Erməni tərəfinin açıqladığı statistikaya görə Dağlıq Qarabağda və işğal altındakı digər ərazilərimizdə yaşayan ermənilərin sayı hazırda 140 mini keçir.
Lakin bölgədəki demoqrafik vəziyyətə bələd olanlar yaxşı bilir ki, ağır sosial-iqtisadi şəraitin hökm sürdüyü bir vaxtda ermənilərin bu cür artımı mümkün ola bilməzdi. Hesablamalar və müxtəlif mənbələrdən toplanan məlumatlar hazırda işğal altındakı ərazilərdə qanunsuz məskunlaşan ermənilərin sayının 30 minə yaxın olduğunu deməyə əsas verir. Bu bölgələrdə təkcə ermənilər yox, PKK-ya bağlı kürdlərin də yerləşdirildiyi məlumdur. Bunu Türkiyənin kəşfiyyatı da üzə çıxarıb. PKK-çı Kürdlər əsasən Laçın və Kəlbəcərdə məskunlaşdırılır. Rəsmi Bakı da PKK-çıların Qarabağda məskunlaşdığını təsdiqləyir. Şübhə yoxdur ki, işğal altındakı bölgələrdə bu terror təşkilatı mənsublarının yerləşdirilməsi Ermənistanın gələcəkdə onlardan Azərbaycana qarşı terror aktları həyata keçirmək üçün faydalanmaq niyyətini göstərir.
, 3 Oktyabr 2010
Yazıları posta kutunda oku