Azərbaycanda türk-kürd qanlı olayları başladı…

Yazar: mustafazade

[email protected]

Bakının Nərimanov rayonunda “DİA Holdinq” şirkətində işləyən fəhlənin iş icraçısı Əlvan Nəcəfova balta və bıçaqla bir neçə zərbə endirməsi barədə məlumat verilib.

“Azadlıq” qəzeti bu insidentin təfərrüatı barədə yazı dərc edib.

Qəzet yazır ki, yeni tikilən prezident iqamətgahında azərbaycanlı fəhlənin milliyyətcə kürd olan iş icraçısına qarşı amansızlığına səbəb hər gün təhqirlərə məruz qalması olub. İş icraçısı həmin fəhlə də daxil olmaqla bütün azərbaycanlı fəhlələrə qarşı heyvani münasibət bəsləyirmiş. Onun bu cür rəftarı azərbaycanlı fəhlələri cana doydurubmuş. Nəhayət, fəhlələrdən biri buna son qoymaq qərarına gəlib.
Məlumatlarda həmçinin vurğulanır ki, iqamətgahın tikintisində çalışan kürd əsilli Türkiyə vətəndaşları da azərbaycanlı fəhlələrlə yola getmir. İş zamanı tez-tez azərbaycanlı fəhlələrə sataşaraq insident yaradırlar. Azərbaycanlı fəhlələrin azlıq təşkil etməsi, həmçinin rəhbərlikdə də kürdlərin olması kürd fəhlələri daha da cəsarətləndirir.
Bir maraqlı məqamı da diqqətə çatdıraq ki, kürd fəhlələr azərbaycanlı həmkarları qədər zəhmətə qatlaşmasalar da onlardan dəfələrlə artıq əməkhaqqı alırlar. Rəhbərlikdə çalışan kürdlər tez-tez belə ifadəni işlədirlər: “Bu iqamətgah da bizimdir, Azərbaycan da”.
Kürd fəhlələr onu da deyirlər ki, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Özbəkistan kimi türkdilli dövlətlərdə onlara münasibət heç də yaxşı deyil. “Bizim kürd olduğumuzu bilən kimi işdən çıxarırdılar. Amma Azərbaycanda belə deyil. Bu ölkənin rəsmilərindən də, sahibkarlarından da yüksək qayğı və sevgi görürük” – deyə kürd fəhlələr azərbaycanlı fəhlələrin yanında tez-tez qürrələnirlər. Onu da qeyd edək ki, adıçəkilən hadisə bu iqamətgahda birinci hal deyil.

“Xudafərin” dərgisi

“Xudafərin” dərgisi, iqtidar, müxalifət fərqi qoymadan, hər hansi firqə, ictimayi birlik və muhacir təşkilatının mənafeyindən cixiş etmədən, Vahid, Müstəqil, Demokratik Azerbaycan idealina söykənir.

“Xudafərin”də müəllif hüquqları ciddi qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəlliflərin mövqeyi “Xudafərin”in mövqeyi ilə üstüstə düşməyə bilər
===============================

Xudafərin dərgisi iqtidar, müxalifət fərqi qoymadan, hər hansi firqə, ictimayi birlik ve muhacir təşkilatının mənafeyindən cixiş etmədən Vahid, Müstəqil Demokratik Azerbaycan idealina söykənərək, 1995-ci ildən Lehstanda (Poland) Elman Mustafazadə və Dr.Irfan Murad Yıldırım tərəfindən təməli qoyulmusdur. Azəri, Leh, Ingilis dilində, Demokratik prinsiplərə dayanaraq 1995-ci ilden 1997-ci ilədək nəşr edilən dərgi, 11 il fasilədən sonra ənənəsi sadiq qalacagina calisacaq. Hələlik Xudafərin Dərgisini vetual olaraq davam etdiririk. Lakin gələcəkdə yenidən nəşrinə baslayacagiq. Burada hər bir Aydınımız, diaspor fəalımız, siravi soydasımız söz ve fikirlərini söyləyə biləcəklər. Müəlliflərin mövqeyi Xudafərinin mövqeyi ilə üst-üstə düşməyə bilər. Muelliflərin yazılarına görə Xudaferin redaksiyası məsuliyyət daşımır.
Redaktoru Elman Mustafazadə
[email protected]
TEL: 0031 644 399 288

Yazar: mustafazade - az.7

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir