Türkiyənin tanınmış jurnalisti Mehmet Əli Birantın tarixi yanlışlığımı, yoxsa, əsl tarixi gerçəklikləri görməməzliyimi?! | 17:43 |
Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzi
Bu günlərdə Türkiyənin tanınmış siyasi analitiklərindən biri olan Mehmet Əli Birant son vaxtlar cərəyan edən Türkiyə-Ermənistan münasibətləri və “soyqırım” məsələsi ilə bağlı “Hüriyyət” qəzetində tarixi səhvə yol verən məqalə ilə çıxış edib. Məqalədə yazar qeyd edirki, 1988 ci ildə Dağlıq Qarabağın Ermənistana verilməsinə cavab olaraq – Azərbaycanlılar Sumqayıtda erməniləri sürüyüb atdılar. Hər şeydən öncə bu fikri bildirən qardaş ölkənin ən nüfuzlu jurnalistlərin biridir. Və üstəlikdə ölkənin içtimai düşüncəsinə kifayyət qədər təsir edən bir şəxsin məqaləsindən söhbət gedirsə, buna fikir bildirməmək yanlışlığın doğruluq kimi tanınmasına və Türkiyə cəmiyyətində Azərbaycan türkləri haqqında caşqınlığa səbəb ola bilər. İlk öncə onu qeyd edək ki, hadisələrin üstündən iyirmi iki il keçməsinə baxmayaraq Sumqayıt hadisələrini törədən və onu gerçəkləşdirən SSRİ xüsusi xidmət orqanlarının dəstəyi ilə hazırlanmış bir plan olub. Sonradan məsələlərin əsas məğzı istintaqın gedişində ortaya çıxdı. O, zaman bu işdə dövlət ittihamcısı olan, hazırda Azərbaycanın tanınmış vəkili Aslan İsmayilov hadisələrin üstündən neçə illər keçəndən sonra bildirirdi ki, “bu işin icracıları tez-tez xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşürdürlər. Sonradan mənə bəlli oldu ki, bunlar Dövlət Təhlükəsizlik Komitəsinin işciləri idilər. Onlar hadisələri törədənlərə öz təlimatlarını verirdilər və bundan sonra müttəhimlərin ifadələrində tez-tez dəyişiklər baş verirdi. Birgün başqa bir söz, sabah isə ayrı sözü işlədirdilər” Məhz, Sumqayıt hadisələri ona görə erməni separatçılarına lazım idi ki, dünyada ermənilər üçün əzabkeş, qırılan və yazıq bir kütlə obrazını yaradıb – içtimai düşüncəni öz xeyirlərinə dəyişmək idi. O, zamanda bu proseslərin başlanması Sovetlər birliyinin başında duran siyasətçilərə lazım idi. Belə ki, həmin dövrdə dağılmaqda olan imperiya Cənubi Qafqazda yaranacaq yeni müstəqil dövlətləri öz təsirində saxlamaq üçün Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya kimi separtçı mərkəzlər yaradıldı ki, SSRİ hakimiyyəti bundan istifadə edib bölgədə gedən prosesləri öz əllərində saxlasın. İndidə Rusiya bundan məharətli istifadə edir. Bu plan bir ilin içində yox, hadisələrdən bir neçə il əvvəl hazırlanmış mükəmməl bir sistemli planı idi. Digər yandan isə Sumqayıt hadisələri ona görə gerçəkləşdirildi ki, ermənilər bu yolla dünya dövlətləri tərəfindən maddi-informasiya və siyasi-mənəvi dəstək almaq istəyirdilər. Siyasi situasiya dəyişən kimi plan icra olundu. Məqsəd isə dünyada barbar, qaniçən Azərbaycanlı obrazını yaratmaq idi. Həmin zaman Azərbaycanın müstəqil informasiya mərkəzi olmadığına görə ermənilər öz yalanlarını ustalıqla istifadə edib- istəklərini reallaşdırdılar. Təsadüfi deyil ki, hadisələrdən bir il əvvəl erməni millətçilərinin tanınmış ideoloqlarından olan SSR-ni idarə edən Baş katib Mixail Qarbacovun müşaviri olan akademik Abel Aqanbegyan Fransanın “Le Fiqaro” və “Humanitee” qəzetlərinə verdiyi müsahibəsində Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu qeyd edərək və bu iddianın beynəlxalq arenada ilkin informasiya bazası yaradanlardan biri olub. Sonraki hadisələrin hansı istiqamətdə cərəyan etdiyini gördük və proseslər Azərbaycanın iyirmi faiz torpaqlarının işğalı ilə başa çatdı. Mehmet Əli Birantın məqaləsində digər yanlış məqam isə Stalinin Qarabağı guya ermənilərdən alıb Azərbaycana verməsi barəsində açıqlamasıdır. Hiss olunur ki, yazar məqaləni qələmə alarkən ya erməni mənbələrindən istifadə edib, yada bir neçə il bundan əvvəl oxuduğu məlumatlara əsaslanaraq yanlış düşüncəni ortaya gətirir. Birantın bu çümləsinə bir cavab olaraq demək istərdim ki, əgər ermənilər Dağlıq Qarabağın aboregin əhalisi olsaydılar Dağlıq Qarabağa gəlmələri ilə bağlı 1978 ci ildə 150 illiklərini qeyd edib və xüsusilə bunun şərəfinə abidə qoymazdılar. Sonrdan neçə bir tarixi səhv etdiklərini bilib və həmin abidə özləri tərəfindən dağıdıldı. Fakt odur ki, bu addımlada ermənilər özlərini ifşa etdilər. Sonra Birant yazır ki, “1988 də Heydər Əliyev Qarabağın avtonom statusunu ləğv etdi və torpaqları Azərbaycana bağladı.” Bu fikirə cavab olaraq onu demək lazımdır ki, 1987 ci ildə Heydər Əliyev o zaman Qarbaçovun haqsızlığına məruz qalaraq siyasi hakimiyyətdən uzaqlaşdırıldı, heç bir siyasi səaliyyətə malik deyildi və ermənilərin planlarının gercəkləşməsi üçün geniş bir meydan açıldı. Bundan sonra Ermənilər rahat şəkildə Dağıq Qarabağa olan torpaq iddialarını gercəkləşdirmək üçün hücum fəaliyyətinə keçdilər. Dağlıq Qarabağı işğal edən Erməni uniforması geyinən rus ordusu bölgədə dinci insanlara qarşı bir faciə yaşatdılar. 1992 ci ilin fevral ayının 26- da rus-erməni hərbi birləşmələri Xocalı faciəsini yer üzündən sildilər. Əgər Mehmet Əli Birant Cənubi Qafqazda gedən prosesləri izləyirsə və kimin haqlı, kimin haqsız olduğunu məqaləsində qeyd etməli idi. Guya ermənilər yeddi rayonu qaytarırlar və Azərbaycan isə status müəyyənləşməmiş buna razılıq vermirlər. Bu fikrin özü də yanlışdır. Əgər Ermənilər Qarabağı qaytarmaq istəsəydilər bu yaxınlarda təqdim olunan “Yenilənmiş Madrid” prinsiplərini qəbul edərdilər. Məqalənin əsas ana xətti türk-erməni dostluğunun təbliği və ölkədə Türkiyənin indi ki, rəhbərliyinə yol göstərmək üzərində qurulub. Birant onu nəzərə almalıdır ki, Türkiyə Ermənistanla sərhədlər açsa belə, ermənlər saxta soyqırım iddialarında geri çəkilən deyillər. Yazısında İrəvan Üniversitendə dərs deyən Dr. Hovanisyan adlı alimin sözünə yer verərək və həmin professor üzünü Biranta tutaraq bunları bildirir; “…Bizim üçün Soyqırım bir tarixin başlanğıcı, cənnətdən qovulmağımız və hər şeyə sıfırdan başladığımız bir yaşamın kilometr daşıdır. Kollektiv hafizəmizdir. Türkiyə soyqırımı qəbul etmədikcə heç bir əlaqədən söhbət gedə bilməz. Qəbul edib qurtulun, bunun başqa çıxış yolu yoxdur. Qarşılıqlı oyun oynamaqdan da qurtulmuş olursunuz.” Baxın, bir ölkənin ziyalısı Türkiyə ilə hansı dildə danışır və Sizcə belə iddia ilə danışan, özüdə iqtisadi-sosial problemlər içərisində boğulan bir ölkənin ziyalasının düşüncəsini dəyişmək mümkündürmü Cənab Mehmet Əli Birant???!!! ======================== Sayin arkadaslar Link’deki makaleyi okudum, ben bir Turkiye Turk’u olarak tum Azeri kardeslerime sunu soylemek istiyorum, Mehmet Ali Birand denilen sahsin benim gibi unu bilen, taniyan insanlar arasinda hic itibari yoktur. Bu ne idüğü belirsiz, soysuz, Turkiye ve Turk dusmani (artik ermenimi, yahudimi, rum’mu bilmiyorum, arastirmadim) saklabanin, kimlere hizmet, usaklik ettigi bellidir……onun icin Azeri kardeslerimizin gonlu ferah olsun, biz her zaman onlarin yanindayiz, her konuda onlari hakli goruruz. son olarak bir ata sozumuzu hatirlatmak isterim; “it urur, kervan yurur” Esen kalin |
Türkiyənin tanınmış jurnalisti Mehmet Əli Birantın tarixi yanlışlığı
Konu Hakkında okumaya devam et: Ermeni İddiaları
Bir yanıt yazın