21:54 | |
Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) Azərbaycanda Türk topluluğu ilə əlaqəli fəaliyyət göstərən milli QHT-lərin görüşü keçirildi. Görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov, “Yeddi Dövlət – Bir Millət” Dayanışma və Kültür Mərkəzinin Baş təmsilçisi Azər Həsrət, “Muasir İnkişaf” Birliyinin sədri Mübariz Aşırlı və Birliyin üzvləri Tariyel Farizoğlu və Fərman Salmanlı, BASE Araşdırmalar Mərkəzinin sədri Aygün Həsənoğlu, Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri Elnur Eltürk iştirak edirdi.
Görüşün keçirilməsində əsas məqsəd Türk topluluğu ilə bağlı fəaliyyət göstərən QHT-lərin bir araya gələrək, mərkəzləşdirilmiş Koordinasiya Şurasının yaradılması idi. ATXƏM-in sədri İlham İsmayılov Türk dünyası ilə əlaqələrin daha səmərəli şəkildə qurulması üçün bu istiqamətdə fəaliyyət göstərən milli QHT-lərin özlərinin Birliyinin yaranmasına ehtiyac olduğunu bildirdi və Türk topluluğu ilə bağlı fəaliyyət göstərən QHT-lərin Koordinasiya Şurasının yaradılmasını təklif etdi. Təklif QHT rəhbərləri tərəfindən geniş müzakirə olundu və qərara alındı ki, Koordinasiya Şurasının əsasnaməsi üçün təkliflər verilsin və yaxın vaxtlarda daha geniş tərkibdə görüş keçirilsin. Növbəti görüşün martın 11-də keçirilməsi qərara alındı. ATXƏM-in |