BERLİN mitinqinə çağırış

Bütün dünya Azərbaycanlıları və demokrat insanlara səsləniş:

Bildiyiniz kimi, son iki ay içərisində onlarca tanınmış Güney Azərbaycanlı siyasi və mədəni fəal, jurnalist, yazar və insan haqları mudafiəçiləri Iran rejimi tərəfindən iş yaxud yaşam yerlərindən oğurlanıb vəya əmniyət organlarına çağrılaraq göz altına alınıblar. tutuqlanan igidlərimizin sayısı 40-dan çox olaraq, tutuqlananlardan ikisi də Azərbaycanın qəhrəman qadınlarındandır.

Bütün dünya Azərbaycanlıları və demokrat insanlara səsləniş: - guney azerbeycanTutuqlanan insanlarımızın bir çoxunun harda və nə durumda olduqları ilə bağlı heç bir məlumat əldə yoxdur. Bu arada dünya ictimaiyyatı, medyalar və insan haqları adına çalışan iran və uluslararasi teşkilatlar iran şovinist rejiminin vətənimizdə apardığı qəddarlığa göz yumub, susmaqları onun zorakılığa davam etdirib və daha sərtləşdirməsinə yol açmışdır. Baxmayaraq ki Güney Azərbaycan Türk Milləti’nin milli-mädäni feallari millətimizin milli haqları uğrundaki demokratik mücadilələlərini tamami ilə sivil və şiddətdən uzaq yollardan irəli aparırlar,

Son həftələrdə basqıçı və xalq düşməni olan Tehran rejimi Güney Azərbaycan Milli Hərəkəti fəalları əleyhinə basqı və təzyiqlərini artaraq, yeni bir adam oğurlama, sorğulama və tutuqlama dalğası başladaraq Azərbaycan Milli Hərəkəti’ni basdırmaq yönündə yeni bir mərheləyə girdiyini açıqca ortaya qoymaqdadır. Güney Azərbaycanda yürüdülən basqı və qəddarlığa etiraz olaraq, xaricdə yaşayan soydaşlarımız bundan əvvəl Quzey Azərbaycan, İsveç və Türkiyədə İran səfirlikləri qarşısında mitinq keçirmişlər. İndi isə biz Almanyada yaşayan Azərbaycanlılar, vətənsevər soydaşları və habelə demokrat insanları Güney Azərbaycanda olan ağır durumu dünyaya çatdırmaq və İran rejiminə etiraz hədəfi ilə pılanladığımız mitinqə dəvət edirik.

Xahiş etmək istərdik bu mitinqdən himayet edən təşkilatlar adlarının siyahıda qeyd olması üçün bu adresə xəbər versinlər: tabriz@gmx.net –

Azerbaycan-Alman Akademiklər cemiyyeti –

Güney Azərbaycan milli birlik şurasi – Güney Azərbaycan milli oyaniş hrəkatı (GAMOH) –

Güney Azərbaycan demokrat partiyası

Mitinqin yeri: Podbielskiallee 67 14195 Berlin Iran islam cumhurusu sefirliyi U – Bahn Podbielskiall 1

Mitinqin tarixi ve zamanı: Samstag 31 Juli 2010 Saat 15.00-16.00

əlaqə telfunlar: Tel. : 015776572775

Berlin aksiyasının tədarükat komitəsi

Bütün dünya Azərbaycanlıları və demokrat insanlara səsləniş: - guney azerbeycan

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir