Bu günlərdə Almaniyanın Nürnberq şəhərində Azərbaycan Bilik və Mədəniyyət Mərkəzi tərəfindən tədbir keçirilib.
Bu haqda “Təzadlar”a Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəallarından olan Lalə Mürşüdqızı məlumat verib: “Tədbir bu il Almaniyada yaşayan 4 azərbaycanlı məktəblinin alman orta məktəbinə və 3 gəncimizin universitetə qəbulu ilə bağlı keçilirdi”.
Fəal diasporçu bundan sonra da davamlı olaraq bu cür tədbirlərin keçiriləcəyini və gələcəkdə də belə gənclərin diasporun inkişafında rol oynayacağını qeyd etdi.
Elnur Eltürk