GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Heç kəsin haqqı yoxdur müəyyən dil və soya söykənərək özünü başqalarından üstün saysın. Həmçinin heç kəs İranda Türk dilinin, Türk milli kimliyinin məhvini, Azərbaycanlıların ana dilində təhsil almasına qadağa qoyulmasını tələb edə bilməz. Hökumətin haqqı yoxdur Türk dilində kitab, qəzet və jurnalların nəşrinin qarşısını alsın“. bu sözləri İran hakimiyyətinin tanınmış müxalifi ayətullah Hüseynəli Müntəziri bir qrup Azərbaycanlı ziyalının ana dilində təhsil hüququ barədə sualına cavab olaraq bildirib. Müntəziri azərbaycanlıların milli hüququna riayət olunmasını dini baxımdan zəruri saydığını bildirib.
Ayətullah Müntəziri bildirib ki “Türk bacı-qardaşlarımız qanuni yollarla, həmçinin İslami Şura Məclisindəki deputatlarının vasitəsi ilə və ya din alimlərinə müraciət etməklə hüququnu tələb edə bilər. Rəsmilər də ölkə konstitusiyasına əsasən, bu hüququ təmin etməlidir”.
Ayətullah Müntəziri İran islam inqilabının lideri Ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə o, İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı Xomeyniyə açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb.
mediaforun
gündəlik xəbərlər :www.gunaz.tv
Çərşənbə, 28 Oktyabr, 2009
Bir yanıt yazın