa Kamal Atatürkün adı da 19 hərfdən ibarətdir. O, 19-cu əsrin bitməsinə 19 il qalmış dünyaya gəlib. 19 May 1919-da Samsuna ayaq basaraq, “Qurtuluş Savaşı”nı başladıb.

1881, 1919 və 1938-ci illərin hamısı 19 rəqəmi ilə bağlıdır. Yəni, 1881 = 19 x 99, 1919 = 19 x 101 və 1938 = 19 x 102.

Bundan başqa, Atatürkün anadan olmasının 130-cu ildönümü 19.05.2011 tarixinə təsadüf edir. Bu rəqəmlərin də cəmi (1+9+0+5+2+0+1+1) 19 edir. Həmçinin, 2011-in tərsi olan 1102 də 19-a bölünür.

www.azerturkforum.org.uk, 19.05.2011

 

Bu gün qardaş ölkədə Böyük Atatürkü Anma, Gənclik və İdman bayramıdır. Böyük öndərin “19 kodu” nu burdan oxuyun: - AtliAtaturk

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir